WeTransfer 2009-cu ildə qurulmuş və hər ay on milyonlarla istifadəçi ilə dünyanın ən yaxşı fayl ötürmə xidmətlərindən birinə çevrilmişdir. WeTransfer peşəkar xidmət və pulsuz fayl ötürmə xidmətini böyük brendlərin reklamları sayəsində həyata keçirir, hansı ki bu reklamlar onun öz şəxsi reklam studiyasında hazırlanır. Həmçinin, şirkətin məqalələr və müsahibələr dərc edən bir redaksiya studiyası da mövcuddur, bu müsahibələrin hər biri isə WeTransfer üzvü olan rəssamlara aiddir. İşin bu tərəfi “WePresent” və ya “WeTransfer tərəfindən danışılan yaradıcılıqla bağlı gözlənilməz hekayələrˮ adlanır.


Şirkət tərəfindən hazırlanan və yaradıcılıq prosesində kömək edə biləcək “Paperˮ, “Pasteˮ və “Collectˮ kimi mobil tətbiqetmələr də mövcuddur. Və bu yaxınlarda müxtəlif yaradıcılıq texnikalarını öyrədən və tanınmış rəssamların müəllifləri olduğu bir sıra dərsliklər də təqdim olundu.


WeTransfer-in İnnovasiya direktoru Georg Petschnigg-dir. Petschnigg, başda Apple olmaqla, digər başqa şirkətlərdə də yeni növ media layihələri üzərində çalışmaqla bağlı böyük bir təcrübəyə malikdir və 2018-ci ildən etibarən WeTransfer-də fəaliyyət göstərir. O qeyd edir ki, WeTransfer-in xidmətə sponsor olan brendlər üçün öz yaradıcılıq studiyalarında reklam çəkməkdə səbəbi, çəkilən reklam məzmunlarının istifadəçilərə tamamilə uyğun olmasını təmin etməkdir.


Şirkətin media xidmətlərinə investisiya yatırması digərləri tərəfindən də əhəmiyyətli hesab olunur və yaxşı qarşılanır. Sadiq izləyici kütləsinə sahib olmaq uzun vaxt və istiqrarlı olmaqla birbaşa əlaqəlidir. Bunun üçün əzm və səbr tələb olunur və WeTransfer uzun müddətdir ki, belə bir fəaliyyətlə məşğuldur. Bəzi şirkətlər isə altı aylıq bir kampaniya yanaşması tətbiq edirlər, lakin bu çox qısa müddətdir. Biz digər şirkətlərin fəaliyyətində də istifadəçilərlə daha yaxın əlaqə qurmağa çalışdıqlarını görə bilərik, çünki müəssisələr özləri etibarlı əlaqələr qurmağa çalışmalıdırlar, əks təqdirdə heç kim bunu onlar üçün etməyəcək. Şirkətdə digər korporativ şöbələrlə birgə fəaliyyət göstərə biləcək ayrıca redaksiya şöbəsi yaradılmalıdır. Və hər 20 iclasdan sonra yox, hər gün aktiv şəkildə fəaliyyət göstərməlidir.


Hazırda faydalı bir media xidməti tapmaq şirkətlər üçün çox vacibdir, çünki şirkətlə bağlı yalan məlumatın yayılması onun imicinə çox ciddi zərər yetirə bilər və proses böyük miqyasda nüfuz itkisi ilə nəticələnə bilər.


Müəllif: Fidan Əzizova