şənbə, 24 oktyabr 2020

Facebook səhifələr üçün reklam limiti müəyyən edəcək: VAXT AÇIQLANDI

188

Facebook səhifədə eyni anda yerləşdirilən və test edilən reklam elanlarının sayını limitləyəcək.

Facemark.az AdExchanger-ə istinadən xəbər verir ki, sosial platforma bu yenilik ilə reklam kampaniyalarının effektivliyini artırmaq və reklam qiymətlərini aşağı salmağı planlaşdırır.

Bununla yanaşı, Facebook reklamın buraxılması və idarəedilməsi ilə bağlı bütün prosesi avtomatlaşdırmağa çalışır.

Xüsusilə artıq bir neçə ildir ki, müştərilər müxtəlif kreativ reklamları sınaqdan keçirirlər və bununla da reklamın nə qədər effektiv olduğunu qısa zamanda ölçə bilirlər.

Maşın öyrənmə texnologiyası isə müştərinin pulunu itirmədən öncə kampaniyanın effektivliyini ölçür və ən yaxşı variantı seçir.

Bununla yanaşı, səhifəyə nə qədər çox reklam yüklənsə, systemin ən uyğununu seçmək şansı çox azdır, buna səbəb isə testin təşviqi vaxtı çox azdır. Məhdudiyyətlər reklamverənlərin hazırlaşmağı üçün 2021-ci ilin fevralından tətbiq olunmağa başlayacaq.

Limit reklamverənin büdcəsindən asılı olaraq təyin olunacaq. Məsələn, büdcəsi 100 dollara qədər olan şirkət eyni anda 250-dən çox reklam yerləşdirə bilməyəcək. Orta markalar maksimum 1000 reklam, böyük olanlar (1-10 milyon dollar) isə 5000 reklam yerləşdirə biləcəklər. Xərcləri ildə 10 milyonu keçənlər isə 20 000 reklam yerləşdirmək şansı qazanacaqlar.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün