Müharibə - Bu, düşmənçiliyin ekstremal dərəcəsidir. Reklam isə bu hadisədən yan keçə bilmir. İnsan dərdi, göz yaşları, əzab və rəhm - ən güclü emosiyalardır. Hərdən insanlara lazım olur ki, onu əhatə edən dünyada nələr baş verdiyini bilsin. Bəzən isə insanlarda belə bir sual yaranır ki, müharibə mövzusunu kommersiya reklamlarında istifadə etmək etikdir mi? Bir çox halda isə insanlarda müharibəyə qarşı qeyri-ciddi bir yanaşma var. Məsələn, söhbət ulduz müharibələrindən və kompüter oyunundan gələn yadplanetlilərdən gedir.


Kompüter müharibələri:


Hərbi mövzuları əsas tutmaqla filmlər, PC və konsullar üçün oyunlar hazırlanır. Bu sahənin özünün yüzlərlə pərəstişkarı var. Müharibədən qələbə çalan və cinayətkarları zərəsiz edən bir fenomenin keçirdiyi hissləri bir düşünün.


Reklam müharibəni görməzdən gələ bilməz


Kreativ strategiya və kommunikasiya agentliyi Reklamafiya-nın yaradıcı direktoru və idarəedici partnyoru Konstantin Qaranin deyir ki, “müharibə, təəssüf ki, cəmiyyətimizin bir hissəsidir. Ona görə də, reklam müharibəni görməzdən gələ bilməz. Bu səbəbdən reklamdan müharibə mövzusundan, həm metafora, həm də birbaşa şəkildə istifadə edilir”.


Əlbəttə, müharibə mövzusu ən çox sosial reklamlarda istifadə edilir. İnsanlar müharibənin tez bir zamanda başa çatmasını istəyirlər, eyni zamanda da VƏTƏN-lərinin qorunması üçün əllərindən gələni edirlər.


Media reklamçılığında müharibəsiz bir yol yoxdur


Qaranin deyir ki, əgər sosial reklamlarda müharibənin nə qədər pis olduğuna dair informasiya ötürülürsə, kommersiya reklamları isə müxalifətə oynayır. KİV-lərin reklamlarında müharibə mövzusu bir informasiya qaynağıdır, ondan istifadə etmədən yan keçmək olmaz.


Cəmiyyətin ictimai şüurunu idarə etmək və etika


Müharibə mövzusu ola bilər ki, cəmiyyətin ictimai şüurunu manipulyasiya etmək üçün istifadə edilsin. Müharibənin sosial reklamçılığı rəsmilərin müəyyən bir hadisəyə qarşı mövqeyini ortaya qoyur və müəyyən bir ictimai fikrin yaranmasına kömək olur.


Reklamda müharibə mövzusundan istifadə etmək etikdirmi? Nə də olsa bu bir sıra insan üçün ölüm və iztirabın qaynağıdır. Qaranin deyir ki, əksinə müharibə mövzusu reklamda ifadə etməmək riyakarlıq olardı. Üstəgəl, kommersiya reklamlarında müharibənin gətirdiyi mənfiliklərdən bəhs edilir, ona görə də belə reklamlar cəmiyyətin xeyrinə işləyir. İnsanlara müharibənin faciələrini xatırlatmaqda pis bir şey yoxdur. Başqa bir prizmadan baxaq, əgər kimsə müharibənin əyləncəli bir şey olduğunu əks etdirsə, bax bu anormallıq olardı, Qaranin deyir.


“Eyni zamanda, bu obrazdan istifadə edən zaman, bunu kommunikasiya strategiyasının bir hissəsi baxımından açıqlamaq lazımdır”, - deyə o, sözlərinə əlavə edir.


Promo Interactive-nin kreativ direktoru Konstantin Tokarev isə hesab edir ki, sosial reklamlarda etik sərhəd, ümumiyyətlə, yoxdur. Mənim şəxsi fikrimcə, siz 3 dəqiqə ağır çəkimdə beş yaşında bir uşağın qəzada sümümlərinin necə əzildiyini, təkcə onlaynda deyil, TV-də də nümayiş etdirsəniz, bu həm insanları uşaq oturacaqlarından istifadəyə və kəmərləri bağlamağa təşviq edə bilərdi. Ancaq bir məhsulu açıq bir şəkildə insanlara ən kobud şəkildə satmağa təşviq etsəniz, bu etik görünməyə bilər. Biz insanların şəxsi məkanını işğal edə bilmərik.


Birinin faciəsini spekuliyasiya edə bilməzsiniz!