Yeni məhsulların və innovasiyanın inkişafı üzrə vitse-prezident Aleks Şults (Alex Schultz) Facebook korporasiyasının yeni marketinq direktorluğuna (CMO) gətirilib.


Facemark.az xəbər verir ki, bu haqda social platformanın özü məlumat yayıb.


Bildirək ki, Antonio Lyusio avqustda CMO vəzifəsindən getmişdi.


O, agentlik və konsaltinq şirkətləri və marketinq sənayesi ilə əməkdaşlıq etməyə və biznesini transformasiya etmək niyyətində olanlar ilə əməkdaşlıq etməyə qərar verib. Onun növbəti fəaliyyəti sırasına, həmçinin irqi bərabərlik mövzusunda məsləhətçi olmaqdır.


Şults analitika, məhsulların inkişafı və yenilərinin bazara çıxarılması ilə ilə bağlı məsuliyyəti icra edəcək.


Qeyd edək ki, iyulda Facebook şirkətinə qarşı Stop Hate for Profit kampaniyası başlamışdı, anacq bu korporasiyanın gəlirlərinə təsir etməmişdi.