şənbə, 24 oktyabr 2020

Partizan Marketinq - Yenilikçi, Kreativ və Səmərəli


Fərid Abdıyev


280

Əsl adı "guerilla marketing" olan bu termindəki "guerilla" kəliməsi bizim dildə "partizan" kimi işlədilir. Guerilla və ya partizan ifadələrini biz hərbi sahədə eşitmişik. Əsas da II Dünya müharibəsi zamanında Sovet dəstələrinin İtaliya, Polşa, Ruminiya kimi ölkələrdə yerli əhali arasında gizlənərək düşmənlərlə birbaşa və açıq döyüşə girmədən apardığı müharibəyə partizan müharibəsi deyilirdi. Marketinqdə işlədilən bu anlayışın hərblə nə əlaqəsi var deyə bilərsiniz, bunu irəlidə örnəklərlə birlikdə daha aydın anlayacağıq.

Partizan marketinq, bazara yeni girmiş digər böyük firmalara müqavimət göstərmək üçün ilk dəfə 1960-cı illərdə Amerika ticarət sektorunda istifadə olunan bir marketinq sistemidir. Hər nə qədər anlayış olaraq Amerikada ortaya çıxsa da, gerilla marketinq, eyni zamanda 1984-cü ildə Jay Conrad Levinson tərəfindən yazılmış bir kitabın adı olmuşdur. Bu kitab marketinq strategiyasının ənənəvi metodlardan kənara çıxa biləcəyini sübut etmiş və bir çox sahibkar və iş adamı üçün yeni bir yol açmışdır. Partizan marketinq, ənənəvi olmayan bir texnika ilə markanın tanınmasına töhfə verməyi hədəfləyən bir üsuldur. Bu tip marketinq kampaniyaları çox vaxt ucuz, yenilikçi və yüksək yaradıcı olması və yaddaşda daha tez qalması ilə xarakterizə olunur.

Böyük firmaların hər cür ənənəvi marketinq strategiyalarından istifadə etmək üçün kifayət qədər büdcəsi olsa da, orta və kiçik firmaların bu sahədə rəqabət aparması çox çətindir. Bu anda gerilla marketinq kiçik firmaların böyük firmalara qarşı güclərini nümayiş etdirməyə imkan verir, bu da gerilla əsgərlərinin böyük bir orduya qarşı döyüşməsinə bənzəyir.

Bu tip marketinqi ilə təsir etdiyi istehlakçı sayı ilk baxışda az görünsə də, yadda qalma dərəcəsi çox yüksəkdir. İnsanlar bu tip örnəkləri gözlənilməz və maraqlı bir şəkildə qarşıladıqları üçün yaddaşlarında yer tutur. Üstəlik, yüksək büdcələrə ehtiyac yoxdur. Əsas şərt konteksdir. Düzgün konteks seçildiyi halda,normal bir reklamdan qat-qat ucuz başa gəlir. Başqa bir avantajı isə əyləncəli olmasıdır.

İnsanlar ənənəvi reklamları gördükləri hallarda bəzən əsəbiləşə də bilirlər, amma gerilla reklamlar əyləncəli və düşüncürücü olduğu üçün insanlar neqativ reaksiya göstərmirlər.

Partizan marketinqdə əsas dezavantajlar, əvvəla bu tip reklamların ənənəvi reklamla müqayisədə daha yavaş işləməsi və daha gec nəticə verməsidir. Digər tərəfdən isə konteksdə baş verən yanlışlıqlar reklamın mənasının tam anlaşılmamasına və ya hansı marka tərəfindən verildiyinin naməlum olması gətirib çıxara bilər. Bu da önəmli əskiklikdir.

Örnək üçün bir neçə uğurlu gerilla reklam posteri paylaşıram:


Müəllif: Fərid Abdıyev, Brend menecer

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün