şənbə, 24 oktyabr 2020

SAMSUNG-un yaranması: Avropa bazarını necə fəth etdi? - Foto

281

Samsung-un müasir həyatımızın əsas hissəsi olmadığı bir vaxtı xatırlamaq çətindir. Bu texnoloji nəhəng gündəlik istifadə etdiyimiz bir çox məhsullara liderlik edir.

Ancaq Samsung bazarda yeni başlayanda əslində o qədər də çox rəqibləri yox idi.

Nokia və daha sonralar Apple kimi bəzi texnoloji nəhənglərinə qarşı rəqabət aparırdı. Və sürətlə Android bazarının zirvəsinə qalxdılar.

Samsung-un tarixi, ilk qurulduqları vaxtdan başlayır - hələ 1938-ci ildə. Elektronika bölmələri isə 1969-cu ildən bəri başlanmışdır. Lakin SGH-100, 1988-ci ildə Koreyada çıxan ilk mobil telefon olmaq şərəfinə sahib olmuşdu.

Samsung SGH-100

Samsung SGH-600

1998-ci ilin sentyabrında isə Samsung SGH-600 – Avropa bazarına daxil olmalarına kömək edən telefonu təqdim etdi.

Sadə, təmiz dizayn zövqlərinə xitab etmək üçün hazırlanmış SGH-600 “yüksək səviyyəli” müştərilərə təqdim edildi. Plan işlədi və yaxşı satıldı. Mükafatlar təqdim edilməyə başladı və Samsung növbəti böyük layihə haqqında düşünməyə başladı.

Samsung Galaxy – növbəti böyük addım:

GSMarena.com tərəfindən “Android paketinin yeni lideri” kimi qeyd olundu - Samsung Galaxy S hər şeyi dəyişdirdi. 2010-cu ilin iyununda çıxan Samsung, Android cihazlarına gəldikdə Samsung-uu insanların düşüncəsində ön plana çıxardı.

Və o vaxtdan bəri Android bazarının bütün guşələrindədirlər.

2018-ci ilin ən yaxşı telefonlarından biri olan Galaxy S9 və S9 Plus mükəmməl bir layihə idi. Samsung-un yeni Infinity ekranı və ikili stereo surround səs hoparlörləri ilə həm də bizə ən təsirli görüntüləmə təcrübəsi qazandırdılar.

Kameraya gəldikdə, Samsung yeni və təkmilləşdirilmiş texnika ilə oyunlarını ciddi şəkildə artırdı.

Ən çox sevdiyimiz xüsusiyyətlərdən biri də cüt diyaframlı lensdir. İnsanın gözü kimi işləyir, daxil olan işığın miqdarına görə tənzimlənir. Harada olursan olun, inanılmaz çəkilişlər edir.

Müəllif: Fidan Əzizova

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün