şənbə, 24 oktyabr 2020

Dünyanın 100 rol model qadın idarəçisi arasına daxil olan 3 Türk – FOTO

230

Biznes mühitində qadınları dəstəkləyən və cinsiyyət bərabərliyində liderliyi ilə dəyişiklik yaradan 100 rol model qadın idarəçisinin seçildiyi The HERoes Top 100 Role Model Women Executives 2020 siyahısı açıqlanıb.

Facemark.az xəbər verir ki, Türkiyədən Google EMEA CMO-su Yonca Dervişoğlu, WPP Türkiye Ökə Rəhbəri və GroupM EMEA CEO-su Demet İkiler və Vodafone Qrupu Avropa Bölgə CEO-su Serpil Timuray, iş həyatında gender bərabərliyini artırmaq üçün nümunə və lider olan 100 qadının yer aldığı “HERoes Qadın Rol Model İdarəçiləri” siyahısına seçildilər.

The HERoes Top 100 Role Model Women Executives 2020 siyahısına BURADAN daxil ola bilərsiniz.

TOP 3 isə belə olub:

1. Dr Jeniffer R Jackson, Capital One Kanada-nın prezidenti

Capital One Kanada-nın prezidenti olan Dr Jackson şirkətin Kanadadakı strateji istiqamətindən və əməliyyatlarından məsuldur. O, şirkət daxilindəki müxtəlifliyi müdafiə edir. Qara dərili işçilərdən ibarət olan Məsləhət Şurasına rəhbərlik edir, eləcə də təşkilatın daxilində bir çox qadına mentorluq edir. Bu il isə Dr Jackson ABŞ-ın masa arxasında oturan 100 qadının yer aldığı Boss Women Media's-ın əsas spikerlərindən biridir. Eləcə də qlobal mentorluq proqramı olan CEOx1Day-də Kanadadan seçilən 20 liderdən biri olub. Bu mentorluq proqramı çərçivəsində universitet tələbələrinin TOP MENECER-dən birbaşa olaraq dərs almaq imkanı olacaq.

2) Ann Cairns, Mastercard-ın əsas icraçı sədr müavini

Xanım Ann Mastercard-ın gender üzrə idarəetmə komitəsinə rəhbərlik edir və şirkət səviyyəsində bir mentorluq proqramı hazırlayıb. Cairns, eyni zamanda Qadınlar üzrə Maliyyə Alyansının rəhbəridir və fəaliyyəti dövründə qlobal üzvlərinin sayının 30% artmasına kömək olub və qlobal məsləhət qrupu yaradıb. O, Bill Qeystin həyat yoldaşı Melinda Qeytsin rəhbərlik etdiyi yüksək səviyyəli Champions of Gender Equality-də iştirakçı olub.

3) June Felix, CEO, IG Group

2018-ci ildə IG Group-da icraçı direktor olduqdan sonra, qadınların gender müxtəlifliyinə və qadınların iştirakına dəstək verən biri kimi özünü təqdim edib. FTSE 350 şirkətinin CEO rolundakı yalnız 14 qadından biridir və vəzifəsindən istifadə edərək qadınlar üçün nümunə rolunu oynayır. Qadınların təşkilatda iddialı təmsilçilyi üçün ‘One IG Goals’ təşəbbüsünü irəli sürüb.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün