şənbə, 24 oktyabr 2020

5 bədən dili ilə özünüzü lider kimi hiss edin - NÜMUNƏLƏR İLƏ


Ülviyyə Əlizadə


339

Siz liderlik adına sahib ola bilərsiniz, ya da liderlik potensialınız yüksək ola bilər. Bəs, doğrudan mı lider kimi görünürsünüz? İnsanların sizin haqqınızda müsbət təsir göstərməsinə təəssürat idarəetməsi deyilir və bədən dili burada əsas rolu oynayır.

Aşağıdakı yazımızda sizi lider kimi göstərəcək bədən dili ipuclarından beşini təqdim edəcəyəm.

- Duruşunuz ilə başlayın

Çiyinlərinizi qulaqlarınız ilə eyni simetriyada tarazlayın. İndi çiyinlərinizi, qulaqlarınız ilə eyni simetriyada qalmaq şərti ilə bir qədər arxaya doğru çəkin. Çiyinləriniz geridə, başınız dik olacaq şəkildə bir pozisiya sizi özünüzdən əmin təəssüratı yaradacaq. Güc və səlahiyyət tərənnümü sözsüz ki, sizin daha da yüksəkliyə iddialı olduğunuzdan xəbər verir. Bir iclas çərçivəsində özünüzü lider kimi göstərmək istəyirsinizsə, dik oturun və əyləşdiyiniz sahəni tam əhatə edin. Ayaqlarınız bir-birinin üstündə çarpazdırsa, onu açın və hər iki ayağınızı möhkəm bir şəkildə yerə qoyun. Dirsəklərinizi bədəninizdən uzaqlaşdırın və qol vəziyyətinizi genişləndirin. Genişlənmiş bədən diliniz, nəinki insanların sizin haqqınızdakı təəssüratına təsir edəcək, eyni zamanda özünüzü daha əmin hiss etməyinizə də təsir edəcək. Unutmayın ki, ayaqda durduğunuz halda, onlar bir-birinə çox yaxındırsa, tərəddüdlü və qərarsız görünəcəksiniz. Bədənizini qollarınızın köməyi ilə genişləndirdiyinizdə, ayaqlarınızı daha rahat yerə qoyduğunuzda və çəkinizi bədəninizin aşağısında tarazlaşdırdığınızda, daha MÖHKƏM VƏ ETİBARLI görünürsünüz.

- Hazır olduğunuzdan əmin olun

Bizim şirkətdə çalışan menecerlərdən biri rəhbərlik vəzifəsinə hazırlanırdı, ancaq müdir onu heyət iclasına dəvət etdikdən sonra, bu qərarından imtina etməli oldu. O, dedi ki, bir daha bunu etmə. Görünür, siz çıxış üçün hələki hazır deyilsiniz. İclasda iştirak edənlər ilə göz kontaktı qurmadınız, müzakirələrə qoşulmadınız, sözsüz ki, bir LİDER kimi görünmədiniz. Müdir həmin zaman menecerə belə bir fikir söylədi, əgər özünüzü LİDER kimi mövqeləndirə bilmirsinizsə, heç kim sizi BİR LİDER kimi qəbul etməyəcək. İştirak edəcəyiniz hər bir iclasda, öncədən əmin olun ki, aktiv bir iştirakçı olacaqsınız, eləcə də həmsöhbət olacağınız şəxs ilə göz təması quracaqsınız və bədəniniz söhbətdə olduğunuz şəxsə sarı olacaq.

- Liderliyə işarə edən jestlərdən istifadə edin

LİDER-liyinizin varlığı beliniz ilə çiyinləriniz arasında hamar və idarə edilən jestlərdən istifadə etmək yolu ilə artır. 45 dərəcə bucaq altında açıq bir əllər onu nümayiş etdirir ki, sizin doğrudan da gizlədəcək nəyinizsə yoxdur.

Əllərinizi və qollarınızı gövdənizdən uzaq tutmaq səmimiyyət və təhlükəsizliyi təcəssüm etdirməyin başqa bir yoludur. Vücudunuzu qatlanmış qollar və tutulan əllər ilə göstərsəniz bu isə özünüzü qorumaq və müdafiə etməyinizə kömək olacaq. Bütün barmaqlarınız açıq bir şəkildə düz bir nöqtəyə fokuslanmaq isə “Bu fikirləri saxla” deməyin yoludur. Başqa bir jest isə barmaq uclarınızın bir-birinə dəydiyi, amma ovucunuzun ayrıldığı yerdir. Bu isə ona işarədir ki, nə deyinizinin fərqindəsiniz. Bu bədən dili isə vurğulamaq istədiyiniz nöqtənin təsirliliyini daha da artıra bilər.

Qaçınılması lazım olan bədən dillərindən biri də əllərin qarşıda aşağıdakı şəkildəki kimi bükülməsidir. Bu jestdən rəsmi təqdimatlar zamanı istifadə etdiyiniz təqdirdə, özünüzü narahat və inamsız nümayiş etdirə bilərsiniz. Daha yaxşı bir yol kimi isə əllərinizi belinizdə bükə bilərsiniz.

Jestlər insanların sizi necə qəbul etməsinin əsas hissələrindən biridir. Müxtəlif jestlərdən istifadə etmək sizin auditoriyanız ilə əlaqənizə kömək edəcək. Nə dediyinizi bildiyiniz müddətdə, əl və qol hərəkətlərindən istifadə etmək, danışığınızın təsirliliyini daha da artırmış olacaq.

- Lider kimi danışın

Bir lider olaraq insanların sadəcə sizin sözlərinizi deyil, onu necə dediyiniz də maraqlandıracaq, əmin ola bilərsiniz. Yüksək SƏS-lə və TEZ danışmaq sizi inamlı edir. Əlbəttə ki, qışqırdığınız təqdirdə, bu sizi KOBUD və QEYRİ-HƏSSAS biri kimi göstərəcək. Yumşaq danışıq tərzi GİZLİ və ÇOX VACİB bir mesajı çatdırmaq üçün təsirli ola bilər. Ancaq hər zaman hər kəsin sizi eşidəcəyindən də ƏMİN olun. Sözləri açıq və aydın ifadə etməyi də unutmayın. Səsinizə bir qədər EMOSİYA əlavə edin ki, danışığınız heç də CANSIXICI və MONOTON görünməsin. Bəzən LİDER-lərin işçilərini elə bir səs tonu ilə təriflədiyinin şahidi oldum ki, sanki qarşı tərəf də belə tərifənməkdən məmnun görünmürdü. Yeri gəlmişkən, danışığınızın hər anını sözlər ilə doldurmaqdan çəkinməyin. Bunun əvəzinə FASİLƏ verməyə çalışın. Gözlənilməzdir, diqqət çəkir və ÇOX TƏSİRLİDİR.

- ƏL İLƏ GÖRÜŞMƏ

İş yerində istilik və qarşılama ƏL SIXIŞILARAQ edilir. Bu görünüşcə, çox BƏSİT görünə bilər, ancaq əmin olun ki, birinin sizin ilə tanışlıqdan ən çox yadda qalan hissəsi elə SALAMLAŞMA olacaq. Bunun səbəbi isə toxunmanın ən primitiv və ən güclü sözsüz işarə olmasıdır. Zəif bir əl sıxışması sizi elə gücsüz bir LİDER kimi təqdim edə bilər. Hətta qorxaq kimi də yadda qala bilərsiniz. Əlbəttə, bərkdən bir salamlaşma da sizə qarşı təəssüratı da mənfi yöndə dəyişə bilər.

Bu liderlik ilə bağlı beş ipucunu sınaqdan keçirin. Bu sadə jestlərin insanların sizə qarşı olan təəssüratının dəyişdirəcəyinə əmin ola bilərsiniz. Yuxarıda sadaladığımız hiylələr sizin LİDER-lik mövqeyinizi də möhkəmləndirəcək.

Son olaraq onu da deyim ki, bir çox liderlər kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də jestlərdən uğurla istifadə edir. Elə onun XALQA MÜRACİƏTİ ilə bağlı videosuna baxsanız görərsiniz ki, vətəndaşlarımız bu çıxışdan sonra nə qədər ruh yüksəkliyi yaşayıblar. Hətta, onun çıxışı zamanı düşmən əleyhinə söylədiyi bir çox sözlər sosial media istifadəçiləri tərəfindən paylaşılmaqda davam edir.

Prezidentimizin, XALQA MÜRACİƏT VİDEO-sunu da sona əlavə edirəm.

Növbəti QƏLƏBƏ xəbərlərini eşitmək arzusu ilə, özünüzə yaxşı baxın,

facemark.az baş redaktor, Ülviyyə Əlizadə

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün