Ənənəvi “görəsən nə geyinim?” sualı ilə hər bir iş qadını üzləşir. Bu dilemmadan xilas olmağa kömək edəcək və biznes qadınlarının işinə yarayacaq məsləhətlərimiz var. Əvvəlcə onu qeyd edək ki, sahib olduğunuz iş üçün yox, arzuladığınız iş üçün geyinin.


1. Özünüzlə səmimi olun


Nisbətən təvazökar, ofisə uyğun bir şəkildə geyinməyiniz məsləhətdir. Rəngli geyimlər sevirsiniz, o zaman rəngli geyinin. Hündür dabanlara üstünlük verirsinizsə, o zaman hündürdaban geyinin. Cəsarətli dodaq boyası sürməyi sevirsinizsə, o zaman makiyajınızın qalan hissəsini kifayət qədər təbii saxlayın. Hər şey normasında olsun.


Özünüzə sadiq olmaq təqdirəlayiq bir liderlik keyfiyyətidir. Buna görə də necə geyinməyiniz də daxil olmaqla buna diqqət edin.


2. Keyfiyyətli parçalara pul xərcləyin


Bir iş qadını olaraq, pulunuzu xərcləmə şəkliniz sizin haqqınızda çox şey deyir. Əgər məhsul yüksək keyfiyyətlidirsə, uzun illər ərzində dəfələrlə geyə biləcəksiniz.


Miqdarı deyil keyfiyyəti düşünün. Alış-veriş edərkən aldığınız geyimlərin materiallarına və dizaynına diqqət yetirin. Sonra onlara düzgün qulluq edin.


Bonus: yaxşı dərzi gözəl görünüş üçün ən əhəmiyyətli faktorlardan biridir.


3. Üstü açıq ayaqqabı geyinməyin


Ayaqqabıya gəlincə açıq ayaqqabı ofis üçün münasib deyil.. Bunu çimərlik, həftə sonu, gecə və ya ofisdən başqa yer üçün nəzərdə tutun.


Daban, sivri uclu ayaqqabı və ya yuvarlaq ayaqqabı geyinməyiniz daha münasibdir. Amma çalışın ki, qapalı olsun. Açıq ayaqqabı geyinməkdə israr edirsinizsə, ayaqlarınızın baxımlı olduğundan əmin olun.


4. Çox açıq geyinməyin


Burda iki cəhəti nəzərə almaq lazımdır:


  • Doğru uzunluq vacibdir. Paltar və ətəklər ən azı dizinizin üst hissəsini örtməlidir. Unutmayın ki, bir kresloda əyləşdiyiniz zaman paltarınız və ya ətəyiniz avtomatik olaraq biraz qalxacaq və daha qısa görünəcək. Heç vaxt dərin yarıqlı parçalar seçməyin.
  • Dekoltə geyinməyin.

5. İfrat makiyaj etməyin


Makiyaj edərəkən bir şeyi nəzərə alın: insaf yaxşı şeydir. Cəlbedici dodaq boyası sevirsinizsə, çəkinməyin. Ancaq qalan hər şeyi təbii saxlayın. Saxta kirpiklər, göz kölgəsi və ya bol miqdarda bronzlaşdırıcı ilə özünüzü həddən artıq dramatikləşdirməkdən çəkinin. Təbii görünüşünüzü artırmaq üçün təbii görünən makiyajdan istifadə edin.


6. Həddindən artıq aksessuar istifadə etməyin


Az özü çox şey deməkdir. Hər şeyin açarı sadəlikdir. Aksesuarlar geyimi 360 dərəcə dəyişməyə qadirdir. Yüksək keyfiyyətli bir əl çantası seçin. Göstərişli bijuteriya əvəzinə zərif mirvari sırğalar dəsti və ya sadə bir boyunbağı kimi klassik bir şey seçin.


7. Rənglərə fikir verin


Şübhəsiz burada rənglərin gücünə arxalanırıq. Ofis geyimi üçün rəng seçərkən rəng psixologiyasına diqqət yetirin. Məsələn, qırmızı güclü bir rəngdir, eyni zamanda sizi aqressiv də göstərə bilər. Yenə də hər zaman unutmayın ki, stiliniz işdə sizin haqqınızda ümumi mesaj çatdırmaq üçün bir yoldur.


8. Trendlərə çox aludə olmayın


Moda sahəsində çalışmırsınızsa, ofis son trendləri sınaqdan çıxarmaq üçün ən axırıncı yerdır.


Zəriflik, klassiklik və cəsarət abu-habası yaratmaq istəyirsən. Həddindən artıq modaya uysanız görünüşünüz korlana bilər.


9. Mühitə uyğun geyinin


Fərqli ofislər fərqli geyim tələb edir. Ofisiniz tam peşəkar geyim tələb edirmi? Yoxsa iş tərziniz daha rahatdır?


Ofis mühitinizin icazə verdiyi şeylərdən xəbərdar olun.


Xülasə: Özünüz kimi geyinin! Görünüşünüz peşəkarlığınızın bir əksidir. Beləliklə, seçimlərimizdə diqqətli olaq.


Paylaşmaq üçün başqa tövsiyələriniz varmı? Eşitmək istərdik.


Həyatınız da geyimləriniz kimi rəngarəng olsun!


Müəllif: Humay Hüseynli