şənbə, 24 oktyabr 2020

Malik Rəşidov: “Marketoloq kreativ, araşdırmaçı və yenilikçi olmalıdır”

481

Bəzən çox sadə sualların çətin cavabları olur. Elə buna görə də suallarımızı sadə tutmaqla, sektordakı mütəxəssislərə üz tutduq.

facemark.az-ın suallarını Ultra Technologies-in marketinq direktoru Malik Rəşidov cavablayıb.

- Firmalarda Marketinq direktorları nə iş görür?

Müəssisədən asılı olaraq fəaliyyətlər fərqli olur. Əsasən marketinq direktorları planların hazırlanması, marketinq büdcənin formalaşması və ona nəzarət, tabeliyində olan komanda üzvlərinin (əməkdaşların) işinin düzgün təşkili və məqsədyönlü işin gedişatının doğru təşkil olunmasını idarə edir.

- Marketinq menecer ilə marketinq direktoru arasında hansı fərqlər var?

Əgər müəssisənin strukturunda hər biri ayrıca bir vəzifə kimi qeyd olunursa və hər bir pozisiyada məsul şəxs çalışırsa, marketinq direktor daha çox strategiya yönümlü, menecer isə taktik yönümlü işləri icra edir.

- Ən uğurlu və uğursuz hesab etdiyiniz marketinq kampaniyanız hansı olub?

Suala nəzəri yanaşsam, belə uğursuz kampaniyamız olmayıb. Çünki, marketoloqların hədəfi olur və nəzəri cəhətdən 20% və daha üstü nəticə olursa, bu artıq lazımı hədəfə çatmış sayılır. Bu göstəricidən aşağıda bir nəticəm olmadığı üçün uğursuz saydığım yoxdur. Maraqlı və ya maraqsız kampaniyalar çox olub

- Pandemiyadan sonra şikətlərin marketinqə ayırdığı büdcədə dəyişiklik olub mu?

Çoxluq olaraq olub. Bəzilərində isə sadəcə büdcənin təyinatları dəyişib. Misal üçün, outdoor reklamlara ayıracaq büdcələrini sosial şəbəkə reklamlarına keçiriblər.

- Hansı dijital kanallara daha çox büdcə ayrılıb?

Zənnimcə, B2B sektorunda çalışan şirkətlərin çoxusu Facebook-a digər sosial şəbəkələrdən daha çox büdcə ayırır. B2C-dən, əsasən, geyim, onlayn mağazalar, restoranlar və fərdi xidmət göstərən müəssisə və şəxslər isə Instagram-a daha çox üstünlük veriblər.

- Necə düşünürsünüz marketoloqlar hansı təhsil, bacarıq, sertifikatlara sahib olmalıdırlar?

Təhsil olaraq iqtisadiyyat, bacarıq olaraq – kreativlik, araşdırmaçı və yenilikçi olması kifayət edər. Nəzəri marketinq bilikləri əldə etmək üçün NİMA proqramının sertifikatını almaq tövsiyə olunur. Yalnız dövr dəyişir, marketinq elmi də hazırda transformasiyaya uğrayır. 5 il bundan qabaq internet marketinq ümumi marketinq ağacının kiçik bir budağı idisə, bu gün SMM artıq yarpaqlanmış iri bir budağa çevrilmişdir. Yeniliklər çoxdur, marketinq aləmində yeni resurslar, yeni imkanlar yaranmaqdadır. Ənənəvi marketinq elmini tək bilməklə, indi iri addımlar atmaq olmaz. Ona görə yenilikləri daim öyrənməli, yeni imkanlardan istifadə edərək işdə tətbiq etmək vacibdir.

- Yaxşı marketinq direktoru necə olmaq olar?

Marketinq direktoru yenilikçi, çalışqan, işinisevən olarsa, ondan yaxşı əməkdaş, idarəetməni bacararsa isə, direktor olar.

- Azərbaycanda marketinq direktorları yaxşı qazanır? Məsələn, reklam sənayesinin güclü inkişaf etdiyi ABŞ-da marketinq direktorlarının maaşı ən azı 40 000 (aya təxminən 3500 dollar) dollardan başlayır.

Burda iqtisadi və əmək bazarının faktorları var. Azərbaycanda aylıq maaşı 2-4K AZN alan marketinq rəhbərləri də var. Bizim ölkə üçün əslində yaxşı göstəricilərdir.

Təşəkkür edirik!

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün