cümə axşamı, 1 oktyabr 2020

Dropshipping – elektron ticarətdə yeni dövr


Fərid Abdıyev


275

Son 2-3 il içərisində bu kəliməni tez-tez eşidirik. Ələxüsus, e-ticarətlə maraqlanan və məşğul olan adamlar üçün bu mövzu daha çox maraq kəsb edir. "Dropshipping" terminini "stoksuz satış" olaraq anlaya bilərik. Dropshipping ilə pərakəndə satış arasındakı əsas fərq, bu üsulu istifadə edən satıcının əlində stokun, anbarın olmamasıdır. Bu formalı satışda satıcı məhsulu başqa topdançıdan və ya istehsalçıdan alır. Üçünçü bir şəxs (əsas müştəri) sifarişi satıcıya bildirir və satıcı da Satıcı sifarişini üçüncü şəxsdən götürür və məhsulu görmədən birbaşa üçüncü şəxsə göndəririr. Göründüyü kimi, satıcı üçün məhsul ehtiyatını stoklamağa ehtiyac qalmır. Siz anbar olaraq topdançı və ya istehsalçını istifadə edirsiniz. Müştəri məhsulu almaq istədikdə məhsul Amazon, e-bay, AliBaba, Rakuten kimi e-ticarət saytlardan birbaşa müştərinin ünvanına göndərilir. Dropshipping-in ənənəvi e-ticarətdən başlıca fərqi, burada 3 oyunçunun olmasıdır. Ölkəmizə yeni gələn bu sistem ABŞ, Çin, Kanada və Qərbi Avropada sıx şəkildə istifadə olunur. Bu üsulda, həm istehsalçı, yəni malın gərçək sahibi, həm də satışa çıxaran şəxs qazanc əldə edir.

Bəs dropshipping-in üstünlükləri nələrdir?

  1. Məhsulların tədarük etmək üçün anbara ehtiyac yoxdur. Xərcləriniz minimuma endirir.
  2. Müştərilər və təchizatçılarla sadəcə kompüter vasitəilə rahat bir şəkildə əlaqə qura bilərsiniz. Ofis xərclərinə ehtiyac yoxdur.
  3. Vergi də daxil olmaqla, geri qalan şeylər təchizatçılara aiddir.
  4. Fərqli tədarükçülərdən fərqli çeşidlər sifariş verə və geniş portfolio yarada bilərsiniz.
  5. Ənənəvi ticarətlə müqayisədə daha az risklidir.

Bütün bunlarla yanaşı, çatızmazlıqlar da olmamış deyil:

  1. Məhsulları təchizatçıdan (topdançı və ya istehsalçı) əldə etdiyimiz üçün mənfəət marjası aşağıdır.
  2. Təchizatçıda problem olduqda (Gecikmə, yanlış çeşid və s.) müştəri birbaşa sizinlə əlaqə yaradır. Bu da sizə aid olmayan məslələrə görə əlavə cavabdehlik yaradır.
  3. Məhsullar haqqında tam məlumatlı olmaya bilərsiniz. Çünki siz birbaşa olaraq məhsulu görmürsünüz. Yarana biləcək sualları cavablandırmaq problem yarada bilər.

Müəllif: Fərid Abdıyev, Brend menecer

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün