Sahibkarlar tez-tez müzakirələrdə iştirak edirlər: biznes-partnyorları, rəqibləri, hətta sosial şəbəkələrdəki internet istifadəçiləri ilə. Burada sizə bir neçə məsləhət təqdim edəcəyik, istənilən debatlarda necə uğur qazanmaq olar, sakitliyinizi necə saxlaya, vaxtınızı və gücünüzü boşa xərcləməyə bilərsiniz və s.


Mübahisələrə daxil olmayın


Əsas məsləhət odur ki, mümkündürsə mübahisələrə daxil olmayın. Əksər hallarda bu lazım deyil. Prezidentliyə namizəd olmayıncaya qədər, sizin debatlarda iştirak etməyinizə ehtiyac yoxdur. Yox əgər artıq bir müzakirənin içərisindəsinizsə, aşağıdakı tövsiyələrə sadiq qalmağa dəyər.


Auditoriyanız ilə işləyin


Fikir vermisinizsə, siyasətçilər debatlar zamanı bir-birilərini deyil, tamaşaçıları inandırmağa çalışırlar. Siz bu üsuldan istənilən müzakirədə: bir konfransda və ya sosial şəbəkədə istifadə edə bilərsiniz. Dinləyiciləri unutmayın, yadda saxlayın ki, rəqibiniz sizi dinləməsə belə onlar sizə qulaq asır, bu isə soyuqqanlılığınızı qorumağa kömək olacaq. Bundan əlavə, tamaşaçı auditoriyasına sahib olmaq, sizi uzanan və məhsuldar olmayan müzakirədən qaçmağa köməkdir.


Tənqidi arqumentləri dinləməyə çalışmayanları inandırmağa getsəniz itirəcəksiniz. Ancaq rəqibə sakitcə cavab versəniz və sonu gəlməyən bir mübahisəni sonlandırsanız, bu zaman reputasiyanızı qorumuş olacaqsınız.


Rəqibinizin ən güclü arqumentini tapın və onu rədd edin


Bəzi debatlarda tezisin əvəzlənməsi üsulundan istifadə edilir və buna saman qorxusu da deyirlər. Bu üsul isə heç də tövsiyə olunan deyil. Məsələn, debat iştirakçılarından biri bir arqument deyir. Digər rəqibi isə ona oxşar, absurd və zəif faktlara əsaslanan fikir irəli sürür. Sonra isə absurd arqumenti təkzib etmək, orijinal tezisi təkzib etmək ilə eyniləşdirilir. Yuxarıda da qeyd etdiyimiz kimi, belə arqumentlərdən qaçmağa çalışın, yox əgər rəqibiniz ondan istifadə edərsə, sadəcə susun və ona cavab verməyin.


Təxribat fikirlərə reaksiya verməyin


Məsələn, bu üsul ilə siz bir mövzu ətrafında fikir mübadiləsi aparan zaman, özünüzü tamamilə fərqli bir mövzunu müzakirə etdiyinizin şahidi olarsınız. Bu isə o halda olar ki, debat zamanı rəqibiniz müzakirə mövzusunu dəyişir və fikirlərinizi başqa bir məcraya çəkməyə çalışır. Onun buradakı məqsədi sizi deyil, auditoriyanı inandırmaqdır. İzləyicilər, uzun cavablardan daha çox, qısa sualları və ittihamları qəbul edirlər.


Bu vəziyyətdə ən yaxşı çıxış yolu, rəqibinizə cavab verməmək və onun təxribatına uymamaqdır. Əgər siz ictimai bir müzakirədəsinizsə və cavab vermək məcburiyyətiniz varsa, bu halda rəqibin müzakirə mövzusunu dəyişdirməyinə icazə verməyin. Rəqibiniz hər dəfə diqqəti yayındırmağa çalışdıqda, ona geri dönün. Bu texnika, rəqibiniz müzakirə mövzusunu dəyişdirirsə və onun ən zəif arqumentinizi tapdığınız zaman da işə yarayır.


Daha çox sual verin və iddia etməyin


Yox əgər müzakirənin məqsədi qarşı tərəfi inandırmaqdırsa, bu halda rəqibinizə düşmən gözü ilə baxmayın. İddia etməyin, sadəcə sual verin. Sual verdiyiniz təqdirdə, müzakirə mövzusunun müzakirə mövzusu olduğunu qəbul edirsiniz. Bu isə o mənaya gəlir ki, həmsöhbətinizin baxış bucağını anlamağa çalışırsınız və ona suallar ünvanlayırsınız. Bu vəziyyətdə rəqibiniz danışmağa və özünü müdafiə etməyin əvəzinə, mülahizə irəli sürməyə meyilli olacaq. Buna əlavə olaraq, rəqibiniz sualları cavablandırmaq məcburiyyətində qalacaq. Bunu etmək üçün isə situasiyanı analiz etməlisiniz. Bəlkə də sizin nəzəri-nöqtənizdən baxmalı olacaq. Nəticədə, bir fikir birliyinə gəlmək şansınız var.


Müzakirədən əvvəl tezislərinizi və səhvlərinizi analiz edin


Hazırlıq istənilən bir müzakirədə qalib gəlmək üçün ən yaxşı yollardan biridir. Əgər siz mübahisə zamanı arqumentlər gətirməkdə davam edirsinizsə, sizin qazanma şansınız olmayacaq. Mövzu ilə bağlı məlumatları əvvəlcədən öyrənməyə və dəlillərinizi düşünməyə dəyər. Həm də hazırlıq çərçivəsində tezislərinizdə, rəqibinizdən əvvəl səhvlər tapa bilərsiniz. Məntiqi səhvlərə xüsusilə diqqət edin, səlahiyyətinizə və təsadüflərə etibar etməyin.


Sonda onu əlavə edək ki, Azərbaycanın prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyanın Münix Təhlükəsizlik Konfransında debatını yadınıza salmaq istəyirik.


Xatırlayırsınızsa, Paşinyan çıxışı zamanı Qarabağ Azərbaycanındır demişdi, sonra isə auditoriyadan üzr istəmişdi, amma nəticədə özünü biabr etmişdi. Azərbaycan prezidenti isə ona yuxarıda da sadaladığımız üsuldan istifadə etməklə, suallar verirdi. Məsələn, Xankəndi nə üçün belə adlanır? Paşinyan isə uydurma mülahizələr deməkdə davam edirdi. Eyni zamanda yuxarıda qeyd etdiyimiz kimi müzakirənin mövzusunu daim dəyişdirməyə çalışır və prezidentimizin faktlara dayanan arqumentlərinə qarşı zəif fikirlər səsləndirirdi. Bu da məqalənin də əvvəlində dediyimiz kimi saman qorxusu adlanır. Onu da əlavə edək ki, sosial media istifadəçiləri də erməni istifadəçilərinin internetdə təxaribatlarına qarşı soyuqqanlıqlarını qorumaqla, faktları söyləsələr və yuxarıda sadaladığımız nüanslara diqqət etsələr, uğur bizlə olacaq.


Videonu məqalənin sonuna əlavə edirik.


https://youtu.be/BKcUn1wIbIk