Nokia ilk mobil telefonlarla tanış olduğumuz zaman bazarda olan birinci markadır. Şirkət 10 il müddətində bazarda qalır və müəyyən fasilələrlə telefonun yeni modellərini təqdim edirdi. Nokia telefonlarına fərqli qiymət aralıqları təyin edərək cəmiyyətin bütün təbəqələrini təmin edirdi. Nokia-nın uğursuzluğu ilə nəticələnən amillər barədə müzakirəyə başlamazdan əvvəl bir uğur hekayəsi olaraq Nokia-nı müzakirə etmək vacibdir.


Qeyd etdiyimiz kimi Nokia bazarda mövcud olan ilk telefon markalarından biridir. Şirkət müvəffəqiyyətinin ilk günlərində uğurlu mobil telefon istehsalçılarından biri olaraq ortaya çıxdı. 1998-ci ilin oktyabrında Nokia dünyanın ən çox satılan mobil telefon markası oldu. 2007-ci ilə qədər mobil telefon bazarı payının 50%-nə sahib idi. Ancaq zaman keçdikcə həddindən artıq böyümə sürəti, çevikliyin itirilməsi və yenilikçi liderliyin olmaması Nokia şirkətinin strateji səviyyədə uğursuzluğu ilə nəticələndi.


2013-cü ildə vaxtilə bazarda 50% paya sahib olan həmin Nokia şirkəti ümumi bazardakı payı 5%-dən aza düşdü. Artıq şirkət rəhbərliyi, səhmdarları və müştəriləri Nokia-nın iflasından qorxurdular. İflas demək olar ki, mütləq idi, lakin Microsoft-un bazara müdaxiləsi şirkətin daha yaxşı mövqeyə qayıtmasına kömək etdi. Nokia-nın uğursuzluğuna səbəb olan bir çox faktor var.


Nokia dəyişimə adaptasiya ola bilmədi.


Mobil telefon sənayesində texnoloji inkişaf sürətlə gedirdi. Ənənəvi telefonlar ağıllı telefonlara çevrildi, lakin Nokia buna uyğun olaraq dəyişə bilmədi. Baxmayaraq ki, ilk smartfonların təşəbbüskarı elə Nokia idi. Symbian ağıllı telefonları 2002-ci ildə təqdim edildi, lakin şirkət dəyişən texnologiyanın sürəti ilə ayaqlaşa bilmədi. Bu səbəbdən Nokia uğursuz oldu. Onlar hələ də telefonun köhnə versiyasını istehsal etməyə davam edir, rəqiblər isə bütün potensiallarını son dərəcə inkişaf etmiş smartfonlara sərf etməyə başlayırdılar. Bu smartfonlar istifadəçilər üçün əlverişli hala gəldi və nəticədə bütün cəmiyyət onlardan istifadəyə keçdi. O zaman da Nokia nələrin baş verdiyini anlamadı və strategiyasını dəyişdirmədi. Və beləliklə Nokia, hətta bazara yeni daxil olan markalardan çox geridə qalmağa başladı.



Sənayedə ilk addım atmağın verdiyi rahatlıq.


2002-ci ildə Symbian-ın təqdimi yaxşı irəliləyiş idi. Nokia sənayedə ilk addım atan olmuşdu. Hərçənd ki, 2007-ci ildə iPhone-un təqdim edilməsi, Nokia-nın istifadə etdiyi yaradıcı üstünlüyünü pozdu. iPhone-un səmərəli sürəti smartfon sənayesinin bundan sonra necə işləyəcəyini göstərdi və sənayenin standartları yavaş xidmət təminatından səmərəli xidmət təminatçısına çevrildi.


Sənayedə yüksək rəqabət.



Tədricən mobil telefon sənayesi eyni hədəf kütləsinə xidmət göstərən bir çox şirkətlə dolmuş oldu. Apple, Samsung, Blackberry və Nokia-hamısı hədəf bazarı üçün çalışan lider oyunçular idi. Bu rəqabət yarışında Nokia öz xidmətini yaxşılaşdırmadı və bazarda mövcud olan digər oyunçulara məğlub oldu.


Bu yüksək səviyyəli rəqabət xaricində sənayedə Huawei, HTC və ZTE tərəfindən aşağı səviyyəli rəqabət də ortaya çıxdı. Tədricən bu şirkətlər bazarda əhəmiyyətli paya sahib oldular, xüsusən də şirkətlərin bazar payı ümumiləşdirildikdə, bu, Nokia üçün rəqib olaraq böyük bir rəqəm idi. Ancaq Nokia buna vaxtında diqqət yetirmədi və yüksək səviyyəli rəqabətdə olduğu kimi burada da məğlub oldu.


İstehlakçı düşüncələri.


Mobil telefonlara gəldikdə Nokia adı böyük nüfuza sahib idi. Bir çoxumuz Nokia-nı ən böyük mobil istehsal şirkəti kimi tanıyırdıq. Hələ də demək olar hamımız Nokian-nı tanıyırıq, amma onunla və istehsal etdiyi məhsullarla bağlı düşüncələrimizi dəyişdirə bilmərik. Hər birimiz bu markanı müəyyən dövrün ən yaxşısı kimi xatırlayacağıq. Hətta insanlar bir zamanlar məşhur olan İlan oyununu yenidən oynamaq istəsələr də bunun üçün Nokia telefonlarına pul xərcləməyəcəklər. Bunun səbəbi texnoloji dəyişiklik və bütün bazarın marka haqqında olan düşüncələridir. Nokia bu faktoru da gözdən qaçırdığı üçün uğursuzluqla üzləşməli oldu.


Stratejik bir planın olmaması.


Apple və Samsung kimi şirkətlər hər il əlavə xüsusiyyətlər ilə istehsal etdikləri məhsulların yeni versiyasını təqdim edirlər. Bu markaların hazırkı və potensial müştəriləri yeni versiya bazara çıxmazdan əvvəl belə onu izləyirlər. Yeni məhsulun yeni xüsusiyyətlər ilə təqdim olunacağı gözləntisi müştərilərdə məhsula qarşı marağını artıra bilər və hazırda baş verən də budur. Ağıllı telefonlar bazarı kifayət qədər dolmuş olsa da telefonların yeni versiyasının çıxması insanlar arasında yenə də həyəcan doğurur. Ancaq Nokia-da belə bir strategiya yaradılmadı və bu da həqiqətən Nokia-nın çökməsinə səbəb oldu.


İnnovasiyanın olmaması.


Müəyyən dövr ərzində həddindən artıq böyümə şirkət rəhbərliyinin innovasiya və böyümə maliyyələşdirməsi arasında seçim etməsinə səbəb oldu. Buna görə də şirkətin innovasiya, araşdırma və inkişaf şöbəsində demək olar ki, heç bir qaynaq yox idi. Bu səbəbdən də şirkət ən yeni smartfonların təqdimatını idarə edə bilmədi.


Bunlardan əlavə, Çin mobil telefon bazarının inkişafı da Nokia markasının geridə qalmasına səbəb olan amillərdən biridir.


Müəllif: Leyla Kərimova