şənbə, 24 oktyabr 2020

Twitter həştəqləri ilə bağlı BİLMƏLİ OLDUĞUNUZ – FOTO

213

Ötən günkü yazımızda Twitter sosial məcrasının bir çox problemlərinə baxmayaraq, son xəbərlər üçün niyə əla yer olduğu ilə bağlı məqaləmizi oxucularımız ilə bölüşmüşdük. Yazını qaçıranları BU LİNKƏ daxil olaraq oxumağı məsləhət görürük.

Bu dəfə isə biz Twitter də daxil olmaqla, məşhur sosial media platformalarındakı həştəqlərin əhəmiyyəti haqqında detallar paylaşacağıq.

Gemmasands.co.uk nəşrinin araşdırmasına görə isə, Twitter də istənilən postun həştəq ilə paylaşılması həştəqsiz paylaşılması ilə müqayisədə hədəf auditoriyasına 2 dəfə daha çox çatımlılıq təmin edir.

Nəşrin araşdırmasına, əsasən, 2-dən çox həştəqin istifadə edilməsi, maraqlı da olsa Twitter-də çatımlılığı orta hesabla 17% aşağı salır.

Instagram sosial məcrasında isə əksinə 2 -yə qədər həştəqin paylaşılması sizi hədəf auditoriyasına çatdırmayacaq. Bu məcrada bir postda 11-dən çox həştəqin olması effektiv hesab edilir.

Bir çoxlarımız Facebook-da paylaşımlar zamanı da həştəqlərdən istifadənin effektiv olduğunu düşünür. Amma YADDA SAXLAMAQ lazımdır ki, Facebook sosial platforması həştəqlər ilə müqayisədə həştəqlərsiz daha effektivdir.

Son dövrlər ölkəmizdə baş verən hadisələri (Qarabağ konflikti ilə yanaşı, düşmənin mülki əhalini atəşə tutması) dünyaya çatdırmaq üçün Twitter sosial məcrasından istifadə etməkdə fayda var. Belə ki, bu platforma üzərindən Azərbaycan prezidenti İlham Əliyev daxil olmaq, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyinin sözçülərini də izləyə və tvitlərindən anında xəbərdar ola bilərsiniz. Və unutmayın ki, 2-dən çox həştəq effektiv olmayacaq.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün