Apple fanatları hər hansı yeni Apple məhsulunu ilk dəfə sosial mediada yayımlandığı dəqiqədən etibarən əldə etmək üçün saatlarla növbədə durmağa hazırdır. Bu pərəstişi yaradan Apple şirkətinin marketinq strategiyasıdır.


Apple etdiyini o qədər yaxşı edir ki, yalnız Apple məhsullarına və Apple marketinqinə xidmət edən vebsaytlar fəaliyyət göstərir.


Apple "kompüter markası" etiketindən kənara çıxır - hədəf bazarları üçün məhsullar yaradır, bu məhsulların həyatı yaxşılaşdıran, asan, daha əyləncəli və daha sərin etdiyinə inanan sadiq müştərilər yaradır.


Bəs bunu necə edir?


Dizayn və faydalılıq.


Bunlar Apple-ın müvəffəqiyyət səbəbləridir. Bu cür sadə strategiya rəqabət üstünlüyü verir.


Ancaq daha əhəmiyyətli sual odur ki, Apple-ın təsadüfi alıcıları marka pərəstişkarına çevirmək sirləri, istənilən sahəyə tətbiq oluna bilərmi?


Apple-ın dünyaca məşhur marketinq və reklam strategiyasının əsas sirlərini açırıq:


1. Reklama olan ehtiyacı yenidən nəzərdən keçirin.


Apple daha çox iki fərqli strategiyaya güvənir: məhsul yerləşdirmə (xüsusən məşhurlarla və populyar şoularda) və mediada müsbət rəylərin yaratdığı səs-küy.


2. Bənzərsiz dəyər təklifinizi vurğulayaraq qiymət mübahisələrindən çəkinin.


Bir çox şirkətklər qiymətdə rəqabət etməli olduqlarına inanırlar. Amma bu yanaşma doğru deyil.


Əslində qiymətlə rəqabət etmək, işinizə xeyirdən çox zərər verə bilər. Apple bunu bilir və qiymət strategiyasında heç vaxt tərəddüd etməyib.


Apple qutudan çıxandan sonra daha da kiçik, sadə görünən, gözəl dizaynlı UVP (unikal dəyər təklifi) strategiyası üzərində dayanır. Bu, sosial mediada məşhur olan marketinq strategiyasıdır və Apple bunu öz üstünlüyünə çevirə bilib.


3. Marketinqin və məhsulun sadəliyini qoru.


“Daha çox” hər zaman yaxşı deyil. Apple veb saytı və satışı sadələşdirərək istehlakçı qarışıqlığını azaldır. Jarqon şərtlərdən tamamilə qaçır. Bunun əvəzinə sadə, birbaşa sözlərdən istifadə edirlər və istehlakçıların mütləq ehtiyac duyduqları və həyəcanlanacaqları faydaları daim vurğulayırlar. Bu, onların məzmun marketinqindəki üstünlüyünün bir hissəsidir; yüksək texnoloji şərtlər olmadan yüksək texnologiya.


Bu yanaşma müştərilərini çox məlumatla boğmur. Leonardo da Vinçinin dediyi kimi:


“Sadəlik ən yüksək incəlikdir”.


4. Öz auditoriyanı tanı və onların dilində danış


Məsələ Apple-ın məhsul xüsusiyyətlərindən və texniki detallardan heç bəhs etməməsi deyil. Əslində, Apple veb saytında hər məhsul haqqında bu detallardan bəhs olunur.


Ancaq bu məlumatları göz önünə qoymurlar. Apple veb saytını ziyarət edənlər əvvəlcə məhsulun üstünlükləri haqqında məlumat verən şəkilləri və böyük şriftli sadə nüsxəni nəzərdən keçirirlər.


İlk başlarda, Apple müştəriləri meqabayt və ya gigahertz kimi sözlər tapa bilməzlər. Bunun əvəzinə bildikləri və başa düşdükləri sözləri tapırlar:


“Şüşəli qoruma”


“Retina ekran”


“LED işıqlandırma”


Apple müştərilərini çox yaxşı tanıyır. Və onlarla özlərini rahat hiss edəcək, darmadağın və qarışıq olmayan dildə necə danışacaqlarını bilir.


5. Daha Yaxşı Müştəri Təcrübəsi dizayn edin.


Apple pərəstişkarlarının tez-tez yeni Apple məhsullarını açdıqları və YouTube-a yüklədikləri videoları görmüsünüzmü?


Niyə belə olur? Çünki Apple pərakəndə mağazada gerçək alış-verişdən çox-çox kənara çıxan bir müştəri təcrübəsi yaratdı. Apple-ın, hətta məzmun marketinqinə artıq nəzarət etməsinə ehtiyacı yoxdur. Hədəf bazarı bunu onlar üçün edir.


6. Gözləntilərinizin emosiyalarına fokuslanın.


Yüksək həyəcanverici duyğular yaradan məzmunun, heç bir emosional reaksiya doğurmayan məzmundan daha çox səs-küy yaratması ehtimalı var. Yüksək həyəcanverici duyğuların nümunələri xoşbəxtlik, qorxu, əyləncə və narahatlıqdır. Apple məhz bunu edir: cibə yox, qəlbə xitab etmək.


7. İstifadəçilər və ya Müştərilər Birliyi yaradın


Bu illər ərzində Apple bütün dünyada ən güclü fanat bazasını qurdu. Apple-ın marketinq strategiyaları, müştərilərin bu cəmiyyətə mənsub olmaq istəklərini yaradır. Apple-ın bazardakı yeri nə qədər uğurlu olduqlarını göstərir.


Mənbə:


https://neilpatel.com/blog/7-key-strategies-that-you-must-learn-from-apples-marketing/


Müəllif: Humay Hüseynli