83 yaşlı Friman məşhur ABŞ aktyorudur. O, 2005-ci ildə "Milyon dollarlıq gözəlçə" filmiylə Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatını qazanıb. "Xanım Daisy-nin sürücüsü", "Şouşenkdən qaçış","Məğlubedilməz" filmləri ilə Oskar mükafatına namizəd olub. O, həm də Qızıl qlobus mükafatına sahibdir.


1. Arzusu pilot olmaq idi.


Morqan Los Anceles kollecinə getməmişdən əvvəl 1955-1959-cu illərdə Hava Qüvvələrində xidmət etmişdir. O, hətta Cekson Dövlət Universitetinin silahlı qüvvələr ixtisasına qoşula bilsin deyə teatr sahəsi üçün əldə etdiyi təqaüddən imtina edib.


2. Həyatını dəyişən stul.


İlk rolu bir növ cəza idi. Orta məktəbdə oxuyarkən, onunla dostluq etmək istəməyən sinif yoldaşının altından dartıb çıxartmışdı. Məktəb rəhbərliyi cəza olaraq teatr tamaşında iştirak etməsini əmr etdi. Beləliklə, gələcək karyerasının əsası qoyuldu.



3. Oskar mükatafı əldə etməkdə rekord qırıb.


2004-cü ildə “Milyon Dollarlıq Gözəlçə” Ən Yaxşı Film üzrə Oskar aldı. Morqan bu kateqoriya üzrə üç ayrı filmdə rol alan yeganə Afro-Amerikalı aktyor oldu.


Digər filmlərə 1989-cu ilin “Driving Miss Daisy” və 1992-ci ildəki “Unforgiven” filmi daxildir.


4. Freeman şəxsi pilot lisenziyasını 65 yaşında qazandı.


Hazırda üç şəxsi təyyarəyə sahibdir.


5. Tək əlli qolfçu


2008-ci ildə bir avtomobil qəzası zamanı Frimanın sol əlinin barmaqları iflic oldu. Bir il sonra Legend Golf & Safari Resort-da bir əllə qolf oynayaraq tarix yazan ilk Amerikalı oldu.


6. Missisipi fermasında 26 arı pətəyi saxlayır.


Morqan, Jimmy Fallon-a verdiyi bir müsahibədə, aktyor son illərdə böcək populyasiyasında sürətlə azalma olduğunu öyrəndikdən sonra 2014-cü ildə 124 hektar ərazini bal arılarının yuvası halına gətirdiyini açıqlamışdı.


7. Nelson Mande rolunda çəkilib.


“Invictus” filmində Cənubi Afrikanı birləşdirməyə çalışan Nelson Mandelanı canlandırıb. O rolunu o qədər təbii oynayıb ki, 2013-cü ildə Mandela dünyasını dəyişəndə insanlar onun şəklini Mandela ilə qarışdırırdılar. Bundan sonra Friman “hələ ölməmişəm, Mandela mən deyiləm” statusunu paylaşaraq insanlara məlumat vermək məcburiyyətində qaldı.



8. O, yemək kitabı yazıb.


Aktyor, məşhur dostlarından “Morqan Friman və Dostları: Karib yeməkləri” kitabındakı reseptləri tərtib etmək üçün kömək istədi. Kitabın satışından gələn vəsaiti qasırğanın fəsadlarını aradan qaldırmaq üçün açdığı yardım fonduna verdi. Tom Hanks, Tim Robbins və Katie Couric yemək reseptlərinə kömək edən ulduzlar arasındadır.


9. Oskarları üçün ayrıca kabineti var.


Dostları Frimanın çoxlu Oskar qazanacağından o qədər əmin idilər ki, 1998-ci ildə ona xüsusi bir kabinet qurdular. Nəhayət, 2004-cü ildə Milyon Dollarlıq Gözəlçə-də boks təlimatçısı rolu ilə dostlarının arzusunu reallaşdırdı.


10. Allahım ordasan? Oh ... salam Morqan!


Friman 2003-cü ildə Bruce Fighty-nin komediyasında Tanrı rolunu oynayanda heç kim təəccüblənmədi. Bu rol üçün əvvəlcə Jack Nicholsona müraciət edilmişdi, ancaq o rolu Frimana ötürdü.


Müəllif: Humay Hüseynli