Sıradan bir gününüzü nəzərdən keçirin. Gözlərinizi açır və telefonunuzu əlinizə alırsınız. Ardından isə davranış dəyişiklikləri baş verir. Kimi günün ilk xəbərləri üçün Twitter-a, kimiləri WhatsApp mesajlarına, kimiləri mail qutusuna baxır. Sevdiyiniz bir podcastmı var, günün ilk qəhvəsinə yoldaşlıq edən? Ya da işə gedən zaman qulağınızda qulaqcıqlar ilə sevdiyiniz bir mahnıdan zümzüməmi edirsiniz. Nə olursa olsun davranışlarınız nəticəyə təsir etmir. Bilinən bir həqiqət var ki, bu gün aktiv 4,5 milyard internet istifadəçisi ilə “Data” heç vaxt yatmır!.


Bu xəbər linkini gördünüz və oxumaya başladınız, bu ana qədər təxminən bir dəqiqə geridə qaldı. Bəs sizcə, bu bir dəqiqədə internetdə nələr qeyd edildi?



Amerika Birləşmiş Ştatlarının bulud mərkəzli proqram təminatı şirkəti DOMO, 2012-ci ildən bu yana bu sualı hazırladığı “Data never sleeps” adlı araşdırması ilə cavab verib. Hər il yenilənən araşdırmanın 2020-ci il məlumatları isə bu günün cavablarını və dəyişikliyi nümayiş etdirir.


Zaman necə dəyişdi?!


Nisbətən qısa tarix ərzində internet, yeni şirkətlərin və platformaların, həm yüksəlişi, həm də çöküşü üçün rol oynadı. Daha öncəki illərdə hansı markaların qrafikdə yer aldığına baxaraq, müəyyən texnologiya platformalarının qabağa keçməsi ilə yanaşı, ən çox qalıcı gücə sahib olan markaları da görə bilərsiniz.


Yuxarıdakı vizualda da gördüyünüz kimi Tumblr, Flickr və Foursquare kimi platformalar bir zamanlar internetin qabaqcılları idi. Populyarlıqları azaldıqca isə qrafiki tərk etdilər.


Facebook, Amazon ve Google kimi texnologiya şirkətləri dünyanın ən böyük şirkətlərindən bəziləri halına gələrək təsirli bir davamlılıq əldə etdilər. Bir müddətdir siyahının zirvəsində yer alan Apple və Microsoft kimi nəhənglər ilə eyni sıraya gəldilər.


“Yeni İnternet”


Təəccüblü olmasa da, internet 2020-ci ildə geridə qalan 8 ildəkindən fərqli görünür. Bəs bu fərqlilik data-lara necə təsir edir?


Nağd Transferlər


Bu gün Venmo-da (PayPal-a aid bir mobil ödəniş xidməti) dəqiqədə təxminən 240 000 dollar dəyərində əməliyyat reallaşır. Bu fintech trendləri ilə birlikdə uğurlu bir şəkildə reallaşan ana şirkət PayPal üçün katalizator rolunu oynayır. PalPal-ın səhmlərinin dəyəri artıq bütün dövrlərin ən yüksək səviyyələrində yer alır.


E-Ticarət


COVID-19, piştaxtaların bağlanması, onlayn sifarişlərin artmasına səbəb olmadan öncə, e-ticarət inkişaf edən sektor idi. Hazırda dəqiqədə 1 milyon dollar xərcləndiyi təxmin edilir. Amazon, bu tələbi qarşılamaq üçün hər dəqiqə təəccüblü olsa da 6 659 paket göndərir.


Əməkdaşlıq vasitələri


Davamlı olaraq uzaqdan çalışma şəraitində Zoom və Microsoft Teams kimi vasitələr hər dəqiqə müvafiq olaraq 208 333 ve 52 083 istifadəçiyə ev sahibliyi edir. Xüsusilə pandemiyada inkişaf edən bu halın qalıcı olduğu deyilir.


Bəs bizi nə gözləyir?


İnternet həyatımıza daxil olanda, bəşəriyyət dəyişikliklərə adaptasiya olmaq üçün kifayət qədər təchizata sahib deyildi. Ancaq buna rəğmən hər il daha da güclənərək, həyatımıza yer aldı. Son on ilin məlumatlarını referans olaraq aldığımızda texnologiya şirkətləri arasında daha çox və kəskin bir rəqabət gözlənilir. Rəqabətin mükafatı isə “pasta”dakı dilimin böyüməsi olacaq. İnternetə əlçatanlıq isə hər gün artır, bu isə araşdırmanın adı olan “Data əsla yatmır!” sloqanını bir daha təsdiq edir.