2017-ci ildə Amazon-un rəhbəri Ceff Bezos şəxsi sərvətinin həcminə görə, Microsoft şirkətinin qurucusu Bill Qeytsi geridə qoydu və dünyanın ən varlı insanı statusunu əldə etdi.


Onun xeyriyyəçilik fəaliyyətinə diqqət həmişə yüksək olub. Nə də olsa, hazırki statusu onu nümunəvi filantrop olmağa da sövq edir. Çox həvəslə pul bağışlayan Bezos heç də məyus olmur.


2018-ci ilin yayında o TheDream.US Fonduna 33 milyon dollar bağışlayır. Fond immiqrant tələbələrə maliyyə dəstəyini həyata keçirir. Amazon şirkətinin rəhbərinin investisiyası ilə 1000 tələbə təhsil xərclərini qarşıladı və Bezos tərəfindən onların hər birinə 33 000 dollar xeyriyyə edildi.


Bezos, pulun məhz immiqrant tələbələrə xərclənməsi ilə bağlı bunu deyir ki, o və atası Kubadan immiqrant olub. 16 yaşında Amerikaya gəliblər, hətta ingilis dilini belə bilməyiblər.


Atam əzm, fədakarlıq və bir sıra təşkilatların köməyi ilə ölkəsinə fayda verən vətəndaş oldu. Bezos öz çıxışında deyib ki, bu təqaüdləri təsis etməklə, bu günün xəyalpərəstlərinə kömək olmaqdan qürur duyurlar.


Qeyd edək ki, 33 milyon dollar Bezos üçün çox gülməli bir rəqəmdir. Belə ki, onun şəxsi sərvətinin həcmi 127 milyard dollar dəyərində qiymətləndirilir. Beləliklə, bu hadisənin üstündən bir neçə ay keçdikdən sonra, Bezos daha irihəcmli layihəsini reallaşdırır və Bezos Day One fondunun təsis edir və ora 2 milyard dollar xeyriyyə yardımı edir. Bu isə evsiz, aztəminatlı ailələrin uşaqlarına məktəbqədər təhsil üçün belə tədris ocaqlarının tikintisinə ayrılmışdı.


Ancaq Bezos bu istiqamətdə rekordu artıq çoxdan qırıb. O, 2020-ci ilin əvvəlində iqlim dəyişikliyi ilə mübarizə üçün fond təsis etdi. Bezos bu fondun işləkliyi üçün şəxsi sərvətinin 8%-ni, yəni 10 milyard dollar ayırdı. Bu vəsaitlər isə qrantlar şəklində paylanacaq.