çərşənbə, 2 dekabr 2020

Yaxşı qrafik dizayner olmaq üçün – 10 HİYLƏ

487

Yaxşı bir dizayner olmağa dair internetdə çoxsaylı məlumatlar vardır. Lakin onların arasından daha faydalı olanını tapmaq isə çətindir. Bəzi veb saytlarda izahlar o qədər doludur ki, ehtiyac duyduğunuz məlumatları onların arasında itirirsiniz. Əlbəttə, yaxşı bir qrafik dizayneri olmaq sizin yaradıcılığınızdan və iş sürətinizdən asılıdır. Ancaq aşağıda bəzi hiylə və tövsiyələr sizi rəqibləriniz arasından seçilməyə kömək ola bilər.

Fərqli rənglərdən istifadə edin: İşlərinizi istifadə etdiyiniz hər hansı bir tətbiqetmə vasitəsi ilə yaratdıqdan sonra, onu Photoshop-a da əlavə edin. İşinizin ən yaxşısını etmək üçün fərqli rənglər ilə oynayın. Düzgün rəngi tapana qədər bu prosesi davam etdirin.

Heç vaxt hər şeyin yaxşı olduğunu düşünməyin: Yaxşı bir dizayner olmaq istəyirsinizsə, “fərz edin” sözünü lüğətinizdən çıxarın. İşlərinizi çap etməmişdən əvvəl hər şeyin düzgün və standartlara uyğun olduğundan əmin olun.

Hərəkətlərinizi əsaslandırın: Müştərilərinizin sizə verdiyi tələblərdən kənar dəyişiklik etmək istəyəcəyiniz vaxtlar var. Onlar belə yeni dəyişikliyə həvəsli olmaya bilərlər, ancaq fikirlərinizi satmaq və davam etmək üçün inandırıcı olmalısınız.

Mütəmadi fasilələr verin: İş gününün sonuna qədər kompüterə bağlı qalmayın. Mütəmadi fasilələr verin. Ətrafınızda gəzin, zehninizə bir az fasilə vermək üçün təmiz hava alın. Bunu etmək sizin bədəninizi və zehninizi yeniləyir, daha sonra görəcəksiniz ki, doğrudan da kreativliyiniz artıb.

Forumlarda iştirak edin: Ən yaxşı dizaynerlər çox vaxt evdən çalışırlar, ancaq bu hal sizin forumlara qoşulmağınıza mane olmamalıdır. Forumlar dünyanın istənilən nöqtəsində olan insanlar ilə tanış olmağınıza və işinizi növbəti səviyyəyə yüksəldəcək fikirləri bölüşməyə kömək olur.

Eskiz kitabından istifadə edin: Eskiz kitabının gücünü heç vaxt aşağı salmayın. Möhtəşəm bir fikir yarandıqda onu eskiz dəftərinə çəkməyə başlayın. Bu, fikri tutmağa və onu kompüterinizdə həyata keçirməmişdən öncə inkişaf etdirməyinizə köməkdir. Vaxt keçdikcə, bunun yaradıcılığınızı artırdığını görəcəksiniz.

Bütün alətləri işə salın: Dizayn etməmişdən öncə, bütün proqramlara sahib olduğunuzdan əmin olun. Layihə üçün bütün alətlər hazır olmalıdır. Ona görə də dizayn işinizi çatdırmaq üçün bütün əlavə və proqramları yükləyin.

Kitab oxuyun: Hər hansı bir sahədə daha yaxşı olmaq üçün bir oxucu olmalısınız. Biliklərinizə əlavə etmək üçün qrafik dizayna aid minlərlə kitab var. Belə kitabları kitab mağazaları ilə yanaşı, onlaynda da tapa bilərsiniz. Əmin olun ki, belə kitablar sizin işinizə əhəmiyyətli dərəcədə təsir edəcək. Yalnız sizə ən uyğun olanını axtarın və sonra oxumağa başlayın.

Həmkarlarınız ilə əməkdaşlıq edin: Heç kim hər şeyi bilmir. Sizinlə eyni sahədə olan insanlar ilə görüşün və fikir mübadiləsi aparın. Dostlarınız ilə apardığınız hər hansı müzakirədən sonra yeni nəsə öyrənəcəyinizdən əmin olun. Eləcə də onlar da sizdən yeni bir şey öyrənəcəklər.

Bacardığınız qədər sadə olmağa çalışın: Yadda saxlayın ki, sadə olmaq olduqca çətindir, xüsusilə də karyeranızın başlanğıcında. Təcrübə və ideyalarınız artdıqca işinizi ən sadə versiyada görməyə səy göstərirsiniz. İşlərinizdəki sadəlik müştərilərinizin işlərinizi daha tez başa düşməyinə kömək olacaq. İşlərinizə qeyri-müəyyənik qatacaq kompleks mövzularından isə çəkinin.

Mövzunun davamı olacaq.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün