Vikipediya, podkastinq tarixinin 1980-ci illərdən başladığını deyir. Podkast o dövrdə səsli blog kimi tanınırdı. Bundan başqa, müasir podkastinq-in tarixi 2000-ci illərin əvvəllərində başlamışdır. 2001-ci ildə ilk iPod-un çıxması ilə, səs fayllarını portativ səs cihazlarına yükləmək və ya sadəcə RSS lentlərinə əlavə etmək populyar oldu.


Podkastinq tarixindəki başqa bir mərhələ 2005-ci ildə Apple-ın iTunes Store-a 3000-dən çox pulsuz səs proqramı ilə podkastlar kataloqu əlavə etməsi oldu. Növbəti il podkastlar geniş yayılandan sonra onların ticarət potensialları üzə çıxdı.


Podkastlar indiki dövrdə niyə məşhurdur?


Vizual mədəniyyət və sürətli texnoloji inkişaf dünyasında, podkast kimi sadə bir formatın populyarlığı şübhəli görünür. Son statistika göstərir ki, marketinq videolarının 49%-i yalnız 0-60 saniyə uzunluğundadır (və sayı daha da azalır), bəs necə olur ki, orta hesabla son 41 dəqiqəlik podkastın ən azı 90%-i dinlənilir? Cavablar sadə, eyni zamanda maraqlıdır.


1. Podkastlar çoxtapşırıqlıdır (Multitasking);


2. Podkast dinləmək son xəbərləri və hadisələri izləmək üçün asan yoldur;


3. Podkastlar əyləncəlidir.



Diaqramda 2006-cı ildən başlayaraq podkastların statistikasını görürür. Bu rəqəm 2020-ci ildə pandemiya ilə əlaqədar olaraq daha çox artmışdır. Statistikalar göstərir ki, podkast böyük biznesdir və getdikcə daha çox inkişaf edəcəkdir. Aşağıda podkastların gələcəyi ilə bağlı 4 proqnoz qeyd olunub:


1. Podcast statistikaları getdikcə artacaq;


2. Smart spikerlər podkastinq-in sərhədlərini genişləndirəcək;


3. Dinləyicilərin demoqrafik göstəriciləri AI (süni intellekt) səbəbiylə çoxalacaq;


4. Daha çox şirkət podkastlar yayımlayacaq və podkastinqə investisiya yatıracaq.


Podkastinq inkişaf etdikcə daha çox şirkət investisiya yatırmağa tələsir. Bu ilin əvvəlində Spotify podkastları asanlıqla hazırlamaq, yaymaq və pul qazanmaq üçün bir xidmət olan Gimlet Media və Anchor-u satın aldı. Görünən odur ki, Spotify indi musiqi işindən çox, audio işindədir.


Spotify-ın icraçı direktoru Daniel Elk:


“Bizim etmək istədiyimiz və etməkdən zövq aldığımız işimiz bazar qurmaqdır, hansı ki hazırda çox fərqli bir yetkinlik mərhələsindədir. Buna görə biz buna investisiya edirik və bu məkanda dirək oyunçularından biri ola biləcəyimizi düşünürük”.


Maraqlıdır ki, Apple iTunes-da mövcud olan 500.000 podkastdan yararlanmaq üçün heç bir addım atmayıb. Bu isə digər şirkətlərin böyüməsinə və Apple-ın etmədiyi şeyləri etməsinə imkan verdi. Doğrudur, bu şirkətlər Apple-ı üstələməyə bilər, amma texnologiya nəhənginin qazanmağa belə cəhd etmədiyi gəliri qazanmağın yollarını tapırlar.


Müəllif: Humay Hüseynli