To-do list proqramlarının mürəkkəb olmasına ehtiyac yoxdur - bir çox insan bunun üçün sadə qələm və kağızdan istifadə edirlər. Buna baxmayaraq hər gün yeni bir tətbiqetmə meydana çıxır. Niyə? Çünki tapşırıqlarınızı izləmək çox şəxsi bir prosesdir və insanlar ən kiçik şeyin belə düz getmədiyini görəndə bu proqramdan dərhal imtina edirlər. Ona görə də doğru tətbiqi tapmaqda bəzi çətinliklər yaranır.


Hansı xüsusiyyətlər to-do list proqramlarını əlverişli edir?


Hər bir insanın bunu üçün fərqli kriteriyaları var. Ən yaxşı proqramlar:


- yeni tapşırıq əlavə etməyi və təşkil etməyi sürətləndirir. İdeal olaraq bir tapşırıq əlavə edilir və bir toxunuşla kateqoriyalara ayrılır.


- Tapşırıqlarınızı təşkil etmək üçün bir çox yol təklif edir. Etiketlər, siyahılar, layihələr və son tarixlər faydalıdır və ən yaxşı tətbiqetmələr bu kimi ən azı bir neçə kateqoriya təklif edir.


- Özünüzə təyin edilmiş son tarixləri xatırladır. Bildirişlər, widget-lar, e-poçtlar - ən yaxşı tətbiqetmələr bir şeyin tamamlanması lazım olduğunu sizə aydın şəkildə bildirir.


- Rahat istifadəçi interfeysləri təklif edir. Yaxşı dizayn edilmiş tətbiqetmələr iş axınınıza uyğundur, beləliklə yarıda qoyduğunuz işlərə geri dönə bilərsiniz.


Ən yaxşı to-do list proqramları


Todoist - bu, listdəki ən güclü proqram deyil, ən sadəsi də deyil. Bu proqramın əsas özəlliyi də budur - o, gücü sadəliklə tarazlayır və bunu mövcud olan hər platformada işləyərkən edir. Bu səbəbdən də to-do list 10 milyondan çox istifadəçisi olan ən məşhur tətbiqlərdən biridir.



Tapşırıqları əlavə etmək hər platformada çox asan və tezdir. Məsələn, Bazar ertəsi süd al yazırsınız və bu tapşırıq Bazar ertəsinə tapşırığı əlavə edir.


TickTick - TickTick təsəvvür edə biləcəyiniz hər platformada bir sıra geniş xüsusiyyətlər təklif edən bir siyahı tətbiqidir. Tapşırıqların əlavə edilməsi sürətli olur. Tapşırıqlar siyahılar, etiketlər və son tarixlərdən istifadə edərək təşkil edilə bilər və hətta hər hansı bir tapşırığa alt tapşırıqlar əlavə etmək imkanı var.



Microsoft To Do - Əsas interfeys rahat və istifadəçi dostudur, tapşırıqların əlavə edilməsi sürətlidir, lakin bunlardan başqa proqramın bir çox rahatlıqları var. Proqramın əsas fərqli xüsusiyyəti Microsoft-un ekosistemi ilə dərin inteqrasiyadır. Outlook istifadəçiləri tapşırıqlarını həmin tətbiqdən Microsoft To Do-ya sinxronizə edə bilərlər, yəni nəhayət ki, Outlook tapşırıqlarını mobil cihaza sinxronlaşdırmağın bir yolu var.



Things - to-do list proqramları iki kateqoriyaya bölünür: kompleks və minimalist. Things ikisinin arasındadır. Bu, heç bir xüsusiyyət çatışmazlığı olmayan bir tətbiqdir və bununla birlikdə istifadəsi həmişə sadədir. Tapşırıqları əlavə etmək və onları idarə etmək asan və sürətlidir. İstəsəniz tapşırıqlara,hətta alt tapşırıqlar da əlavə edə bilərsiniz. Proqram macOS, iPhone, iPad - lərdə işləyir. Buradakı yeganə mənfi cəhət Windows və Android üçün versiya çatışmazlığıdır.



Habitica - Oyunların fəaliyyətin motivasiyasında rolu fantastikdir. Əvvəllər HabitRPG olaraq bilinən Habitica, işlərin görülməsinə həvəsləndirmək üçün oyun dizaynındakı prinsiplərdən istifadə etməyə çalışır və bu olduqca effektivdir. Siyahıya tapşırıqlar, gündəlik fəaliyyətlər və vərdişlər əlavə edə bilərsiniz. Proqramda işlərinizi bitirdikdə səviyyəsi yüksələn və işləri təxirə saldığınız zaman zərər görən bir xarakteriniz də var. Ayrıca, qəlyanaltı kimi offline mükafatlar və ya silah və ya hətta şapka kimi oyun içi əşyalar almaq üçün oyun içi valyuta qazana bilərsiniz.



İşin mənfi tərəfi nədir? Habitica uzunmüddətli layihələri idarə etmək üçün əlverişli proqram deyil, buna görə də bunun üçün başqa bir şeyə ehtiyacınız ola bilər. Ancaq motivasiya sizin probleminizdirsə Habitica yoxlamağa dəyər.


Any.do - Any.do tapşırıqları əlavə etməyi, siyahıları düzəltməyi və son tarixləri əlavə etməyi sürətləndirən əlverişli bir mobil tətbiqetmədir. Əsas fərqliliyi isə gündəlik işlərini planlaşdırmağı məcbur edən "Günümü planlaşdır" (Plan my Day) xüsusiyyətidir. Any.do, həmçinin, görüşlərinizi və tapşırıqlarınızı bir yerdə görməyinizə imkan verən Google və Outlook təqvimləri ilə inteqrasiya içindədir. Bir şeyi siyahıya əlavə edib unudan insansınızsa bu sizə lazım olan proqramdır.



Müəllif: Leyla Kərimova