İnternet müasir dövrdə bir zərurət halına gəlib. Həyatı onsuz təsəvvür etmək demək olar ki, mümkün deyil, baxmayaraq ki, insanların çoxu 20 il əvvələ qədər onsuz yaşayırdı. İnternet bəşəriyyətin böyük inkişafına kömək etdi və bizə böyük həcmdəki məlumatlara daha asan giriş imkanı verməklə yanaşı, dünyanın hər yerində insanlarla ünsiyyət qurmağımızı təmin etdi. Hər növ məlumatı anında ötürə, internetdən nə isə sifariş edə bilirik və on il əvvəl demək olar ki, fantastika kimi görünən video zənglərdən istifadə edərək dünyanın digər ucundakı insanlara zəng edə bilərik. Hələ də dünyanın bir çox bölgəsi var ki, internetə çıxışı yoxdur. Bu gün dünya əhalisinin təxminən 40%-nin internetə çıxışı olduğu təxmin edilir. 1995-ci ildə bu rəqəmin yalnız 1% olduğunu düşünsək, internetin nə qədər sürətlə böyüdüyünü və gündəlik həyatımızın bir hissəsinə çevrildiyini görə bilərik. Bu yazıda ən çox internet istifadəçisi olan ölkələrə nəzər salacağıq.


Əgər hansı ölkədə ən çox internet istifadəçisi olduğu soruşulsaydı insanların əksəriyyəti Çin deyə cavab verərdi və heç də haqsız olmazdılar. 1 milyarddan çox əhalisi olan bu ölkənin insanlarının təxminən 854 milyonunundan çoxunun internetə çıxışı olması təəccüblü deyil. Ölkə texnoloji cəhətdən qabaqcıl olması ilə tanınır və texnologiya istehsal edən bir çox şirkətə ev sahibliyi edir. Bunu nəzərə aldıqda orada yaşayan insanların əksəriyyətinin internetdən müntəzəm istifadə etməsi, hətta bunun bir həyat tərzinə çevrildiyini asanlıqla söyləmək olar.


İkinci yerdə təəccüblü olaraq Hindistan gəlir. Ölkədə insanların çoxunun internetə sahib olmadığı bir çox kənd sahəsi var. Bununla belə şəhər yerləri o qədər sıx məskunlaşmışdır ki, ölkədəki internet istifadəçilərinin sayı daha da artmaqdadır. Hindistanın bir neçə dənizaltı və bir quru internet bağlantısı. Ölkə texnologiya sahəsində əhəmiyyətli irəliləyişlərə internet sayəsində nail olur.


Nəhayət, ABŞ 293 milyon internet istifadəçisi ilə üçüncü yeri tutur. ABŞ əhalisinin sayının 331 milyon nəfər olduğunu nəzərə alanda bu çox təəccüblü gəlir. Lakin Amerikanın internetin doğulduğu yer olduğunu və ABŞ-ın hər şeydə olduğu kimi texnologiyada da yeni trendlər axtarışında olduğunu düşünən də bu rəqəm normal görünür. ABŞ-da internet əlaqələrinin əksəriyyəti özəl sektor tərəfindən təmin edilir və olduqca müxtəlif çeşidləri mövcuddur. Burada yetişkinlərin 90%-nin internetdən istifadə etdiyi hesab edilir.


ABŞ-dan sonra sırada 171 milyon internet istifadəçi ilə İndoneziya var. Ölkə üçün nisbətən yeni bir əlaqə yolu olmasına baxmayaraq internet sürətlə bütün İndoneziyaya yayıldı və ölkədə gündəlik həyatda vacib bir hissəyə çevrildi.


İndoneziyanı 150 milyon internet istifadəçisi olan Braziliya izləyir. Braziliyada internetin əsası erkən dövrlərdə - 1988-ci ildə qoyulub və son illərdə istifadəsi sürətlə artıb. Braziliya insanların vebdə gəzməyə çox vaxt sərf etdiyi ölkə kimi tanınır.


İnternet istifadəçilərinin sayı çox olan digər ölkələr arasında Yaponiya, Rusiya və Meksika da var. İnternet kimi yeni bir vasitənin dünyaya nə qədər sürətlə yayıldığını görmək həqiqətən təsir edicidir. Bu, bizə bir çox şeylə yanaşı texnologiya, tibb, ticarət və rabitə sahəsində yüksək inkişaf qazandırdı.


Aşağıdakı videoda illər ərzində ölkələr üzrə internət istifadəçi sayının necə dəyişdiyinin şahidi olacaqsınız.



Mənbə: https://www.worldatlas.com/articles/list-of-countries-ranked-by-the-most-internet-users.html


Leyla Kərimova