şənbə, 24 oktyabr 2020

Sun Tzunun “Döyüş Sənəti”ndən 10 Marketinq Dərsi

260

Sun Tzunun Döyüş Sənəti eramızdan əvvəl ikinci əsrdə yazılmışdır. O, Çin ordusunda yüksək rütbəli bir general idi və tarixin ən təsirli strateji və taktiki hərbi kitablarından birini yazdı. Kitabın təsiri bu gün həm Şərqdə, həm də Qərbdə hiss olunur - təkcə hərbi elmlərdə deyil, hüquq, hökumət və biznesdə də. Aşağıda bir mütəxəssisin bu gün Döyüş Sənətindən götürə biləcəyi ən vacib marketinq dərslərini təqdim edirik:

Dərs 1

Ən ali döyüş sənəti düşməni döyüşsüz ram etməkdir.

Mənası: Ən effektiv marketinq istehlakçıda marketinq təəssüratı yaratmır.

Dərs 2

Xaosun ortasında belə, fürsətlər həmişə var.

Mənası: Bu gün istehlakçılar rekord sayda marketinq mesajı və reklamları tanış olurlar. İstehlakçının diqqətini cəlb etmək və daimi saxlamaq üçün fərqli olun.

Dərs 3

Özünüzü təvazökar göstərin və qoy digərləri təkəbbürlü olsun.

Mənası: Rəqabət bazarlarında rəqiblərin təzyiqinə məhəl qoymayın - əksinə, bazarda maqnit kimi olun. Müzakirə və dialoq yaratmaq üçün məzmundan və onlayn komandadan istifadə edin.

Dərs 4

Qalib döyüşçülər əvvəlcə qalib gəlirlər, sonra müharibəyə gedirlər, məğlub döyüşçülər əvvəlcə müharibəyə gedir və sonra qələbə qazanmağa can atırlar.

Mənası: Marketinqinizi geridən arxaya doğru planlaşdırın - müvəffəqiyyətin necə göründüyünü və oraya necə çatacağınızı müəyyənləşdirin.

Dərs 5

Ali mükəmməllik düşmənin müqavimətini döyüşmədən qırmaqdan ibarətdir.

Mənası: Ən təsirli marketinq istehlakçılara satmadan onları satın almağa vadar edir.

Dərs 6

Fürsətlər ələ keçirildikcə çoxalır.

Mənası: Texnologiya və istehlakçı davranışı daim inkişaf edir və çoxsaylı marketinq imkanlarını təmsil edir.

Dərs 7

Yer uzunluğu doğurur. Uzunluq həcm verir. Həcm saymağa imkan verir. Saymaq tərəzini yaradır. Tərəzidə qələbə doğurur.

Mənası: Ən təsirli marketinq taktikaları, strategiyaları və hədəfləri təyin edir. Hər addımda nə qədər irəlilədiyinizi ölçün.

Dərs 8

Düşməninizi və özünüzü tanımırsınızsa təhlükədə olduğunuz şübhəsizdir.

Mənası: Dəyişən media mənzərəsinə və istehlakçıların reklamdan gözləntilərinə məhəl qoymayan marketoloqlar “marka köhnəlməsi” riski altındadır.

Dərs 9

Onları heç bir çıxışı olmayan bir yerə qoyun və onlar qaçıb xilas olmağa çalışmadan öləcəklər

Mənası: Bir istehlakçıya bir şey sat və bu gün müştəri qazan. Bir istehlakçıya marketinq xidməti təklif edərkən həqiqətən faydalı olmağa çalışın olun və ömürlük müştəri qazanın.

Dərs 10

Şöhrətə həvəs göstərmədən irəliləyən və rüsvayçılıqdan qorxmadan geri çəkilən, yeganə düşüncəsi ölkəsini qorumaq və yaxşı xidmət etmək olan general krallığın incisidir.

Mənası: Uğursuzluqdan qorxmayın və təsiri etməyin arxasınca qaçmayın. İstehlakçılara həqiqətən faydalı olan marketinq onlar tərəfindən yüksək qiymətləndirilir və markaya həmişəlik müsbət təsir göstərir.

Müəllif: Humay Hüseynli

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün