şənbə, 24 oktyabr 2020

2020-ci il üçün 10 möhtəşəm qrafik dizayn trendi

212

2020-ci ildə qrafik dizayn trendləri xeyli yol qət etdi. Yeni dövrün başlanğıcı artıq görünür və dizaynerlər bu dövrü təyin etməyə başladıqca qrafik dizayn yeni zirvələrə çatacaq. Görünür ki, qrafik dizaynın növbəti təkamülünə birlikdə şahid olacağıq.

20-ci illərin irəliləməsi üçün bir neçə il vaxt tələb olunsa da, dizaynerlər bizə gələcəyin şəfəqlərini göstərirlər. Gəlin bu yeni onilliyi xarakterizə etməyə başlayan 2020-ci ildə hökm sürən qrafik dizayn tendensiyalarına nəzər salaq.

2020-ci ildə vüsət olacaq 10 qrafik dizayn trendi :

  1. Cyberpunk rəng sxemləri
  2. Street art üslubları
  3. Ultra incə həndəsə
  4. Kağız kəsmə kolajlar
  5. Böyük ölçülü əl yazısı
  6. Distopiya estetikası
  7. Hiper-pastiche (oxşarının yaradılması)
  8. Davamlı animasiya seriyaları
  9. Qıvrımlar və kəsiklər
  10. Canlı məlumatların vizuallaşdırılması

Cyberpunk rəng sxemləri

“2020 hər zaman olduğundan daha parlaq və cəsarətli rənglərə sahib olacaq! Dizaynın dəyəri artdıqca, markalar da daha cəlbedici və maraqlı rənglərlə bir-birindən fərqlənir.”

- Ryan Hayward, Pitchproof şirkətinin dizayneri və qurucusu

Küçələrimiz uçan avtomobillər əvəzinə elektrikli skuterlərlə dolu ola bilər, amma kompüterlər həyatımıza o qədər inteqrasiya olunub ki, (hətta ciblərimiz üçün də!) artıq sanki gələcəkdə yaşadığımızı hiss edirik.

Qrafik dizaynda futuristik mövzular tez-tez rənglə ifadə olunur - xüsusən təbiətdə görmədiyimiz parlaq və həddindən artıq doymuş çalarlar. Bu rənglər, ümumiyyətlə, Blade Runner filmindəki kimi qaranlıq, futuristik, neona oxşar rənglərlə bəzənmiş şəhərləri təsvir edən fantastik janr olan kiberpunkla əlaqələndirilir.

2020-ci ildə rəng sxemlərinin daha da canlı və parlaq olmasını gözləyin.

“Futuristik rəng sxemləri və dizaynları gələn il trenddə olacaq, izometrik trendə davam edəcək və futuristik parıltılı dizaynlar vermək üçün mavi və bənövşəyi və isti çəhrayı kimi rənglər gətirirəcək”.

- Adrianne Mesnard, 99designs-da bədii rəhbər

Praktikada kiberpunk rəng sxemləri tamaşaçılara real həyatda yaşaya bilmədikləri, Pepper Pack Design-dakı başqa bir dünyanın bitki örtüyü kimi qeyri-adi təcrübələr yaradır. Parlaqlığı ilə özlərinə diqqət çəksələr də, bu, həm parlaqlıq, həm də dost və mehriban atmosfer yaradır.

“2020-ci ildə Yapon urbanizmindən, mavi neondan gələcək yönümlü tərzdən bəhrələnərək futuristik, ‘kiberpunk’ atmosfer hökm sürəcək. Hər zaman futurist olan yapon dizaynı bu il də trend olacaq”.

- Ben VanderVeen, Art direktoru və Moss and Fog-un qurucusu

Street art üslubları

Graffiti və küçə sənəti texnikaları, 70-ci illərin punk mənzərəsi, 80-ci illərin neonu və 90-cı illərin qaranlıq mənzərəsini özündə cəmləşdirən bir retro cazibəyə sahibdir. Ancaq 2020-ci ildə bu tendensiya fikirləşdiyinizdən daha çoxdur. Street art-ın qrafik dizayna qayıtması, məhz elə bu an üçün yetişmişdir.

Son on ildə dizaynın öyrənilməsi əvvəlkindən daha əlçatan oldu. Bu o deməkdir ki, bununla məşğul olan kifayət qədər adam var ki, bu da küçə sənətinin DIY (Do İt Yourself) estetikasına uyğundur.

Grafiti, özünəməxsus kənarlığı ilə (vandalizmlə əlaqəsi nəzərə alınmaqla) həm sevinc, həm də azadlıq hərəkəti, bağları pozmaq və etiraz konvensiyasıdır. Anton Siribaddananın dizaynında küçə sənəti ilə dəstəklənən fotoşəkilin ekrandan sıçrayacaq kimi hiss etməsini təmin edən budur. Ümumilikdə, küçə sənəti meyli, gələcəyimizi əlimizdə hiss etməyimiz üçün mükəmməl bir estetikdir.

Özünəməxsus kənarlığı ilə (vandalizmlə əlaqəsi nəzərə alınmaqla) graffiti, həm sevinc, həm azadlıq, həm də sərhədləri pozmaq və etiraz konvensiyasıdır. Anton Siribaddana-nın dizaynı olan küçə sənəti nümunəsində də belədir: sanki fotoşəkil ekrandan sıçrayacaq kimi. Ümumilikdə, küçə sənəti trendi, gələcəyimizi öz əlimizdə hiss etməyimiz üçün mükəmməl üsuldur.

Ultra incə həndəsə

Qrafik dizaynın əsas elementi kimi xətlər, bir obyektin formasını və xüsusiyyətini ifadə edir. Həndəsi xətlər insan tərəfindən yaradılan və texnologiyanın yaratdığı obyektləri təsvir edir, əyri xətlər isə daha təbii formaları əks etdirir. 2020-ci ildə dizaynerlər qeyri-mümkün formaları əldə etmək üçün bu xətt üslublarını birləşdirirlər. Bu dizaynlar sabit geometriyaya əsaslanır, lakin yenə də keçici və estetik atmosfer yaratmağı bacarırlar. Metal kimi görünürlər, amma sanki tüstülənir.

Bu dizayn müasir, futuristik və əsrarəngiz auraya malikdir. İncə xəttlər yalnız rəqəmsal mühitdə göstərilə bilər, bu da mətbəə dövrünü kağızla tərk edən bir şeydır.

- Jack Begosian, “99 dizayn”-da ən yüksək səviyyəli dizayner

Ultra incə həndəsə o qədər incə qəşəng, mücərrəddir ki, yaxşı kompüter köməyi olmadan çəkmək çətindir, bu səbəbdən də texnologiya və sənaye markalarında məşhurdur. Bu üslub texnologiyanın gələcəyini ifadə edir- “bulud”a getdikcə dərinləşən, daha az fiziki olan-və gələcək illərdə bizi gözləyən sirli imkanlar.

Kağız kəsmə kolajlar

Dizaynerlər həmişə izləyicilər üçün orijinal yeniliklər hazırlamağa çalışırlar. Bəs bunu ədəbi sənət və sənətkarlıqdan daha yaxşı necə etmək olar?

Kollaj uğurlu seçimdir, çünki kəsmə fraqmentləri sayəsində bu texnika asanlıqla digər elementlərlə birləşə bilir.

Agnesema, “99dizayn”da Top Level dizayner

Bir çox kollajlar müxtəlif görüntülər mövcud olduğu halda yalnız bir görüntüyə fokuslanaraq gözümüzü aldadır. Amma 2020-ci ilin trendində belə şey yoxdur.

Dizaynerlər illustrusiyalar və fotoşəkillər kimi fərqli səpkili elemetləri qarışdırırlar.

2020-ci ildə ziddiyyətli elementləri birləşdirmək dəb olacaq: canlı rənglər yumşaq pastel rənglərlə, həndəsi formalı fiqurlar ənənəvi naxışlar birləşdiriləcəkdir. Bu üsul daha zəngin görünəcək, əyləncəni, gəncliyi və müxtəlifliyi çatdıracaqdır.

Vizual olaraq təəccüblü olsa da, kolajlar, əsasən, sənət yönümlüdür və onlar redaksiya illüstrasiyaları, afişalar və kitab örtükləri üçün mükəmməldir. Məsələn, OtomPotom-un bloq şəkillərində abstrakt abu-hava yaratmaq üçün bir-birilə uyuşmayan elementlər sürrealist məzmunla bir araya gətirilmişdir.

Böyük ölçülü əl yazısı

Minimalist tendensiyaların sürətlə yayılması tamaşaçılarla daha çox fərdi əlaqəyə ehtiyac yaradır. Bu tip dizaynlara fərdiləşdirilmiş toxunuş lazımdır və tipoqrafiyada qrafik inteqrasiyası və ya tamamilə xüsusi tip dizaynlar kimi trendlər yaradır.

Terry Bogard, “99 dizayn”da Top Level dizayneri

Tipoqrafiya həmişə qrafik dizaynın vacib bir elementi olmuşdur. Hər şeyin yeni istifadəçilər üçün dərhal məna kəsb etməsi lazım olan rəqəmsal dövrdə, tipoqrafiya çox zəruri oldu. Ancaq son illərdə tip, keçmiş günlərin çap reklamları və jurnallarından bəri görmədiyimiz yollarla daha böyük, daha cəsarətli və daha təcrübəli hala gəldi.

Dizaynerlər fikirləşir ki, yalnız ağ fon və mətndən ibarət olan kompozisiya belə bold tipoqrafiya ilə daha maraqlı ola bilər.

Distopiya estetikası

"Black Mirror" və "Handmaid's Tale" kimi şoulara olan bağlılığımız sayəsində distopiya ağla gələn hər mühitdə özünə yer tapır. Distopiya (utopiyanın əksinə olaraq) ümumiyyətlə öz tarixinin bir yerində sanki səhv dönüş etmiş kimi reallıqdan fərqli, futuristik dünyalar deməkdir. Dizayn baxımından distopiya, texnoloji məhsulu təbii nümunələrlə birləşdirən və ya soyuq rəng sxemləri, mexanikləşdirilmiş tipoqrafiya, qarmaqarışıq texnikaları və görüntülər vasitəsilə ifadə tapır.

Hiper-pastiche (oxşarının yaradılması)

Heç bir qrafik dizayn trendi keçmişə dönüb vintage elementlər almadan tamamlanmayacaq. 2020-ci ili unikal edən şey hiper-pastichedir: dizaynerlər konkret bir dövrü canlandırmır, əksinə hamısını canlandırır. İstər Viktoriya, istər Ortaçağ, istər Art Deco ya da Art Nouveau, keçmiş sənət üslubları müasir dizaynlarla xronoloji kolajda birləşir.

Müasir elementlər və rənglərlə (və əksinə) vintage stilinin qovuşmasının 2020-ci ildə çox güclü olacağını düşünürəm.

KisaDesign, “99 dizayn”da Top Level dizayneri

Davamlı animasiya seriyaları

Kəskin sərmayə olsa da, animasiya bir markanı marka etmək üçün ən güclü yollardan biridir və internetdə getdikcə populyarlaşır. Bu, ümumi olaraq mikro qarşılıqlı təsir və izahlı hərəkət qrafikası şəklindədir. Sərhədləri aşmaq istəyən bir qrup insan varsa, təbii ki bunlar dizaynerlərdir.

Sadə hərəkət qrafikası əvəzinə, animasiya ardıcıllığı, qrafikin hər bir hissəsinin növbəti səhnəyə bağlandığı davamlı hərəkət istifadəçiyə hekayənin içinə girməyə, daha yaxşı başa düşməyə kömək edir.

Adrianne Mesnard, 99 dizayn”da bədii rəhbər

Qıvrımlar və kəsiklər

Sərt cizgilərdən 3D formalar yaradaraq, qıvrımlar və kəsiklər trendi geri dönür: skeomorfizm və hamar dizayn arasındakı klassik mübarizə də qayıdır. Yalnız dizaynerlər hər ikisini özündə birləşdirən bir həll yolu tapmışlar. Skeomorfik tərəfdən, bu dizaynlar həqiqi həyatdakı əşyaları (qaldırılmış düymələr, həkk olunmuş sikkələr və ya əyri daş kimi) incə şəkildə təqlid edir, lakin hamar rənglərdən düzəldilmişdir. Son nəticə isə toxunmaq üçün kifayət qədər həqiqi görünən hamar görüntüdür.

Canlı məlumatların vizuallaşdırılması

2020-ci ildə, kompleks canlı məlumatlar daha sürətli şəkildə əldə ediləcək və dizaynerlər məlumatları dəyişikliklərə uyğunlaşdıraraq dinamik, canlı görüntü şəklində nümayiş etdirməlidirlər. Konsepsiya, səs dalğalarını mücərrəd qrafika şəklində şərh edən Windows Media Player kimi musiqi tətbiqlərindəki vizuallaşmadan fərqli deyil.

Müəllif: Humay Hüseynli

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün