Tətbiqlər hər yerdə var. Araşdırmalara görə, Amerikalılar orta hesabla gündə üç saatını mobil tətbiqetmələrdən istifadə edirlər. Üstəgəl, belə tətbiqlərin sayı gün ərzində beşdən az olur. Həyatımızın çox hissəsini işləməyə, bir proqram dinləməyə və ya oynamağa sərf ediriksə niyə bu məsələyə daha çox diqqət göstərməyək?


Rutinimizi sadələşdirməkdən tutmuş, zehnimizi təmizləməyə və ya sadəcə bizi əyləndirməyə kömək edən proqramlar haqqında bilmədiklərinizi sizinlə paylaşaq.


  • Duo - Əgər iPhone işlədirsizsə, bu tətbiq sizin üçün daha əlverişlidir. Belə ki, tətbiq Skype tətbiqinə bənzəsə də bir sıra özəllikləri var. Duo tətbiqini istifadə edən zaman telefon nömrəsi ilə hər kəslə video zəng edə bilərsiniz. İstifadəsi sadədir və bir yeniliyi budur: "Knock Knock" xüsusiyyəti, zəng etmədən əvvəl zəng edən şəxsin canlı videosunu göstərir. Bu sizi tanımadığınız zənglər baxımından da sığortalayır.
  • Hours Keeper - Daim fərdi inkişafınızın üzərində çalışmağın bir neçə faydaları var. Bu zaman da yaranan çətinliklərdən biri vaxt planlamasıdır. Hours Keeper, birdən çox müştəriyə sərf etdiyiniz vaxtı təşkil edir.
  • Healthy Living - 120 000-dən çox qida və fərdi qulluq məhsulunda olan kimyəvi maddələrin nə olduğunu dəqiq izah edən hərtərəfli, reytinqə əsaslanan bir tətbiqdir. Bir məhsulu adla axtara, barkodu axtarışa verə və ya ən yaxşı serumlardan, dənli bitkilərə qədər tətbiqin öz tövsiyələrini nəzərdən keçirə bilərsiniz.
  • Square Cash - Bazarda yeni rəqəmsal cüzdan seçimlərindən biri olan Square Cash tətbiqi, tətbiqetməni istifadə edən hər kəsə fərqli banklar arasında e-poçt, mətn və ya “Cashtag” vasitəsi ilə dərhal pul göndərməyə imkan verir. Proseslərin sürətli olması sizə avantaj bəxş edir.
  • Parking Panda - Bu tətbiq gedəcəyiniz yerlərdə olan parkinqləri sizin üçün tez bir zamanda axtarıb tapır. Təxminən sərf edəcəyiniz 90 saniyə ərzində axtardığınız parkinqlərin qiymətlərinə də baxa bilərsiniz. Tətbiq ABŞ-da 40-dan çox şəhərdə mövcuddur.

Göründüyü kimi yuxarıda sadaladığımız tətbiqlər və onlara oxşarları həyatımızı asanlaşdırır və bizim üçün ən dəyərli olan vaxtımızı daha səmərəli keçirməyimizə kömək olur.


Bəs, siz gündəlik işlərinizi asanlaşdıracaq hansı tətbiqlərdən istifadə edirsiniz? Tövsiyələrinizi RƏY-də bizimlə bölüşün


Müəllif: Fidan Əzizova