çərşənbə, 2 dekabr 2020

Azərbaycanlı tiktoker-lər də erməni gənclər üçün “baş-ağrısına” çevrilib

445

Yüz il əvvəl Birinci Dünya Müharibəsi dövründə hücumlar yeni döyüş taktikaları və o dövrün müasir sənaye texnologiyaları ilə birləşdi.

Dörd il davam edən öyrənmə yarışması hər halda inqilab olmasa da müharibədə bir dönüşüm yaratdı. Top, pulemyot, tank, təyyarələrin inteqrasiyası özü ilə müharibəyə yeni dəyişikliklər və qazanmaq üçün imkanlar gətirdi.

Bu gün isə informasiya əsri yeni imkanlar və dönüşüm təklif edir. Belə ki, kiber məkan, kompüter hesablamaları, insansız sistemlər, mobil şəbəkələr, sosial media informasiya müharibəsində hərbi inqilab təqdim edir. İnformasiya texnologiyaları müharibələr, eləcə də digər konfliktlərin aparılması taktikasını dəyişdirib. İnformasiya və dezinformasiya bu gün təhlükəli bir silaha çevrilir, belə ki, bu sual oluna bilər, informasiya kimin əlindədir və ondan hansı məqsədlər üçün istifadə edəcək.

Əlbəttə, müharibədə informasiya müharibəsindən istifadə özü ilə leqal problemləri də gətirir. Ancaq informasiyanın köməyi ilə insan şüuruna təsir etmək cəhdləri N. Makiavellinin Hökümdar, Sun Tzunun Müharibə Sənəti əsərlərində də öz əksini tapıb.

İnformasiya texnologiyalarının olmadığı bütün dövrlərdə belə, keyfiyyətli informasiya toplamaq və düşməni yoldan çıxarmaq cəhdi həmişə yüksək qiymətləndirilib.

Amerikanın hərbi mütəxəssisi Tomas Ron isə informasiya müharibəsi anlayışını ilk tətbiq edənlərdən biri olub. Adıçəkilən termin hərb sferasında aktiv şəkildə istifadə edilir. Ancaq kommunikasiya texnologiyalarının və KİV (Kütləvi İnformasiya Vasitələrinin) inkişafı ilə yeni bir forma alıb.

Bu gün Azərbaycanla Ermənistan arasında da informasiya müharibəsi gedir.

Məsələn, ötən gün Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, TikTok rəsmisi bu resursun Ermənistanda bloklanması ilə bağlı Ermənistan Ombudsmanı ilə görüşüb. Görüşdə TikTok rəhbərliyi bloklanmaya səbəb olan məlumatları istəyiblər”.

İnternet Forumunun prezidenti deyib ki, Erməni Ombudsmanı bloklama ilə bağlı istəklərinin səbəbləri kimi Azərbaycanlılar tərəfindən çəkilən video kontentə nəzarət etmədiklərini bildirib.

“Erməni Ombudsman bloklanmaya səbəb olaraq Azərbaycan tərəfindən bu resurs vasitəsilə Qarabağla bağlı informasiya müharibəsi aparıldığını, erməni gənclərinə ciddi təsir edildiyini bildirib. O, bu platformadakı video kontentə nəzarət edə bilmədiklərindən şikayətlənib”.

“Bizim Tiktokerlərin düşmən ölkəyə bu qədər baş ağrısı vermələri maraqlı gəldi mənə”, - deyə O. Gündüz sözlərinə əlavə edib.

O, deyib ki, əgər TikTok video platforması ermənilər üçün belə baş ağrısına çevrilibsə onda mən ona ölkəmizdə məhdudiyyət tətbiq edilməsi ilə bağlı müraciətlərimi hələlik dondururam.

“Zaman-zaman biz bu sosial media resursunun ölkəmizdə uşaqlar üçün zərərli ola biləcəyini vurğulamışıq. Əslində “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” Qanunun tələblərinə görə TikTok ölkəmizdə uşaqlar üçün yasaqlanmalıdır.

Əgər TikTok video platforması ermənilər üçün belə baş ağrısına çevrilibsə onda mən ona ölkəmizdə məhdudiyyət tətbiq edilməsi ilə bağlı müraciətlərimi hələlik dondururam. Amma valideynlər uşaqları ondan nə qədər uzaq tutsalar o qədər faydalı olar”.

Görünən odur ki, bizim mütəxəssislərin ciddi bir platforma kimi görmədiyi TikTok-da belə, azərbaycanlı gənclərin hazırladıqları videolar erməni gənclərini sözün əsl mənasında qorxuya salır.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün