şənbə, 24 oktyabr 2020

Böhranda ortaya çıxan 5 – BÖYÜK ŞİRKƏT – DAVAMI

263

Məqalənin ƏVVƏLİ BURADA

Müharibə ərəfələrində yaranan, Böhranı fürsətə çevirən digər şirkətlər isə aşağıdakılar olub. Yeni məqaləmizdə onlar ilə tanış olun.

- Pepsi

Pepsi hər şirkətin böhranı fürsətə çevirə biləcəyinin sübutudur. Pepsi-nin hekayəsi şirkətin qurucusu Caleb Bradham öncəsi və şirkətin ticari ünvanını sonradan alan Roy Megargel sonrası olaraq iki dövrə ayrılır.

Pepsi, Əcazçı Caleb Bradham tərəfindən ABŞ-da qurulub və ilk içki 1898-ci ildə bazara çıxarılıb. Qurucu Bradham ilk dövrlərdə bazarı əlində tutan ən böyük rəqibi Coca-Cola-nın uğuru qarşısında uğurlu olur. Ancaq 1923-cü ildə yüksək şəkər qiymətləri və I Dünya Müharibəsindən sonrakı dövrlərdə yaranan mənfiliklərlə mübarizə edə bilmir və şirkət iflas edir. İflas edən şirkəti ticari ünvanını alan Roy Megargel, dövrün mənfiliklərindən dolayı şirkətin 8 illik bir dövrdən sonra təkrar iflasının qarşısını ala bilmir. Son iflasdan sonra yenidən qurulan Pepsi, içkini təkrar hazırlayır. Rəqibi Coca-Cola-nın 6 onzluk şüşələrdə 5 sentə satdığı içkilərinin qarşısına eyni qiymətə 12 onzluk şüşələri çıxarır. Pepsi, iqtisadi böhran dövrlərindəki kampaiyalarında aradakı qiymət fərqinə davamlı olaraq toxunur. Bu dövrdə populyarlığını artıran şirkət 36-38-ci illər arasında mənfəətini artırmağı bacarır. Nəticədə isə şirkət hələ də ayaqdadır.

- McDonald’s

Hər zaman hər şey yolunda getmirsə, həll yolu tapmaq lazımdır.

McDonald’s, II Dünya Müharibəsinin başladığı ilin həmən sonrasında 1940-ci ildə ABŞ-da Richard və Maurice McDonald tərəfindən kiçik bir kafe olaraq rəsmən qurulur. Avtomobil xidmətləri o dövrlərdə çox parlaq biznes ideyası arasında yer alırdı.

Richard və Maurice McDonald qardaşları da avtomobil xidmətindən başqa, kafelərinə yerləşdirdikləri kiçik masalara da xidmət edirdilər. Qısa dövrdə populyar olan müəssisə illik 200 min dollara yaxın satış edirdi. Fəqət bir tərslik var idi, xərclər çox idi. Müştərilər artdıqca, çalışdırılan ofisiant sayı da artırdı. Eyni zamanda xidmət yavaşlayır və avtomobil xidmətində gözləyən nəqliyyat vasitələri tıxac yaradırdı. Xərclərin davamlı olaraq artması qardaşları yenidən düşünməyə məcbur edi. İşə mətbəxdən başlayan McDonald qardaşları xidmət pəncərələrini genişləndirərək self xidmət etməyə başladılar. Beləliklə ofisiantların bir qisminə ehtiyac qalmamışdı. Qısa zamanda karton bardaq və paketlərlə xidmət edən McDonald’s, qabları yuyacaq işçi xərclərində də xilas olmuşdu. Onların tək problemi isə rəqib kafelərlə rəqabət etmək idi. Bu problemi də qısa müddət ərzində həl etdilər, menyu alternativlərini 10-a qədər azaltdılar, beləliklə müştərilərdə fikir qarışıqlığı yaranmayacaqdı.

Sonra menyuların qiymətini yarı-yarıyadək endirərək, rəqabət edilə bilən hala gətirdilər. Menyu qiymətləri azaldılmışdı, eyni şəkildə xərcləri azatmaq üçün porsiyaları da kiçiltdi.

Nəticədə, bu gün McDonald’s dünyanın ən böyük restoran şəbəkələrindən biridir. Statistikalara görə, Amerikalıların 98%-i hər il ən az bir dəfə bu restorana gedir.

- Adidas

Xəyallar yarıda qalanda, onları tamamlama arzusu nə böhran, nə də müharibə tanımır. I Dünya Müharibəsindən sonra Almaniyada vəziyyət olduqca pis idi. Almaniya iqtisadiyyatı səfalət, işsizlik, böhran ilə boğuşurdu. 1920-ci ildə böhranda gündəlik ehtiyaclarını qarşılamaq üçün Dassler qardaşlar ayaqqabı emalatxanası qurdular. Qardaşlar 1924-cü ildə 12 işçiyə sahib “Dassler qardaşların ayaqqabı fabriki” adlı şirkəti fəaliyyətə keçirdilər.

Bu dövrdə 200,000 cüt ayaqqabı satmağı bacaran Dassler qardaşlar, II Dünya Müharibəsinin başlaması ilə cəbhəyə yollandı. Müharibədən sonra hər şeyə sıfırdan başlayan qardaşlar yenidən işə başladı. 1948-ci ildə iki qardaş arasında ortaya çıxan fikir ayrılığı bu gün dünyanın ən böyük iki idman ayaqqabı markası Adidas və Puma-nın yaranmasına səbəb oldu.

Qardaşlardan Adolf Dassler Adidas-la, Rudi Dassler isə Puma ilə yollarına davam etmələrinə dair qərar aldılar. Bəzi mənbələrə görə, iki qardaş bu ayrılıqdan sonra bir daha heç danışmayıb.

Bəlkə də iki nəhəng marka arasında rəqabətin tək səbəbi də elə budur.

Mənbə: ekonomist.co

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün