Uşaqlıqdan Demetin həmişə biznes ideyaları olur və onlarla çox maraqlanırdı. Məktəbdə müxtəlif tələbə klubları yaradıb və ikisinə rəhbər seçilib. Universiteti bitirdikdən sonra bəzi qlobal şirkətlərdə rəhbərlik vəzifələrini icra edir, yeni markalar və bizneslə əlaqəli çətin layihələrdə iştirak edir. Bu müddət ərzində həmişə internet üzərindən alış-veriş edir və dəbə xüsusi həvəs göstərirdi. Demet daha sonra MBA üçün Harvard Business School-a daxil olur.



Buradakı birinci ilindən sonra Tükiyədə elektron ticarət sahəsində böyük potensial görür. Onun fikrincə, Türkiyə ucuz qiymətə yüksək keyfiyyətli istehsal imkanlarına sahib bir tekstil cənnətidir. Bundan sonra o cəld hərəkət etməyə qərar verir, iş planını tərtib edir, investorlarını tapır, komandasını qurur və geriyə baxmır. Demet uğurun istək, zəhmət, güclü komanda və əzmkarlığın birləşməsindən qaynaqlandığına inanır. O, Trendyol-u qurmaq üçün 2009-cu ildə Harvard Business School-un MBA proqramını tərk edir. Bununla da Demet Mutlu Türkiyənin ən böyük moda elektron ticarət platformasının qurucusu olur. O vaxtdan bəri Trendyol ayda 200 milyondan çox sayt ziyarətçisi və 16 milyondan çox müştərisi ilə Türkiyədəki və MENA bölgəsindəki ən böyük moda elektron ticarət saytına çevrilib. 2018-ci ildə Çinin Alibaba Group-a - 750 milyon dollarlıq sərmayə qoyaraq əsas səhmdara çevrildi.



Trendyol bazarda 2000-dən çox marka ilə işləyir və öz xüsusi etiketlərini təqdim edir, Türkiyədəki bütün onlayn moda satışlarının 60%-ni həyata keçirir. Saytın hazırda 16 milyondan çox müştərisi var və illik artım 100%-dən çoxdur.



Mutlu Peak Games və qlobal miqyasda bir sıra digər texnoloji şirkətlərin qurucusu və sərmayəçisidir. İşgüzarlığı beynəlxalq aləmdə tanınmağa başladı - Mutlu 20 yaşında ikən Dünya İqtisadi Forumu-nun Davosda keçirilən illik toplantısına qatılmış və 2016-cı ildə WEF tərəfindən Gənc Qlobal Lider seçilmişdir. O, həmçinin, Fortune-un Ən güclü Qadın Sahibkarları arasındadır.



Müəllif: Leyla Kərimova