bazar günü, 20 sentyabr 2020

İlon Maskdan aforizmlər

174

12 yaşında ilk kompüter oyununu satan İlon Mask (Elon Musk) bu gün Tesla Motors, PayPal və SpaceX kimi böyük şirkətlərə rəhbərlik edir.

İlon Mask risk etməyi sevir, novatordur və böyük xəyallar qurmaq cəsarətinə sahibdir.

Onun fikirlərindən biz də faydalana bilərik. Gəlin, Maskın ən innovativ fikirlərinə nəzər salaq:

1. Bir şey kifayət qədər vacib olduqda, ehtimallar sizin xeyrinizə olmasa da siz bu işi edirsiniz.

2. Bəzi insanlar dəyişikliyi sevmirlər, amma alternativ fəlakətdirsə dəyişikliyi qəbul etməlisiniz.

3. Uğursuzluq bir seçimdir. İşlər uğurlu deyilsə, bu o deməkdir ki, kifayət qədər yenilik etmirsiniz.

4. CEO-nun ofisinə gedən yol, nə CFO-nun ofisinə gedən yoldan, nə də marketinq departamentindən keçməməlidir. Bu yol mühəndislik və dizayndan keçməlidir.

5. İnadkarlıq çox vacibdir. Təslim olmağa məcbur olmadığınız təqdirdə təslim olmamalısınız.

6. Nə etdiyinizi və bunu necə daha yaxşı edə biləcəyinizi düşündüyünüz bir geridönüş çevrəsinə sahib olmağın çox vacib olduğunu düşünürəm.

7. İnsanlarda risk almağa qarşı çox böyük bir qərəz var. Hər kəs öz həyatını asan yolla optimallaşdırmağa çalışır.

8. Bu səbətə nəzarət etdiyiniz müddətcə yumurtalarınızı bir səbətə qoymağınız yaxşıdır.

9. Marka sadəcə bir qavrayışdır və qavrayış zamanla gerçəkliklə uyğunlaşacaq. Bəzən irəlidə olacaq, bəzən geridə qalacaq. Ancaq marka sadəcə bəzilərinin bir məhsulla əlaqəli kollektiv bir təəssüratıdır.

10. Mürəkkəb bir iş görmək üçün çox sayda adamı işə götürmək səhvdir. Rəqəmlər heç vaxt düzgün cavabı əldə etmək istedadını kompensasiya etməyəcəklər. Rəqəmlər sadəcə işi yavaşladacaq və inanılmaz dərəcədə bahalı edəcək.

11. Bir şirkət məhsul və ya xidmət yaratmaq üçün təşkil edilmiş bir qrupdur və bu şirkət, yalnız özünün insanları qədər və onların yaratmaq eşqi qədər yaxşıdır.

12. İnsanlar məqsədin nə olduğunu və nə üçün olduğunu bildikdə daha yaxşı işləyirlər. İnsanların səhər işə gəlməsini səbirsizliklə gözləməsi və işləməkdən zövq alması vacibdir.

13. Həmtəsisçi və ya CEO olsanız da istəmədiyiniz hər cür vəzifəni yerinə yetirməlisiniz. İşlərini görməsəniz, şirkət uğur qazanmayacaq. Heç bir vəzifə aşağı deyil.

14. Bir şeyi istəyirəm, sonra həyata keçir. Bəlkə nəzərdə tutduğum vaxtda olmur, amma, ümumiyyətlə, olur.

15. Mənim ən böyük səhvim yəqin ki, insanların şəxsiyyətinə yox, istedadına daha çox önəm verməyimdir. Düşünürəm ki, yaxşı qəlbə sahib olmaq daha vacibdir.

16. Mən sadəcə şirkətlər yaratmaq naminə deyil, işlərimi həll etmək üçün şirkətlər qururam.

17. İlk addım bir şeyin mümkün olduğunu sübut etməkdir; daha sonra ehtimal öz-özünə yaranacaqdır.

18. Mən menecmenti ilə bağlı heç bir kitab oxumamışam.

19. Həqiqətən mənfi rəylərə diqqət yetirin və xüsusən dostlarınızdan soruşun.... bunu çox hallarda heç kim etmir, amma inanılmaz dərəcədə faydalıdır.

20. Səhər yuxudan durub gələcəyin daha yaxşı olacağını düşünürsənsə, deməli günə yaxşı başlamısan. Əks təqdirdə, belə deyil.

21. Yenilikçi düşüncəni meydana gətirən nədir?... Düşünürəm ki, bu, həqiqətən bir mentalitetdir. Və buna siz qərar verməlisiniz.

22. İnsanlar ehtiraslı olduqları şeylərin ardınca getməlidirlər. Bu, onları hər şeydən çox xoşbəxt edəcəkdir.

23. Sahibkar olmaq şüşə yemək və ölüm uçurumuna baxmağa bənzəyir.

24. Bir şirkət yaratmağa çalışmaq tort bişirməyə bənzəyir. Bütün maddələrin doğru nisbətdə olması lazımdır.

25. Henry Ford ucuz, etibarlı avtomobil düzəldərkən insanlar “Atlara nə olub? deyə şikayət edirdilər”. Bu, Ford-un etdiyi risk idi və nəticə verdi.

26. Özünə bu sualı verməlisən: “Yaxşı, niyə başqalarının məğlub olduğu yerdə o, uğur qazandı?”.

27. Birlikdə çalışdığınız insanları bəyənmək çox vacibdir, əks halda həyatınız və işiniz olduqca acınacaqlı olacaqdır.

28. MBA məzunlarını işə götürməkdən mümkün qədər çəkinin. MBA proqramları insanlara şirkət yaratmağı öyrətmir.

29. Mən həmişə nikbinəm, amma realistəm. Tesla, ya da SpaceX-ə başlayarkən böyük uğur qazanacağıma əmin deyildim. Sadəcə bunu etməyin kifayət qədər vacib olduğunu düşünürdüm.

30. Əslində işləməyən bir şeyin işlədiyini düşünərək özünüzü aldatmayın, yoxsa pis həll yolu tapacaqsınız.

Müəllif: Humay Hüseynli

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün