2015-ci ilin dekabrın 2-də Facebook korporasiyasının rəhbəri Mark Zukerberq və xanımı Prisçilla Çan-ın qızı Maks dünyaya gəldi, bu hadisə cütlüyün həyatını tamamilə dəyişdi. Körpənin dünyaya gəlməsindən sonra cütlük ictimaiyyətə açıqlama verdi.


Onlar bildirdilər ki, uşaqlarının daha yaxşı dünyada yaşamaları üçün Facebook şirkətində olan səhmlərinin 99%-ni müxtəlif sahələr üzrə xeyriyyə təşkilatlarına ayıracaqlar.


Əsas məqsəd isə insan potensialını inkişaf etdirmək və dünyadakı uşaqlar üçün bərabər yaşayış şəraiti yaratmaqdır. Əlbəttə ki, xeyriyyəçilik körpənin dünyaya gəlməsindən öncə də Markın əsas insani xüsusiyyətlərindən biri idi.


Zukerberq Microsoft şirkətinin yaradıcısı Bill Qeyts və Amerikalı investor Uorren Baffetin yaratmış olduğu Giving Pledge xeyriyyə təşəbbüsünün ilk iştirakçılarından biri idi.


Mark Zukerberq daha əvvəl Nyuark şəhərində pulsuz məktəblərin inkişafı üçün 100 milyon dollar ayırdı.


Həmçinin mövcud problemlərin həllinə yönəmiş Silicon Valley Community Foundation-a Facebook səhmlərindən pay verdi. Gənc alimlərə qrantın ayrılması, ehtiyacı olanlar və xəstələrə yardımın edilməsi, özəl fondlara vasaitlərin köçürülməsi də bura daxildir.


2020-ci ildə isə Zukerberq koronavirusa qarşı vaksinin tapılmasına kömək olmaq üçün 25 milyon dollar bağışladı.