şənbə, 24 oktyabr 2020

Əli Daşdəmirov: “İstənilən rəhbərin ən böyük uğuru düzgün komandanı yaratmasıdır”

484

Bəzən çox sadə sualların çətin cavabları olur. Elə buna görə də suallarımızı sadə tutmaqla, sektordakı mütəxəssislərə üz tutduq.

facemark.az-ın suallarını “Bank Respublika”nın Marketinq Direktoru Əli Daşdəmirov cavablayıb.

- Əli bəy, firmalarda Marketinq direktorları nə iş görür?

Marketinq sahəsi necə geniş və çoxtərkibli olduğu kimi Marketinq üzrə Direktorun vəzifəsi və gündəlik işləri də fərqli və çoxsahəlidir.

Marketinq Direktor dedikdə hər kəsin birinci ağlına gələn yalnız planlar qurub, büdcəni hesablayıb, sənədlərə imza atan şəxs gəlir. Amma əslində bu yalnız hər bir menecerin arzu etdiyi işlərdir, həyatda hər şey fərqli və daha mürəkkəbdir.

Mənim fkirimcə, Marketinq Direktorun əsas vəzifəsi və işi - komanda daxilində və təşkilatın digər biznes strukturları arasında düzgün kommunikasiyaların və inteqrasiyanın yaradılmasıdır.

Və qeyd etdiyim kimi marketinq bizim departamentdə olduğu kimi fərqli istiqamətlərdən ibarətdir: Reklam, Kommunikasiya, SMM, KSM, Dizayn, Müştəri təcrübəsi, Analitika, Bazar araşdırmaları və digər sahələr. Mənim bir rəhbər kimi əsas işlərimdən biri də hər komanda üzvü ilə mövcud məsələri müzakirə etmək və onların həllində yardımçı olmağımdır. Bu, həm qlobal, həmçinin, daha xırda və detallı məsələlər ola bilər. Belə bir müxtəliflik isə, işimi daha da maraqlı edir. Kreativ və yaradıcı prosesslərdə daha çox moderator rolunda çıxış etməyə çalışıram, müzakirələri düzgün və daha cəlbedici istiqamətə yönəltmək və sonda ən effektiv nəticəni əldə etmək üçün komandanın hər üzvünün güclü tərəfini səfərbər etmək əsas məqsədim olur.

Digər təfədən isə Marketinq Dirketor şirkətin menecmet strukturun bir üzvüdür və bu səviyyədə əsas vəzifəsi şirkətin müəyyən etdiyi strateji və operativ hədəflərə çatmaqdır. Bunun üçün şirkətin bütün strukturları ilə sıx işləmək və bu sahələrdə kifayət qədər biliklərin olması çox vacibdir. Bu vəzifələr Marketinq Direktorun üzərinə daha fərqli çağırışlar qoyur, belə ki, artıq sən yalnız marketinqə aid olan sualları yox, digər biznes sahələrində yaranan məsələrin həllində iştirak edib, öz bilik və bacarıqlarını yaranan sualların həllində tətbiq edirsən.

Qısa olaraq desəm, böyük şirkətlərdə Marketinq Direktor 2 funksiyanı yerinə yetirir. 1. Komanda üçün mentor funksiyasını – yəni, komandanın ən doğru və effektiv istiqamətdə işini aparmasını təmin etmək. 2. Şirkətin biznes strukturları üçün isə konsultant və dəstək funksiyası – bütün biznesin bazar və müştəri yönümlü olmasında, yeniliklərin ortaya çıxmasında və satışların artmasına dəstək olur.

- Marketinq menecer ilə marketinq direktoru arasında hansı fərqlər var?

Mənim fkirimcə, bu daha cox terminologiya fərqidir. Bir çox şirkətlərdə Marketinq menecer və Marketinq direktor demək olar ki, eyni vəzifələri icra edirlər. Amma böyük şirkətlərdə marketinq menecer daha çox sırf marketinqə olan sahələrin idarə olunmasında iştirak edir, yəni reklamların yerləşdirilməsi, KİV-lər ilə işlərin aparılması, tədbirlərin keçirilməsi və s. Marketinq Direktor isə daha çox biznesin inkişafı və Strateji marketinq ilə məşğul olur.

- Pandemiyadan sonra şikətlərin marketinqə ayırdığı büdcədə dəyişiklik olub mu?

Bildiyiniz kimi koronavirus infeksiyası həyatımızın bir çox sahəsinə öz təsirini göstərib və ilk növbədə məhz bizim – insanların davranışına və həyat tərzimizə. Marketinq isə sırf müştərinin davranışı, istək və tələbatlarına əsaslanan bir sahədir və təbii ki bazarla iş yanaşmalarında bir çox dəyişiklər baş verib və hələ də baş verir. Bu isə marketinq büdcələrinin strukturların dəyişməsinə gəlib çıxarır.

İlk növbədə digital marketinqə daha böyük tələbat yaranıb, çünkü izolasiya şəraitində insanları dünya ilə təmas, əsasən, məhz sosial media və digər rəqəmsal vasitələr ilə mümkün olur. Bu isə o deməkdir ki, artıq rəqəmsal dünya ən vacib rəqabətlik arenasına çevrilmişdir. Rəqəmsal marketinqin vacibliyi artıqca ora yönəlinən büdcələr də təbiiki artmaqdadır. Və əksinə biz görə bilirik ki sərt karantin rejimində küçə reklamları bazarı bütün dünyada demək olar dayanmışdır, bu isə bu sahədə çalışan şirkətlər üçün böyük zərbə oldu. İnanıram ki post-pandemiya dövründə bu tip reklam daşıyıcılara maraq və investisiyalar bərpa olunsun, amma mənim fkirimcə, şirkətlər pandemiya dövründə rəqəmsal marketinqin effektivliyini tam hiss etdikləri üçün bu maraq əvvəlki kimi olmayacaq.

- Hansı digital kanallara daha çox büdcə ayrılıb?

Əslində ölkəmizdə ən effektiv bir necə digital kanal var, onlar elədə çox deyil. Bunlar, əsasən, Instagram, Facebook və Google Ad kimi ölkəmizdə ən populyar paltformalardır. Həmçinin yerli KİV-lər ilə iş həmişə bizim prioritetimiz olub və onlar bizim əsas rəqəmsal PR dəstəkçilərimizdir.

Hazırda ən effektiv kanallar isə təbii ki Facebook və Instagramdır və büdcələnmə zamanı ilk prioritet bu iki platformaya verilir.

- Necə düşünürsünüz, marketoloqlar hansı təhsil, bacarıq, sertifikatlara sahib olmalıdırlar?

Məncə, marketoloq istənilən məhsulu istənilən bazarda satmağı bacarmalıdır, istər fiziki məhsulu, istərsə də virtual, bunun üçün isə, marketinqin əsaslarını anlamaq və mənimsəmək kifayətdir. Amma hansısa konkret istiqamətdə yaxşı marketoloq olmaq üçün bu istiqamətdə təcrübənin olması vacibdir, çünkü yalnız təcrübə ilə konkret biznesin incəliklərini və o biznesin müştərilərini anlamaq olar.

Marketinq sahəsində bir sıra, həm dövlət proqramları, həmçinin, beynəlxaq sertifikatlaşdırma layihələri mövcuddur. Onların hamısı marketoloq olmaq üçün kifayət qədər yaxşı bazadır. Marketinq Direktor vəzifəsi üçün isə marketinqin bütün sahələrində biliklərin və minimal təcrübənin olması çox vacibdir, bu həm reklamların hazırlanmasının əsasları, həm PR işlərinin qurulması, büdcələrin tərtibatı və digər sahələrdə spesifik kursların və praktikaların keçməsi komanda ilə daha effektiv işin qurulmasında kömək olacaqdır.

Bacarıqlara gəldikdə, hesab edirəm ki marketoloqun ən əsas bacarığı sadə dildə desək hamı ilə dil tapmaqdır – yəni, kommunikasiya bacarığıdır, çünki marketoloqun əsas vəzifəsi məhsulu satmaqdır bu isə öncə şirkət daxili proseslərdən başlayır və müştəri ilə kommunikasiyada bitir və bütün proses boyu marketoloqdan tələb olunur ki, həm qarşı tərəfi dinləməyə, anlamaya və öz fkirini çatdırmğı bacarsın.

- Yaxşı marketinq direktoru necə olmaq olar?

Yaxşı marektinq direktor – yaxşı marketinq komandası deməkdir. İstənilən rəhbərin ən böyük uğuru düzgün komandanı yaratmasıdır.

Daha öncə qeyd etdiyimi kimi, marketinq direktor daha çox mentor və moderator rolunda çıxır edir və güclü komanda üzvlərini düzgün istiqamətləndirir, bu o deməkdir ki komandada kifayət qədər sərbəstlik olmalıdır bu isə istər istəməz yüksək motivasiyaya və nəticələrə gəlib çıxardır.

Təşəkkür edirik!

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün