şənbə, 24 oktyabr 2020

The Coca-Cola Company biznesi yenidən təşkil edir: Proqram digər ölkələrdə də işə salınacaq

242

Xüsusilə şirkət yeni bölmələr yaradacaq və 5 kateroqiya üzrə lider elan edəcək. Ancaq işçi ixtisarı istisna edilmir.

Coca-Cola, Fanta, Sprite-ın istehsalçısı növbəti addım atıb, məqsəd biznesin yenidən təşkili və Beverages for Life strategiyasının reallaşdırılması olub.

Facemark.az xəbər verir ki, onlar sürətlə dəyişən bazarda böyüyən markaların portfelini də nəzərə alıb.

Coca-Cola Company yerli bazarı dərindən bilən təşkilat qurmağı hədəfləyir. Bu isə mövcud qrupları əvəz edəcək əməliyyat qruplarının yaradılması yolu ilə əldə ediləcək. Bir-birinə sıx bağlı olan funksiyaların təkrarlanmaması üçün daha məntiqli bir quruluşa sahib olacaqlar.Yeni bölmələrin əsas məqsədi yeni məhsul buraxılışlarını sürətləndirməkdir. Eyni zamanda, hər biri müəyyən bir kateqoriyadan məsul olan beş marketinq komandası ilə yaxından işləmək məcburiyyətində qalacaqlar. Mövcud biznes model 4 coğrafi seqmentdə 17 bölmə üzrə davam edir, yenidən təşkildən sonra isə onların sayı 9-a enəcək.

Global Ventures və Bottling Investments bölmələri saxlanılacaq. Bölmənin rəhbəri isə prezident və əməliyyat direktoru Brayn Smit üstələyəcək.

Məhsul kateqoriyasına gəldikdə isə onların sayı 5 olacaq: Coca-Cola; Sparkling Flavors; Hydration, Sports, Coffee and Tea; Nutrition, Juice, Milk and Plant; Emerging Categories. Onun lideri isə marketinq üzrə direktor Manolo Arroyo olacaq. Kateqoriya üzrə yaradılan rəhbərlərin vəzifələri markaların portfelini yaratmaq və lider bazar mövqeyini təmin etməkdir.

Resursların effektivliyi və miqyasını artırmaq üçün isə The Coca-Cola Company Platform Services-i işə salacaq. Onun məqsədi isə bir neçə hubı birləşdirmək olacaq. Məsələn, datalar ilə işi (data management), analitikanı (consumer analytics), onlayn-kommersiyanı (digital commerce) və sosial/rəqəmsal platformanı (social/digital) və s.

Yenidənqurma isə, həmçinin könüllü və ştat ixtisarlarına səbəb olacaq. Neqativ təsiri minimallaşdırmaq üçün isə şirkət ABŞ, Kanada, Puerto-Rika-da çalışan 4000 nəfər işçisinə könüllü ixtisarı təklif edəcək. Artan faydaları nəzərdə tutan oxşar proqram isə digər ölkələrdə də işə salınacaq.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün