27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında Qarabağda uzun müddətdir ki, davam edən konflikt yenidən alovlanıb. Hər iki tərəfdə, həm əsgərlər, həm də mülki əhali olmaqla yüzlərlə qurban olub. Ön cəbhədə davam edən müharibə ilə yanaşı, arxa cəbhədə də informasiya müharibəsi gedir. Beynəlxalq media döyüşlərin getdiyi ərazilərdə baş verənləri izləyir, eyni zamanda konflikt rəsmi tvitlər, Facebook paylaşımları və e-mail üzərindən də izlənilir.



Bunu nəzərə alaraq, Azərbaycanın Endorphin reklam agentliyinin kreativləri ölkəmizin ürəyində sancı ağrısı yaradan və 30 ildir ki, davam edən problemi kreativ və diqqətçəkici bir yolla yansıtmaq üçün digital bir kampaniyaya başladılar. Yaradıcı kampaniya çərçivəsində Amerika Birləmiş Ştatları, Rusiya, İranın ərazisinin 20%-i Ermənistanın bayrağına bürünüb. Çatdırılmaq istənilir ki, sizin də ərazinizin 20%-i ermənilər tərəfindən işğal edilməsi hissini başa düşürsünüz. Kampaniyanı ərsəyə gətirənlər bu ölkərə vətəninizin böyük bir qisminin uzunmüddətli xarici işğaldan əziyyət çəkməsi necə bir hissdir? sualını ünvanlayır.



Reklam Agentliyi: Endorphin, Baku, Azerbaijan


Kreativ direktor: Orxan Kərimov


Kopirayter: Fərəh Sədihova


Art Direktor: Ayxan Səfərli