şənbə, 24 oktyabr 2020

Uşaqlara puldan ağıllı istifadəni öyrədək

180

Öncəki yazıları oxumaq üçün linklərə keçid edin.

Məqalə 1

Məqalə 2

Uşaqlara yalnız yaxşı maliyyə vərdişlərini aşılamaq deyil, pul ilə ağıllı davranmağı da öyrətmək lazımdır. Valideynin burada yaxşı nümunəsi çox vacibdir. CFP,Briaud Financial Advisors şirkətinin idarəedici partnyoru Natali Payn və onun həyat yoldaşı Rocer deyirlər ki, yaxşı olar ki, uşaqlara erkən yaşlarından pul anlayışı ilə bağlı biliklər formalaşdırılsın.

Böyük övladları uşaq bağçasında olan zaman onlara dəmir pullar verirdilər. Bununla isə onlar mağazada kiçik oyuncaqları ala bilirdilər. Onun oğlu rezindən olan iki oyuncaq ilanı almaq üçün aylarla pul yığdı. Onlardan birini özünə, digərini isə kiçik qardaşına aldı. “Biz oğlumuzu bu cömərt və qayğıkeş hərəkətinə görə, çox təriflədik”, - deyə Natali Payn deyir. Cütlük böyük oğlunun bu hərəkətindən özlərinin valideynlərinə, hətta dostlarına belə bəhs ediblər. Lakin nəticə gözlənilməz oldu. Tərif böyük oğlunun davamlı olaraq qardaşına hədiyyələr alması ilə nəticələndi. O, başa düşürdü ki, özünə aldığı hədiyyədən qardaşına da alsa, bu zaman valideynlərinin tərifini eşidəcəklər.

Məncə, pulla ağıllı davrandığına görə, uşaqları tərifləməkdə fayda var. Payn, eyni zamanda uşaqları tərifləyən zaman bunu nə üçün etdiklərini və hansı dəyərləri onlar ilə paylaşdıqlarından əmin olmalı olduqlarını deyir. Yoxsa, nəticəsi mənfi ola bilər.

Uşaqlara pul ilə yaxşı davranışı öyrətmək üçün müxtəlif, əyləncəli yollar var.

Maliyyə təhsilini erkən yaşlardan əyləncəli və öyrədici hala gətirmək çox faydalıdır. Bu isə bizə gələcəkdə qorxmadan maliyyə qərarları verə bilən nəsil böyütməyimizə kömək olacaq.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün