LG Corporation və ya Lucky Goldstar, Cənubi Koreyadan kənarda yerləşən transmilli bir şirkətdir. LG elektronika, telekom məhsulları, kimyəvi maddələr və s. istehsal edən bir nömrəli şirkətdir. LG, Zenith, LG Display, LG Electronics, LG Chem kimi bəzi şirkətlərə də sahibdir və bunlar 80 ölkəyə yayılmışdır.


Koo In-Hwoii bu şirkətin qurucusudur. LG xidmətləri dünya miqyasında təqdim olunur. Həm holdinq, həm də ictimai tipli bir şirkətdir və ekran, telekom, günəş enerjisi və s. sahələrdə populyar bir seçimdir. Bu şirkətdə 220 mindən çox işçi çalışır.


LG, Koreyada plastik sənaye sahəsində fəaliyyət göstərən ilk şirkətdir. Plastik sənayeyə girməsi ilə LG Electronics 1958-ci ildə qurulmuşdur və o vaxtdan bəri radio və TV kimi bir çox məişət texnikası istehsal edərək əldə etdiyi texnoloji təcrübəsi sayəsində inkişaf etmiş rəqəmsal dövrə yol göstərmişdir. Ancaq GoldStar adı altında bir çox elektronik və həmçinin, Lucky adı altında da bir çox digər məhsullar istehsal olunurdu. Lucky yuyucu tozları ilə məşhurlaşdı. Bu məhsulların bir hissəsi hələ də Koreya bazarında var. 1995-ci ildə şirkətin adı “LG” olaraq dəyişdirildi və şirkətin sloqanı “Life’s Goodˮ olaraq seçildi.


LG Electronics tarixi, həmişə şirkətin “Daha xoşbəxt və daha yaxşı bir həyat yaratmaq istəyiˮ devizi ilə əhatə olunmuşdur. LG Electronics, XXI əsrdə bir çox yeni məhsul təqdim etdi, mobil cihazlar və rəqəmsal TV şəklində yeni texnologiyalar təqdim olundu və bununla da LG Electronics qlobal bir şirkət kimi statusunu möhkəmləndirməyə davam edir.


Marketinq strategiyası, təşkilatın satışlarını artırmaq və davamlı rəqabət üstünlüyü əldə etmək məqsədləri ilə öz imkanlarını optimal imkanlar üzərində cəmləşdirməsinə hədəflənmişdir. Özünü tanınmış bir marka etmək üçün LG müxtəlif yenilikçi marketinq və promosyon strategiyalarından istifadə etdi:


LG, 1999-cu il Kriket Dünya Kubokuna sponsor olaraq kriket (11 nəfərdən ibarət 2 komanda arasında, çubuq və top köməyi ilə, mərkəzində 20 metr uzunluğunda düzbucaqlı bir sahə olan oval bir məkanda oynanan bir komanda oyunudur-red.) sahəsinə belə bir böyük həcmdə sponsorluq edən ilk marka oldu. LG, məhsullarını reklam etmək üçün Hindistan kriket komandasının dörd kapitanını gətirdi. LG bu idman növündə reklam və marketinqə 8 milyon ABŞ dollarından çox sərmayə qoydu.


LG texnologiyasından və sağlamlıq faydalarından istifadə edərək məhsullarını fərqləndirdi. CTV diapazonunda “Golden Eyeˮ texnologiyası, kondisionerlərdə “Health Air Systemˮ və mikrodalğalı sobalarda “Health Wave Systemˮ kimi xüsusiyyətləri əlavə etdi.


Bütün bu uğurlu strategiyalar LG-nin bazardakı mövqeyini qorumasına kömək oldu. Lakin texnologiyasını sonradan inkişaf etdirməməsi onu “Apple” və “Samsung” kimi güclü rəqiblər siyahısından çıxartdı.


Müəllif: Fidan Əzizova