şənbə, 24 oktyabr 2020

Cannes Lions ikinci virtual tədbirini BU TARİXDƏ keçirəcək

243

Beynəlxalq kreativ festivalın təşkilatçısı Cannes Lions yenidən mütəxəssisləri virtual məkanda toplamağı planlaşdırır.

Facemark.az xəbər verir ki, Ad Age nəşrinin yazdığına görə, oktyabrın 19-dan 23-dək Lions Live: The Second Edition təşkil ediləcək və virtual tədbir çərçivəsində dünyadakı hazırki vəziyyət müzakirə ediləcək.

Bildirək ki, birinci Lions Live iyunda təşkil edilmişdi, tədbirin proqramına isə aparıcı marketoloqlar, reklam sənayesinin nümayəndələri və həmçinin ilin ən yaxşı reklam holdinqlərinin nümayəndələri və sahənin aparıcı şəxsləri ilə müzakirələr daxil idi.

Təşkilatçıların sözlərinə görə isə, canlı yayımı dünyanın 145 ölkəsindən 700 000 nəfər izləyib. Ümumilikdə isə onlar lionslive.canneslions.com platforması üzərindən 900 000-dən çox videoya baxıblar.

Ənənəvi olaraq isə festival hər il Côte d'Azur sahilində, iyunun ortalarında keçirilir, ancaq dünyada yayılan koronavirusdan dolayı onun vaxtını oktyabra keçirdilər, daha sonra isə onu bu il üçün ləğv etdilər. Festival və mükafatlandırma mərasimi ilə bağlı partnyorlar arasında fikir ayrılığı Cannes Lions təşkilatçılarını yaranan qeyri-müəyyənliyi aradan qaldırmağa təşviq etdi.

Mart ayında isə internetdə iri reklam festivalını koronavirus ilə bağlı keysdən imtina etməyə səsləyən Cannes We Not? adlı petisiya çıxmışdı.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün