Türkiyənin ən çox ixracat etdiyi 15-ci ölkə olan Səudiyyə Ərəbistanı “Made in Turkey” mənşəli malları almayacağını açıqlayıb.


Facemark.az xəbər verir ki, belə qadağanın arxasında isə Türkiyənin Körfəz siyasəti, Suriya istiqamətindəki əməliyyatları və jurnalist Cemal Kaşıkçı cinayətinin üstünə gedən hökumətin qərarları olduğu deyilir.


Belə demək mümkünsə siyasətdəki gərginlik iqtisadiyyatdan yan keçməyib və iki ölkə arasındakı ticari alış-verişə də mənfi yöndə təsir edib.


Əslində isə Səudiyyə Ərəbistanı iki ildən bu yana üstüörtülü bir şəkildə ambarqo tətbiq edirdi və müxtəlif qadağalar tətbiq edirdi. Son dövrlərdə isə Səudiyyə Ərəbistanı Türk məhsullarına ƏLAVƏ DƏYƏR VERGİSİ -Nİ (ƏDV) 5%-dən 15%-ə yüksəltmişdi. Meyvə, tərəvəz kimi kənd təsərrüfatı məhsullarını gömrükdə gözlətmələri də ciddi sıxıntılara səbəb olurdu. Səudiyə Ərəbistanı bununla da qalmamış, Türkiyədən mal alan Səudiyyəli idxalçılara məktub imzalatmışdı. Bu ölkədə fabriki olan Ülker-ə isə xammalın Türkiyədən gətirilməməsi deyilmişdi.


Səudiyyə Hökuməti açıqlaması ilə bu günə qədər üstüörtülü olan məhdudiyyətləri amborqo ilə əvəzlədi. Oktyabrdan etibarən “Made in Turkey” etiketli məhsullar bu ölkəyə daxil olmur.


Digər bir tərəfdən isə İstanbul Hava Limanında Səudiyyə Ərəbistanın müstəqillik gününün qeyd edilməsi sosial mediada gündəmə gəlmişdi. Limanın daxilindəki reklam lövhələrində türk dilində “Səudiyyə Ərəbistanın müstəqillik günü mübarək olsun” yazılmışdı.