cümə axşamı, 1 oktyabr 2020

Apple Watch Series 6 və bütün xüsusiyyətləri - QİYMƏTİ

213

Apple qandakı oksigen səviyyəsini ölçə bilən Apple Watch Series 6-nı təqdim etdi. Budur, Apple Watch Series 6 qiyməti, xüsusiyyətləri və buraxılış tarixi.

Apple bu gün - (sentyabrın 15-də) istifadəçilərinə ümumi sağlamlıq statusları haqqında ətraflı məlumat verən Appe Watch Series 6-nı təqdim etdi. Apple Watch Series 6 daha sürətli S6 System in Package (SiP) və yeni rəngləri ilə ən rəngli məhsul seriyası hesab olunan bu seriyanın önəmli parçalarından biridir. watchOS 7 Family Setup, yuxu rejiminin izlənilməsi ilə istifadəçilərin daim aktiv olmağa, sağlamlıqlarını daha yaxşı idarə etməyə kömək edir.

Qanda oksigen sensoru və tətbiqi

Apple Watch Series 6 istifadəçinin qanındakı oksigen səviyyəsini ölçən yeni xüsusiyyəti ilə Apple Watch modellərinin sağlamlıqla əlaqəli qabiliyyətlərini genişləndirir. Bu yeni xüsusiyyət sayəsində istifadəçilər ümumi fitness və sağlamlıq durumlarını daha yaxşı təhlil edə bilirlər.

Bu seriyanın məhsulları, həm də daha güclü performansa sahibdirlər. iPhone 11-dəki A14 Bionik çip, inkişaf etdirilmiş S6 SiP 20% daha sürətli işləyərək tətbiqlərə daxil olmağı asanlaşdırır. Bu arada, gün ərzində 18 saat enerjini qoruyur. Apple Watch Series 6 daha sürətlə batareya gücünü bərpa edə bilir. 100%-lik batareya 1,5 saatdan daha az çəkir.

Seriyanın məhsulları watchOS 7 əməliyyat sistemindən istifadə edəcəkdir. Apple Watch 3-ə qədər dəstəkləyən əməliyyat sistemi yuxu rejimini izləmək funksiyasına icazə verir.

Apple valideynlərə iPhone-ları olmayan uşaqları üçün Apple Watch tənzimləmələri etməklərinə kömək edəcək funksiyalar təklif edir. Bu saatlarda mövcud olan “Family Setup” xüsusiyyəti sayəsində valideynlər uşaqlarının kimə zəng edib, kimdən mesaj ala biləcəyini, məktəb vaxtı “narahat etməyin” modlarını tənzimləyə biləcəklər.

Saatların qiyməti 399 dollardan başlayır. Məhsullar 15 sentyabrdan etibarən satışa açıq olacaq, 18 sentyabr etibarilə göndərilməyə başlayacaq.

Müəllif: Pəri Abbaslı

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün