Mövzu ilə bağlı daha öncəki məqalələri oxuyun.


VPN nədir?


VPN-dən istifadənin TƏHLÜKƏLƏRİ NƏLƏRDİR?


VPN məxfiliyinizi riskə atacaq bir çox məlumatı gizlədə bilər. Onlardan beşini təqdim edirik.


- Sizin brauzer tarixçəniz


İnternetdə nə etdiyiniz bir sirr deyil. Sizin internet provayderiniz və veb brauzeriniz internet üzərində etdiyiniz hər bir əməliyyatı izləyə bilir. Ziyarət etdiyiniz saytların tarixçəsi qala bilir. Veb brauzer axtarış tarixçənizi izləyə və bu məlumatları IP adresinizə bağlaya bilər. Aşağıda sizə brauzer tarixçənizi niyə gizli tutmalısınız? sualına iki nümunədə baxa biləcəksiniz. Ola bilər ki, sağlamlığınız ilə bağlı bir probleminiz var, bu istiqamətdə axtarış etdirsiniz. Baxın görək nə olur? VPN-siz siz avtomotik olaraq belə məlumatları paylaşırsınız və target olunan reklamlar almağa başlayırsınız. Yaxud ola bilər ki, nöbvəti ay səfərə çıxacaqsınız, səyahət şirkətləri isə sizin sorğunuzu görüb, ucuz olmayan tarifləri təqdim edə bilərlər. Bunlar sadəcə bir neçə nümunə idi. Yadınızda saxlayın ki, internet provayder xidmətləri sizin brauzer tarixçənizi sata bilər. Hətta özlərini təhlükəsiz brauzer olduqlarını deyənlər belə.


2. Sizin ip adresiniz və lokal məlumatlar


ip adresinizi əldə edən şəxs, sizin internetdə nəyi axtardığınızı və axtarışları hansı lokal üzərindən etdiyinizi görə bilər. ip adresinizi məktubunuzun üzərinə əlavə etdiyiniz ünvan kimi düşünün. O, cihazınıza geri qayıdar. Bir VPN isə sizə aid olmayan ip istifadə etdiyinə görə, onlayn axtarışlarınızı qoruma altına ala bilər və vebdə anonim axtarış etməyinizə kömək ola bilər. Həmçinin axtarış keçmişinizin toplanmasına, görülməsinə və satılmasına da qarşı çıxa bilərsiniz.


Yadda saxlayın ki, şirkətə, təşkilata, universitetə məxsus olan bir ictimai kompüterdən istifadə edirsinizsə belə, sizin axtarış tarixçəniz yenə də görünəndir.


3. Striminq üçün lokal yeriniz


Məsələn, siz professional idmançısınız bu istiqamətdə məlumatlar almaq üçün striminq xidmətlərinə ödəniş edirsiniz. Başqa bir ölkəyə səyahət edən zaman isə striminq xidmətləri çalışmaya bilər. Bunun üçün digər ölkələrdə müqavilə şərtləri və qaydaları da daxil olmaqla ciddi səbəblər var. Ancaq VPN ölkənizdə olan bir IP adresindən istifadə etməyinizə kömək olur.


4. Cihazlarınız


VPN sizin qurğularınızı kənar maraqlardan qorumağa kömək edə bilər. Məsələn, bura kompüter, laptap, tablet, ağıllı smartfonlar və s. daxildir. İctimai bir Wi-Fi şəbəkəsinizdəsinizsə, bu halda internetə daxil olduğunuz zaman kiber cinayətkarlar üçün əsas hədəf ola bilərsiniz. Qısası, VPN sizin aldığınız və göndərdiyiniz dataları qorumağa kömək edir və hakerlər hər bir hərəkətinizi izləyə bilməyəcəklər.


5. Veb fəaliyyətiniz - internet azadlığını qorumaq


İnşallah, dövlət orqanlarında çalışan məsul bir şəxs deyilsiniz, amma kim bilir? Unutmayın ki, VPN sizin axtarış tarixçənizi görən başqa bir internet provayderindən sizi qoruyur. Düşünsək ki, VPN sizin axtarış tarixçənizi qeyd etmir bu halda, onunla internet azadlığınızı qoruya bilərsiniz.


Ancaq unutmayın ki, pulsuz bir VPN proqramları bunu edə bilməz, belə proqramlar seçən zaman qiymətdə ucuzluğa getmək olmaz. Yadda saxlayın ki, ucuza başa gələn belə proqramlar daha sonra sizin məlumatlarınızın üçüncü tərəflərə ötürülməsini təmin edəcək. Bu isə sizə baha başa gələ bilər. Düşünməyə dəyər, elə deyil?