şənbə, 24 oktyabr 2020

2020-ci ildə IT sahəsindəki ən yüksək maaşlı işlər – TOP 10

284

Bu gün sizə 2020-ci ildə IT sahəsindəki ən yüksək gəlirli işlər haqqında bəhs edəcəyik. Onu da qeyd edək ki, bu günün tələbi olan kiber təhlükəsizlik mühəndisləri də TOP 10-a daxil olmağı bacarıb.

10-cu sırada Rəqəmsal Marketinq Meneceri vəzifəsi dayanır

Rəqəmsal marketinq meneceri marketinq kampaniyalarının inkişaf etdirilməsindən və idarə olunmasından məsul olan şəxsdir. Bu vəzifəyə sahib olan insanlar illik təxminən 69,000 dollara qazanırlar. İndi isə gəlin Dijital Marketinq Meneceri olmaq üçün gərəkli olan bəzi tələblərə nəzər salaq. Öncə siz Marketinq kampaniyalarını tətbiq və analiz etməyi bacarmalısınız. Rəqəmsal Marketinq Meneceri, həmçinin, müxtəlif dijital marketinq kanalları (məsələn, SEO, SEM, email marketinqi, affiliate marketinq və s.) haqqında yaxşı anlayışa sahib olmalıdır. Bundan əlavə, bu vəzifəyə sahib olmaq üçün siz, həm də yaxşı məzmun yazarı olmalısınız. Məşhur rəqəmsal marketinq alətləri olan Hootsuite,TweetDeck, Google və Facebook Analytics haqqında məlumatlı olmaq sizin üçün böyük üstünlük ola bilər. Son olaraq siz güclü analitik bacarığa və məlumatlara əsaslanan düşüncəyə sahib olmalısınız.

İndi isə gəlin Rəqəmsal Marketinq Menecerinin vəzifələri ilə tanış olaq. Şirkətin məqsədlərinə nail olmaq üçün dijital marketinq meneceri marketinq kampaniyalarını inkişaf və idarə etməlidir. Onlar bu kampaniyaları dəyərləndirmək və optimizasiya etmək üçün veb analitik vasitələrindən istifadə edirlər. Onlar həm də rəqabətli analiz və sənaye benchmarkına (müqayisə olunacaq göstərici), əsasən, marketinq strategiyaları yaratmalıdırlar. Dijital Marketinq Meneceləri marka məlumatlılığını artırmaq, veb səhifə trafikini (website traffic) idarə etmək üçün çalışırlar. Son olaraq, onlar öz kontentlərini Facebook, Twitter, Instagram kimi müxtəlif sosial media platformalarına uyğunlaşdırmaq üçün optimizasiya etməyə cavabdehdirlər.

İndi isə dijital marketinq menecerlərini işə götürən bəzi şirkətlərlə tanış olaq. Bunlara Capgemini, Accenture və Michael Page kimi şirkətlər daxildir.

9-cu nömrədə Full stack developerlər var

"Full stack” developerlər işin, həm ön, həm arxa tərəfini inşa edən developerlərə deyilir. Qısaca Full stack developerlər, həm "Front end”, həm də "Back end” developerin işini eyni anda görən bilən kompüter proqrammistidir. Bu növ developerlər üçün illik orta maaş 75,057 dollardır. Full stack developer olmaq üçün tələb olunan bacarıqlara nəzər salaq. İlk oalaraq siz ORM (object-relational mapping) haqqında sağlam biliklərə malik olmalısınız. Siz, həmçinin, MongoDB, Expressşjs kimi MEAN stack (MEAN yığını) texnologiyalarında bacarıqlı olmalısınız. Bundan başqa siz API (Application Programming İnterface) dizaynında və inkişafında yaxşı biliklərə sahib olmalısınız. Kodlaşdırma Full stack developerlərin bacarmalı olduqları əsas tələblərdəndir. Bunlarla yanaşı, full stack developerlərin verilənlər bazası texnologiyaları haqqında təməl bilikləri olmalıdır.

Keçid edək Full stack developerlərin əsas vəzifələrinə. Full stack developer olaraq siz Node.js, Express.js və MongoDB istifadə edərək REST API qurmaqda və dizayn etməkdə məsuliyyətli olacaqsınız. Bundan əlavə siz inkişaf etdirilən tətbiqetmələrin keyfiyyətini və cavablanabilirliyini qorumaq üçün məsuliyyət daşıyacaqsınız. Siz, həmçinin, kod bütövlüyünü saxlamalısınız. Bunlara əlavə olaraq siz, həm də məlumat təhlükəsizliyinin tətbiq edilməsində və veb səhifələrdə istifadəçi qarşılıqlı əlaqələrinin dizayn edilməsində iştirak etməlisiniz. Və əvvəl də qeyd olunduğu kimi Full stack developerlər front-ent və back-end developerlərin gördükləri işləri eyni anda görə bilməlidirlər. Full stack developerləri işə cəlb edən şirkətlərə VISA, İnfosys, Capgemini və İBM daxildir.

8-ci sıralamada Big Data Mühəndisliyi dayanır

Big data mühəndisi bir şirkətin big datasnı inkişaf etdirir, saxlayır və sınaqdan keçirir. Bu mühəndislər illik təxmini 87,321 dollar qazanırlar. Big data mühəndisi olmaq üçün bir neçə vacib bacarıqlara sahib olmalısınız. Gəlin, bu bacarıqları nəzərdən keçirək. İlkin siz böyük miqdarda məlumatı emal və analiz etməklə məşğul olacağınız üçün Hadoop sistemlərində biliklərə sahib olmağınız tələb olunur. Bunun üçün Hadoop ekosistemi barədə dərin anlayışlara malik olmalısınız hansına ki, Hadoop HDFS, YARN, MapReduce, Sqoop, Hive, İmpala, Apache Spark və başqa əlaqəli texnologiyalar daxildir. ETL və SQL sahəsində bacarıqlar sizin üçün üstünlük təşkil edəcək. Bunlardan əlavə, məlumat idarə edilməsində və emalında gərəkli olduğu üçün müxtəlif əməliyyat sistemlərinə, verilənlər bazası idarəetmə sistemi (DBMS) və proqramlaşdırma dillərinə aid biliklər tələb olunur.

İndi isə Big data mühəndisinin işinə daxil olan vəzifələri sadalayaq. Onların başlıca vəzifəsi Hadoop və Apache Spark kimi big data solutions-ların bütün həyat dövriyyəsini idarə etməkdir. Mühəndislər, həmçinin, big data davranışlarını analiz edirlər.

Big data mühəndisləri böyük həcmdə verilənlər bazaları ilə işləyirlər. Onlar məlumat nümunələrini izləyir, bu müşahidələrdən güclü şərhlər ortaya çıxarırlar, və bu şərhlər önəmli qərarların verilməsi prosesində istifadə edilir. Big data mühəndislərini işə götürən şirkətlər arasında Amazn, Netflix, American Express, CapitalOne kimi şirkətlər yer alır.

7- DevOps Mühəndisi

Addakı qısaltmalarda Dev-proqram təminatlarına, OPS isə İT əməliyyatlarına işarə edir.

DevOps mühəndisləri bütün prosesdən xəbərdar olmaq üçün developerlər və IT komandası ilə çalışır. Bu mühəndislər təxmini olaraq illki 92,983 dollar gəlir əldə edirlər. Gəlin, DevOps mühəndisi olmaq üçün lazım olan bacarıqlara baxaq. İlkin olaraq siz DevOps-un həyat dövriyyəsinə və DevOps alətləri haqqında biliklərə tam hakim olmalısınız. Bundan əlavə, olaraq sizə proqramlaşdırma dillərində biliklər də lazım olacaq. Software proyektlərinin qurulması, kodlaşdırılması, test edilməsi, inteqrasiya edilməsi və qorunması barədə təməl biliklərə də sahib olmalısınız. Son olaraq, sizdən DevOps alətləri və Google clouds kimi Bulud (cloud) platformaları ilə iş təcrübəsi tələb olunur. Devops mühəndislərinin başlıca vəzifəsi kod buraxılışlarını nəzarət altına almaq üçün developerlər və IT komandası ilə çalışmaqdır. Siz, həmçinin, davamlı yerləşim və inteqrasiya üçün skript və kodlaşdırmanı bacarmalısınız. Siz həmçinin IT infrastrukturunu idarə etməlisiniz. Siz buraxılışları təsdiq etmək üçün birbaşa test protokoluna, uyğun yerləşdirmə modelini seçməyə və təminat mənbələrinə ehtiyac duyacaqsınız. Bundan əlavə, siz buraxılışlar edildikdən sonra sistemin fəaliyyətini nəzarət altında saxlayacaqsınız. Sony, NASA, Lenovo, CGI, HP, Amazon kimi böyük şirkətlər DevOps mühəndislərini işə götürənlər arasındadırlar.

6-cı sırada Data Scientistlər var

Data scientist məlumatdan dəyər çıxaran insana deyilir. Onlar böyük həcmdəki məlumatları toplayır, təmizləyir, analiz edir və şərh edirlər. Daha sonra yeni bir modul inkişaf etdirir və nəticələri stakeholderlər ilə bölüşürlər. Bu nəticələr müxtəlif qərarların verilməsində istifadə olunur. Onlar il üzrə 91,000 dollar qazanc əldə edirlər. Data scientist olmaq üçün önce siz biznes problemlərin həll yollarını dizayn, inkişaf və icra etməyi bacarmalısınız. Riyazi modellərə, rəqamsal analizlərə, statistikaya gəldikdə isə siz demək olar ki peşəkar olmalısınız və proqramlaşdırma dillərində iş təcrübəsinə malik olmalısınız. Data scientistlər Phyton, R, SAS kimi proqramlaşdırma dillərini bilməlidirlər. Əlavə olaraq data scientislərin Tableau və PowerBI kimi data vizualizasiya proqramlarında bilikləri olmalıdır. Siz, həmçinin, məlumatlarını necə təmizləmək, manipulyasiya etməyin yollarını bilməli və nəticələri görsəlləşdirməyi bacarmalısınız. Son olaraq, məlumat alimləri maşın öyrənməsi alqoritmlərinin təməlini və onları necə tətbiq etməyin yollarını bilməlidirlər.

Data scientistlərin öhdəliklərindən ilki şirkətə böyük fürsətlər təklif edən məlumat analitikası problemlərini təyin etməkdir. Trendləri, nümunələri, rəyləri müəyyənləşdirmək üçün siz böyük məlumat setlərini toplamalı və analiz etməli olacaqsınız. Machine learning, statistik modelləşdirmə kimi məlumat elmi metodlarını tətbiq etmək də bu vəzifənin başlıca öhdəliklərindəndir. Data scientistlər vizualizasiya və başqa əlatləri istifadə edərək nəticələri maraqlı tərəflərlə bölüşməlidirlər. Ən sonda isə məlumat alimləri, məlumat əsaslı biznes qərarlarını öngörməli, proqnoz verməli və idarə etməlidir. Data scientist işçilərini qəbul edən şirkətlər arasında Google, Microsoft, Goldman Sachs, Netflic,IBM, J.P.Morgan, Uber var.

5 - Kiber təhlükəsizlik Mühəndisi

Kiber təhlükəsizlik Mühəndisi şirkətin kompüter şəbəkəsini icazəsiz rəqəmsal girişlərdən və kiber hücumlardan qoruyur. Bu vəzifəyə sahib olan şəxslər illik 94,929 dollar məbləğində gəlir əldə edirlər. Kiber təhlükəsizlik mühəndisi olmaq üçün zəiflik taramaları haqqında yaxşı biliklərə sahib olmaq və periodik olaraq bu tənzimləmələri həyata keçirmək lazımdır. Phyton, Net, Java, C#, C++ kimi proqramlaşdırma dillərinə və REST, SOAP kimi veb xidmətlərinə dair yüksək səviyyəli biliklər tələb olunur. Bunlardan əlavə, Linux, Microsoft, Unix kimi əmaliyyət sistemlərində də biliklərə sahib olmalısınız. Digər tələblərdən biri də təhlükəsizlik alətləriylə işləməkdə təcrübəyə malik olmaqdır.

Bu mühəndislərin vəzifə öhdəliklərinə gəldikdə isə, onlar sistemləri, şəbəkələri və məlumatları qorumaq üçün təhlükəsizlik önləmlərini planlaşdırmağı, tətbiq etməyi, nəzarət etməyi, inkişaf etdirməyi bacarmalıdırlar. Onlar, həmçinin, müdaxilələrin və təhlükəsizlik pozuntularının qarşısını almaq üçün sistemləri və şəbəkələri nəzarət altında saxlamalıdırlar. Sizdən yeni təhlükəsizlik önləmləri dizayn etməyiniz və tətbiq etməyiniz və dövri hesabat verməyiniz tələb olunacaq. İnformasiya təhlükəsizlik komandası ilə yaxşı əlaqələr qurmalısınız. Və son olaraq periodik şəkildə testlər etməklə şəbəkədə olan zəiflikləri və xətaları müəyyən etməlisiz. Fidelity, HP, BOEİNG, Moody’s, Wipro şirkətləri kiber təhlükəsizlik mühəndislərini işə götürən şirkətlərdəndir. Bütün bunlar haqda məlumat əldə etdiyimizə görə gəlin görək Accenture N. America şirkətinin CEO-su Julie Sweet bu sahədə karyera haqqında nə deyib: “Biz hazırda bunu uzun müddət üçün çox məhsuldar sahə olduğunu düşünürük və öz biznesimizdə də buna yer veririk və verəcəyik. Bu gün bizim 2 milyard dollarlıq biznesimiz var”.

4 nömrə - Phyton developer

Bu vəzifəni tutan şəxslərin illik orta gəliri təxmini olaraq 94,929 dollar təşkil edir.

Bu vəzifəyə sahib olmaq üçün tələb olunan bacarıqlardan biri ORM (object relational mapping) barədə anlayışlı olmaqdır. Bundan əlavə jinja2, JavaScript və HTML5 kimi front-end texnologiyaları haqda yaxşı biliyə malik olmaq lazımdır. Sizin, həm də Phytonda hadisələrə əsaslanan proqramlaşdırma, istifadəçi identifikasiyası, istifadəçi icazəsi və Git kimi vasitələr haqqında təməl biliyiniz olmalıdır. Biznes proseslərini dəstəkləmək üçün sizdən verilənlər bazası sxemləri qurmaq tələb olunacaq. Və son olaraq Django, CherryPy, Pyramid, Flask və s. Kimi müxtəlif Phyton sistemlərinə aid anlayışlar sizə Phyton developer olmağa kömək edəcək. Phytn developer vəzifəsinin öhdəliklərindən biri təhlükəszilik və məlumat qorunması həllərini tətbiq etməkdir. Onlar, həmçinin, aşağı gecikməli tətbiqetmələr qurmalı və yerləşdirməli və sərfəli və test olunabilən kodlar yazmalıdırlar. Son olaraq onlar məlumat təhlükəsizliyini tətbiq etməli və məlumat saxlama həllərini inteqrasiya etməlidirlər. Bu vəzifəyə yiyələnən şəxsləri işə götürən şirkətlər siyahısına Team Pumpkin, İnfosys, Wipro daxildir.

3-İot Solutions architect (İot Solutions memarı)

İot Solutions memarları illik 133,000 dollar qazanc əldə edirlər. Bu məbləğin qarşıdakı illər ərzində daha da artacağı gözlənilir. Bu peşəyə sahib olmaq üçün öncə siz İot-un həll etməyə çalışdığı problemləri başa düşməlisiniz və əlavə olaraq tətbiqetmə, verilənlər bazası arxitekturasında və şəbəkələşmədə biliyiniz olmalıdır. İot inkişaf etdirilməsində müəyyən təcrübəyə sahib olmalısınız. Sizin, həmçinin, Phyton, Java,C#, C++ istənilən proqramlaşdırma dilində bacarıqlarınız olmalıdır. Bunlardan əlavə olaraq Azure Iot, AWS Iot, Watson Iot, Thing Worx, GE predix və s. kimi Iot platformalarında təcrübə tələb olunandır. Yaxşı İot Solutions memarı olmaq üçün Bulud texnologiyalarına aid biliklər sizə lazım olacaqdır. Bu vəzifə üzrə işəgötürənlər arasına Amazon, Bosch, Accenture, İBM daxildir.

2 - Cloud solutions architect

Hazırda Cloud Solutions Architectlərə böyük tələb mövcuddur. Bu peşə sahibləri illik təxminən 128,733 dollar qazanırlar.

Tələb olunan bacarıqlara ilk növbədə AWS, Microsoft Azure və ya Google Cloud tərəfindən təklif olunmuş cloud solutionslar haqqında anlayışın olması daxildir. Bulud xidmətləri sahəsində təcrübəyə malik olmalısınız. Bundan əlavə, şəbəkələşmə, saxlama və verilənlər bazası xidmətləri barədə praktiki biliyə sahib olmaq da tələblər arasındadır. Və son olaraq şirkətin qarşılaşdığı problemi başa düşmək və həll etmək üçün üstün ünsiyyət qabiliyyətiniz olmalıdır. Siz şirkətin təhlükəsizlik sızıntıları, hesablama səhvlərikimi təhlükələrində riski minimuma endirməlisiz. İBM, Microsoft, Amazon, Google, American Express, EA bu vəzifəyə sahib olan şəxsləri şirkətinə qəbul edir.

1-Blockchain mühəndisi

2020-ci ilin ən yüksək gəlirli vəzifəsi - Blockchain mühəndisliyi. Blockchain mühəndisləri şirkətin texnoloji ehtiyaclarını başa düşür və bu ehtiyacları qarşılamaq üçün tətbiqetmələr yaradırlar. Bu mühəndislər bir il ərzində təxmini 158,000 dollar qazanc əldə edirlər. Bu peşəyə sahib olmaq üçün front-end və back-end-i anlamalısınız. Solidity, Viper, Chaincode kimi proqramlaşdırma dillərində bilikləriniz mövcud olmalıdır. Data strukturuna dair dərin biliyə sahib olmalısınız.

Vəzifələrə şirkətin tələblərini analiz etmək və ağıllı müqavilələr istifadə etməklə məqsədlərə nail olacaq tətbiqetmələr dizayn etmək daxildir. Blockchain mühəndisləri, həmçinin, mərkəzləşdirilməmiş tətbiqetmələri dizayn etmək və nəzarət etməklə məsuliyyətlidirlər.

IBM,Capgemini, Accenture, BTL kimi şirkətlər bu peşə sahiblərinin axtarışındadırlar.

https://www.youtube.com/watch?v=7HFmgAHCXcM

Müəllif: Leyla Kərimova

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün