şənbə, 24 oktyabr 2020

ONLAYN XƏBƏRLƏR XİDMƏTİNİN ÜSTÜN VƏ MƏNFİ TƏRƏFLƏRİ

199

Onlayn xəbərlər xidmətinin çoxsaylı istifadəçiləri vardır, elə buna görə də bu xidmətin böyük üstünlükləri var. Bura daxildir:

Televiziya və radio xəbərlərindən fərqli olaraq, onlayn xəbərlər xidməti istifadəçilərə istədikləri məqaləni oxumaq, dinləmək və izləmək imkanı verir. Bu isə insanlara faydası odur ki, onlar VAXTLARINI BOŞ yerə itirmirlər. Maraq dairələrinə uyğun olan informasiyaları əldə edirlər.

Dünyanın hər yerindən gələn məqalələri əldə etmək üçün bir məcraya daxil olmaq kifayətdir. Bunun üçün fərqli ölkələrin xəbərlər təqdim edən çoxsaylı internet saytları arasında keçid etməyə lüzum yoxdur. Qəzet almaq ilə müqayisə etdikdə, bu pulsuzdur.

Nə qədər məqalə oxuyacağınızın heç bir limiti yoxdur. Məsələn, qəzet daxilində insanlar ancaq ona təqdim edilmiş informasiyaları oxuya bilirlər.

Ənənəvi mətbuat nümunəsi qəzetlər fiziki olduqlarından dolayı özlərini yeniləyə bilmirlər. Əgər bir hekayədə nəsə dəyişiklik və yeniləmə olubsa, qəzet bunu həmin an edə bilmir. Buna görə də oxucular hekayənin davamı üçün nəşrin növbəti sayını gözləməli olacaqlar. Bir məqaləni onlayn oxuduğunuz zaman, onun yeniləndiyinin şahidi ola bilərsiniz. Bu proses anında baş verir və oxucuların gözləməyə ehtiyacları qalmır.

Onlayn xəbərlər xidməti məqaləni daha interaktiv etmək bacarığına sahibdir. Məsələn, onlayn məqalələrə video əlavə etmək mümkündür. Qəzetlər isə fiziki olduğu üçün məqalədə belə düzəlişlər etmək mümkün deyil.

Xəbəri yaymağın digər metodları ilə müqayisədə daha qənaətlidir. Bunun üçün veb sayt və bacarıqlı jurnalistlərin olmağı yetərlidir. Qəzetlər üçün isə kağızın olması vacibdir. Bunun üçün isə çoxsaylı ağaclar kəsilir. Həmçinin jurnalistin hadisəni çatdırmağı üçün mürəkkəbə, böyük çap maşınlarına ehtiyacı var.

Onlayn xəbərlər xidmətinin mənfi tərəfləri

Bununla yanaşı, bu xidmətin bəzi mənfi cəhətləri də vardır. Bunlar isə aşağıdakılardır:

Məqalənin onlayn olması onu qərəzsiz etmir. Bir çox hallarda onlayn xəbərlər bir tərəfli olur. İfadə edilən fikirlər çox zaman bir baxış bucağından təklif edilir.

Daha çox xəbər agentliklərinin onlayna keçməsi, iş yerlərinin azaldılmasına da təsir göstərir. Belə ki, onlayn xəbərləri çatdırmaq üçün daha azsaylı jurnalistlərə ehtiyac ola bilər.

Əgər bir məlumata çoxsaylı istifadəçilər daxil olmağa cəhd etsələr, bu zaman veb sayt çökə bilər, bu isə o deməkdir ki, internet saytı qısa müddətə işləməyə bilər.

Veb saytla bağlı texniki problem ola bilər, nəticədə internet portalı offlayn ola bilər.

Bu isə o deməkdir ki, istifadəçilər internet saytına daxil ola bilməyəcəklər və informasiya almaq üçün saytın digər rəqiblərinə müraciət edəcəklər.

Xatırladaq ki, Qarabağ ilə bağlı həqiqətləri bütün dünyaya çatdırmaq üçün onlayn xəbərlər xidmətinin rolu əvəzsizdir. Azərbaycan prezidenti İlham Əliyevin də Haber Global televiziyasında çıxışı zamanı dediyi kimi, bu gün internet əsri olduğundan, düşmənin Qarabağ ilə bağl həqiqətləri gizlətmək şansı çox aşağıdır, onlar bu gün informasiya müharibəsində Azərbaycana uduzur.

Həmin video linki məqalənin sonuna əlavə edirik.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün