10-cu sırada AI based Automation - AI əsaslı avtomatlaşdırma dayanır. 2020-cil robotların yüksəldiyi bir il mi olacaq? Bəlkə də hə. Biz artıq son bir neçə ildə süni zəka sahəsində böyük irəliləyişlərin və süni zəkadan istifadə edən bizneslərin sayında ciddi artımın şahidi olmuşuq.


Süni zəka qarşıdakı bir neçə onillikdə bizneslər, sənayelər və millətlər üçün ən böyük kommersiya fürsətlərindən biri olacaq və 2030-cu ilə qədər qlobal ÜDM-ni 14%-ə qədər artıracaq. AI tezliklə bir çox xidmətin arxasındakı əsas güc olacaq. Hazırda biz artıq süni zəkanı təməl ünsiyyət, kontent yaradılması, məhsul tövsiyəsi, e-mail tranzaksiyası kimi sahələrdə istifadə edirik. 2020-ci ildə AI-ni qəbul edən şirkətlər xərcləri azaldacaq və rəqibləri üzərində üstünlüyə sahib olacaqlar.


9 nömrədə Voice Search - Səsli axtarış var. Səs asaslı AI cihazlarına tələb artdığı üçün, Voice search-lərin də sayı hər keçən dəqiqə artır. Bu 2020-ci ilin sonuna qədər böyük trend dəyişikliyinə səbəb olacaq. Bunlara misal olaraq Siri, Alexa, Google Assistantı göstərə bilərik. Bu məhsulları istifadə edərək insanlar istədikləri hər şeyi onların adları ilə sifariş edə biləcəklər. Məhsul haqqında danışmaqla siz Siri, Alexa və ya Google Assistantdan sizə məhsulun şəklini göstərməyini istəyə bilərsiniz .Gün keçdikcə daha çox insan voice assistanta sahib smartfonlar istifadə edir. Voice assistant nəyisə axtara bilir, mətnləri səsli oxuya bilir və hətta yazılmış mesajları sizin üçün səsləndirir. Voice search-lərin geniş istifadəsi şirkətlərin öz digital marketinq strategiyaları haqda yenidən düşünməyə vadar edir. 2020-ci ilin sonuna qədər bütün axtarışların 50%-ni səsli axtarışların təşkil edəcəyi proqnoz olunur. Və voice assistance istifadə edən insanların sayı gələcəkdə daha da artacaq. Süni zəka getdikcə daha da ağılların və voice searchlərin yol verə biləcəyi səhvlərin sayı daha da azaldılır. Voice search istifadə edən şirkətlərə Nestle, Paypal, Dominos daxildir.


İrəlilədikdə 8-ci sırada Influencer Marketing gəlir. Influencer marketing word of mouth marketing (ağızdan ağıza marketinqin) bir növüdür və müəyyən kütləyə sahib insanların sizin mesajınızı kütəyə çatdırılmasından istifadə edir. Bu insanlar məşhur şəxslər və ya daha çox kütləyə sahib olan Instagram, YouTube istifadəçiləri olur. Etməniz gərəkən həmin bu şəxslərə məhsulunuz nə olduğunu, nə işə yaradığını, üstün və mənfi cəhətləri ilə yaxınlaşmaqdır və onlar da bu nüansları nəzərə alıb ictimaiyyətə sizin məhsulunuz haqqında danışacaqlar. Bununla siz insanların diqqətini cəlb edə biləcəksiniz. Müştərilərin 63%-i brendlərin özləri haqqında dediklərindən çox influencerlərim onlar haqqında fikirlərinə güvənirlər. Keçdiyimiz 6 ayda insanların 58%-i influencerlərin tövsiyələrinə əsaslanaraq yeni məhsul əldə ediblər.


Yeddinci yerdə Sosial Messaging - Sosial Mesajlaşma durur. Məlumat yaymaq və müştərilərlə əlaqə qurmaq üçün sosial kanallarda fəal olmaq vacib faktorlardan biridir. Sosial media kanalları hər gün müxtəlif xüsusiyyətlərlə birlikdə daha da inkişaf edir. Qadınların 83%-i bir məhsulu almadan öncə sosal mediada araşdırır. İnsanlar, həmçinin, müştərisi olduğu brendlərin dürüst, köməkcil və mehriban olmasını istəyir. Sosial media onlara brendlər haqqında və müştərilərini necə qiymətləndirdikləri haqda çox şey ifadə edir. Sosial mesajlaşma tətbiqetmələri dostlarla yazışmaqdan əlavə bizneslərə milyardlarla müştəriyə çatmaq şansı verir. TOP 3 sosial mesajlaşma tətbiqetmələrinə WhatsApp, Facebook və WeChat daxildir.


Sıralamada növbəti Personalized Marketing - Fərdi Marketinqdir. Müştərilən 80%-i şirkət fərdiləşdirilmiş cidmət göstərdiyi halda onlarla işləməyə daha meyillidirlər. Texnologiyanın inkişafı kontentdən dizayna, məhsul məsləhətinə qədər hər şeyi fərdiləşdirməyi mümkün və daha asan edir. 2020-ci ildə rəqibləriniz arasından seçilmək istəyirsinizsə, siz həm də marketinqiniz i- yəni kontent, məhsul, e-mail və digər şeyləri fərdiləşdirməlisiniz. 63% müştəri ümumi reklamlardan narahat olurlar.


5-ci sırada Content Marketing - Kontent Marketinqi gəlir. Kontent marketinq o qədər önəmlidir ki, marketoloqların 88%-i qıbul edir ki, kontent yaratmaq müştərilərə şirkəti etibarlı və güvənilir tanıtmağa kömək edir.


Kontent marketinq digər növlərə görə 62% daha az xərcə və 3 dəfə daha artıq potensiala malikdir. Hazırda 615 milyon cihaz ad blockerlərdən istifadə edir, bu da o deməkdir ki sizin reklamlarınız artıq əvvəlki qədər çox insan tərəfindən görülmür.


Kontent marketinq yeni müştərilə cəlb etməyin onlarla yaxşı əlaqələr qurmağın etibarlı və güclü yolu olaraq qalır.


Video Marketing növbəti trendlərdəndir. Video marketinq indi dövrdə və qarşıdakı 10-15 il üçün ən vacib marketinq trendlərindən biridir. Video marketinqin ən yaxşı cəhətlərindən biri bütün formatlara uyğunlaşdırılmasının rahatlığıdır. Təsəvvür edin ki, siz YouTube kanalı üçün video çəkmisiniz, ancaq YouTubeda paylaşmaq əvəzinə videonun mətnini əldə edib, saytda blog olaraq və ya Facebook, Instagram kimi platdormalarda alt yazı ilə paylaşa bilərsiniz.


İnsanların 70%-i müştərisi olduğu brendin videosunu paylaşdığını bildirir. Müştərilərin 52%-i məhsulun videosunu izləmək onlayn alış-veriş zamanı onları daha inamlı hiss etdirdiyini deyir.


Video indiyə qədər insanların yeni məhsulu tanımaq üçün ən çox istədiyi vasitədir. Google belə video daxil edən saytları sıralamada önlərə yerləşdirir.


3 nömrədə Conversational Marketing - Söhbət Marketinqi var. Modern marketinq getdikcə daha çox söhbətlə bağlı olur. Brendlər daha çox reaksiya verir və müştərilərlə daha çox əlaqədə olurlar. Belə ki, müştərinin sualı olarsa, 82% dərhal cavab istəyir. Conversational Marketing-in istifadəsi bunu mümkün edir. Söhbət marketinqinin başlıca məqsədlərindən biri yüksək sadiqlik yaratmaqdır. Bir çox insan Conversational Marketing-i təcrübədən keçirmişdir. Məsələn, təsəvvür edək ki, tətiliniz üçün bilet sifariş etmək istəyirsiniz və ya ölkə xaricinə getmək istəyirsiniz. Ona görə də siz sadəcə bir insana və yaxud bota sual verə biləcəyiniz bir sayta nəzər salmaq istəyirsiniz. Bu veb saytın digər tərəfindəki şəxs sizə kömək edəcək. Həmin şəxs conversational (söhbət) marketoloqdur.


Daha bir trend Programmatic Advertising - Proqramatik və ya Proqramlı Reklamdır. Proqramlı reklam üçün ən sadə şəkildə, reklam alqı-satqısı prosesinin insanlar arasında deyil, maşınlar arasında baş verdiyi rejim deyə bilərik. Bu üsul daha sərfəlidir və sizin daha aşağı müştəri əldə etmə xərciniz olacaq. eMarketerlərin fikrincə, ABŞ-da rəqəmsal ekran reklamlarının 86%-i 2020-ci ilə qədər proqramlı olacaq. Bəs proqramlı reklam rejimi necə başlayır? Ilk addım kimsə sizin veb səhifənizə click-ləyəndə baş verir.


Və gəldik 2020-nin 1 nömrəli trendinə - Chatbots (Çatbotlar) Chatbotlar 2020-ci ildə rəqəmsal marketinqin önəmli hissələrindən biridir. Bu süni zəkaya əsaslanan texnologiya gecə-gündüz saytınızı ziyarət edən müştərilərlə çatlaşmaq üçün anlıq mesajlaşmadan istifadə edir. Bir çox müştərilər 24 saat aktiv olduqları üçün chatbotları üstün tuturlar. Bir çox şirkətlər artıq chatbotlardan istifadə edirlər. Rəqəmsal marketinqdə chatbot-ları istifadə etməyin üstün cəhətləri nələrdir? İlki odur ki, chatbot-lar vaxtınıza və pulunza qənaət edir və müştəriləri məmnun edir. Bütün suallar bərabər cavablandırılır. Misinformasiyanın qarşısı alınır. 2022-ci ilə qədər chatbotlar bizneslərə illik 8 milyarddan çox pula qənaət etməyə kömək edəcək. Bizneslərin 80%-i 2020-nin sonuna qədər chatbot-lardan istifadə etmək istəyəcək.


https://www.youtube.com/watch?v=Csui6BMK2cQ


Müəllif: Leyla Kərimova