Ac olanda sən o sən deyilsən!


Yəqin ki, bu sloqanı çoxumuz eşitmişik və elə həmin andaca ağlımıza Snickers g



əlib. Demək olar hər kəs bu markanı tanısa da əksəriyyətimiz onun haqqında bir çox şeydən xəbərsizik. Bu yazımızda Snickers haqqında bilinməyən və maraqlı faktları bölüşəcəyik.


Snickers-in əsası 1930-cu ildə Frank Mars tərəfindən qoyulub. İlk çıxdığı vaxtlarda onun qiyməti haqqında bəzi mübahisələr var idi. Bu tip şirniyyatların 5 sent-ə satıldığı dövrdə Snickers 20 sent-ə satılırdı.


Bəs şirniyyatın adı hardan götürülüb?


Təəccüblü olsa da Frank markanı ölən atının şərəfinə Snickers adlandırıb. Snicker adı Amerikada 1930-cu ildən işlədilsə də Birləşmiş Krallıqda 1990-cı ilə qədər bu şokoladı Snickers yox, Marathon adı ilə tanıyırdılar. 1990-cı ildə isə firma şirniyyatın bütün dünya üzərində bir ad altında satılmasına qərar verdi və ilk zamanlarda insanlar qarışıqlıq yaşamasın deyə qablaşdırmanın üzərində, həm Marathon, həm də Snickers adı qeyd olunurdu. O vaxta qədər ki, Marathon adı tamamilə işlədilməsin. Snickers populyarlığını artırmağa davam etdi və 1984-cü ildə Los Anceles, Kaliforniyadakı Olimpiya Oyunlarının rəsmi sponsoru oldu.



Maraqlı cəhətlərdən biri də odur ki, hər qablaşdırmanın fıstıq limiti var. Yəqin ki, şokoladı yeyərkən içindəki fıstıqları saymamısınız, ancaq hər bir ədəd üçün fıstıq sayı həmişə eynidir. Normal ölçülü hər bir Snickers-in içində 16 ədəd fıstıq olur.


Bu qədər rəqabət arasında Snickers 3,6 milyardlıq qlobal satışı ilə ən yaxşı satış edən nömrə bir şokoladdır. Yüksək tələbatı qarşılamaq üçün Mars hər gün 15 milyondan çox Snickers istehsal edir. Təsəvvür edə bilirsiniz? – 15milyon! Bu qədər Snickersi hazırlamaq üçün hər gün 100 ton fıstıq istifadə olunur.


İllər boyu Mars-a Snickers-in sağlıqsız tərkibi haqqında tənqidlər gəlirdi. Çünki bu məhsul çox yerdə reklam olunur, çox sayda tükədilir və piylənmələrin sayı getdikcə artırdı. Ona görə də, Mars 2012-ci ildə standart 280 kalori Snickers paketinin ölçüsünü 12% azaltdılar.


Müəllif: Leyla Kərimova