Bəzən qərar qəbul edən zaman biz çaşqınlıq yaşayırıq. Qərarın müsbət və mənfi cəhətləri haqqında düşünməyə daha çox vaxt sərf edə bilərik. Ssenarilər haqqında və nəyin səhv olacağını düşünən zaman çaşqınlıq yaşamağımız isə normaldır.


Nyu York Universitetinin psixoloqu zehniyyət terminini modern psixologiyaya ilk dəfə 1980-ci illərdə tanıdan Piter Gollvitzer bu haqda danışıb. O, qərar qəbul edən zaman şübhələrə vaxt itirməmək üçün nə etməli olduğumuz haqqında məlumat verib. Gollvitzer iki növ düşünmə növünün olduğunu deyir: müzakirə və tətbiqetmə. Bunlar iki fərqli idark prosesidir. Onlar bir şəxs müxtəlif tapşırıqlar ilə qarşılaşan zaman aktivləşir. Bir hədəf seçilən zaman müzakirə düşüncə tərzi, yerinə yetirildikdə isə tətbiqedilən düşüncə aktivləşir.


Psixoloq izah edir ki, bir insana hədəf seçməyi tapşırdıqdan sonra, mümkün və arzu olunan hədəfləri seçmələrinə kömək edən prosesləri avtomotik olaraq aktivləşdirirlər.


Bir insana növbəti həftə etmək üçün tapşırıq və ya hədəf verdiyiniz zaman onda planlaşdırma prosedurları başlayır. Bu idrak prosesləri avtomotik olaraq çalışsa da, onları özünüz irəli çəkə bilərsiniz.


Zehniyyət növləri


1970-ci ilərin əvvəllərində Gollvitzer psixologiya elmi ilə məşğul olmağa başladığında, bu elm “Mən kiməm?” sualı ətrafında müzakirələr aparırdı. Psixoloq həmin dövrləri xatırlayaraq deyir ki, insanlar o dövrdə mən kiməm? sualına cavabı arzularına və hazırki mümkünlüyə fokuslanaraq qərar verirdilər. Gollvitzer isə ilk dəfə insanlara özlərinə “Mən kim olmaq istəyirəm?” sualını verməyi təklif etdi. O, başa düşdü ki, insanların düşüncə şəklini dəyişdirən hədəf müəyyən etmə və qərar vermə fəaliyyətləri var. O, bu prosesi düşüncə-zehniyyətin reallaşdırılması adını verdi.


O, izah edir ki, bu nöqtədə siz məqsədəuyğunluq və arzuolunanlıq barədə düşünmürsünüz. Göstərilən nəticənin gözlənilən dəyəri haqqında müzakirə etmirsiniz. Gollvitzer deyir ki, bu zaman siz seçiminizi reallaşdırmaqla maraqlanırsınız. Bu o deməkdir ki, sizi “MƏN BUNU NECƏ ETMƏLİYƏM?”, “NECƏ HƏRƏKƏT ETMƏLİYƏM?” suallarının cavabı maraqlandırır. Növbəti dörd onillikdə isə psixoloq müasir psixologiyanın bir növü üzərində çalışmağa başladı. Bu isə insanların hədəfləri və motivasiyası və buna kömək edən düşüncə növü idi.


Uğursuzluğu başlanğıc nöqtəsi kimi istifadə edin


Xüsusilə çətin seçim və tapşırıqlar zamanı biz ağılasığmaz vəziyyətlərə düşə bilərik. Bu vəziyyətdən çıxmaq üçün isə nə zaman, harada, necə suallarına cavab olan “ƏGƏR O ZAMAN” planları etməyə dəyər. Bu planları hazırlayan zaman isə 3-cü bir tərəfin baxış bucağını almaq, eləcə də digər insanlardan əlavə informasiyalar istəmək olar.


Bu planlaşdırma mərhələsi isə daha çox fəaliyyətə əsaslanan tətbiqetmə düşüncəsindən istifadə edir. Eyni şəkildə özünüzü sizi səhv yola aparan düşüncədə hiss etsəniz, bu zaman nə istədiyinizi və nələr edəbiləcəyinizi müzakirə düşüncə formasından istifadə edə bilərsiniz. Psixoloq deyir ki, uğursuzluq vəziyyətini başlanğıc nöqtəsi olaraq istifadə etmək üçün özünüzü proqramlaşdıra bilərsiniz.


Yanlış bir qərarı seçdiyimi düşündüyüm zaman özümə bu sualı verirəm: “Qabağa gedin, əlavə məlumat alın, 3-cü biri ilə məsləhət edin və kömək istəyin”.


Təcrübələrində Gollvitzer bu cür planlar quraraq insanların birdən-birə daha az refleksli və daha impulsiv olduqlarını nümayiş etdirdi.


Gollvitzer deyir ki, həqiqətən də müzakirəni bitirməyi planlaşdıra bilərsiniz. Biz buna düşüncəyi planlaşdırmaq deyirik. Planlaşdırmaq, təkcə hərəkət deyil, eyni zamanda fikir müzakirəsidir. Müzakirə və tətbiqetmə düşüncə növlərindən istifadə etməklə, özünüzü qərarın şərtlərindən əziyyət çəkən qurban olmaqdan xilas edə, eləcə də aktiv bir fəaliyyətə başlaya bilərsiniz.


“Səhv etdiyimə görə, itirən və kədərli hiss edən zaman, özümə yenidən başlamaq lazım olduğunu deyirəm”, - deyə Gollvitzer belə fikirləşir.


“Qərarsızlıq hiss edən zaman isə özümə irəli getməli olduğumu xatırladıram”.


Qərar qəbul etməyi necə öyrənmək olar?


- 3-cü bir tərəfin fikrini alın: İnsanlar tez-tez müəyyən bir həll və hədəfə yaxınlaşır. Yaşadığınız situasiyanı kənardan gələn bir şəxs baxımından analiz etmək çox faydalıdır. Bu sizə böyük mənzərəni görməyə kömək ola bilər.


- Kömək istəyin: Dostunuzdan, yaxın birindən, yaxud həmkarınızdan bu problemi necə gördüyünü soruşun. Kənar bir şəxs atılacaq növbəti addımın necə olacağına dair kömək ola bilər.


- Daha çox məlumat almağa çalışın: Bir qərar verəcəyiniz zaman əlavə araşdırılmış informasiyalar daha yaxşı variantı seçməyinizə kömək olacaq.


- İrəliləyin: Bəzən qərar verməyin ən yaxşı yolu nəyisə sınamaqdır. Bir istiqamət üzrə aktiv bir addım sizin doğru və ya yanlış qərar verdiyinizi aydınlaşdıra bilər.