Betta MMC təhlükəsizlik şirkəti olaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etmək məqsədilə elan olunan səfərbərlik ilə əlaqədar silahlı qüvvələrin sıralarına cəlb olunmuş əməkdaşlarımızın iş yerlərini ayıracaq və əmək haqqısını saxlayacaq və əlavə olaraq onların ailələrinə 500 AZN məbləğində birdəfəlik yardım ayıracaq.


Ölkəmizin və xalqımızın uzun illər ərzində səbrsizliklə gözlədiyi haqq savaşına qoşulan əməkdaşlarımız öz vətəndaşlıq borcunu uğurla yerinə yetirəcəklər və biz bütün əsgərlərimizə öz ailələrinə tezliklə qovuşmağını arzulayırıq.


Cəmiyyətimizin üzvü olaraq Betta şirkəti inanır ki, vətənimizin ərazi bütövlüyü, sərhədlərinin qorunması və suverenliyi naminə mübarizəyə qatılan bütün əsgər və zabitlərimiz şücayət nümayiş etdirməklə torpaqlarımızı düşmən qüvvələrdən azad edəcək və bayrağımızın Qarabağda dalğanması üçün qalib gələcəklər.


Eyni zamanda, təhlükəsizlik sahəsində karyera qurmaq və peşəkar mühitdə çalışmaq istəyənlər office@betta.az ünvanına şəxsi sənədlərini göndərə bilərlər.