Böyük bazarlarda bloklanması, Amerika Biləşmiş Ştatlarında taleyinin qeyri-müəyyən olması TikTok-un pul qazanmağına mane olmayıb.


Facemark.az-ın məlumatına görə, Sensor Tower yazır ki, 2020-ci ilin üçüncü rübündə 2019-cu ilin anoloji dövrü ilə müqayisədə istifadəçilər bu platformada 800% daha çox pul xərcləyiblər.



İki rübdür ki, ardıcıl olaraq, qısa videolar xidməti oyun olmayan platformalar (App Store və Google Play-də, Çində Douyin-in iOS versiyası) arasında gəlirliliyinə görə, reytinqə rəhbərlik edir. Gəlir baxımından ikinci sırada YouTube (+59%), üçüncü sırada isə tanışlıq saytı Tinder (gəlirində artım +5%) qərarlaşıb. Bir il öncəsinə qədər isə adıçəkilən tanışlıq saytı birinci yerdə qərarlaşmışdı. TOP 5-i isə Tencent Video və Disney+ bağlayıb.


iOS və Android əməliyyat sistemi üzrə ən çox yüklənən platforma yenə də TikTok olaraq qalıb. Belə ki, TikTok ikinci rübdə öz liderliyini Zoom-a güzəştə getmişdi. İndi isə ikinci yerdə Facebook, daha sonra isə Zoom video konfrans platforması gəlir. Zoom-u izləyən digər platformalar isə WhatsApp, Instagram, Google Meet, Snack Video (TikTok-un rəqibi), Messenger, Telegram, Snapchat-dır.



Ümumiyyətlə, istifadəçilər tətbiq daxilində satınalmalar, abunə və premium xidmətlər üçün 29,3 milyard dollar xərcləyiblər, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 32% çoxdur.



Xərclərin çoxu App Store-dən (19 milyard dollar), qalanı isə Google Play-dən (10,3 milyard dollar) gəlib.