şənbə, 24 oktyabr 2020

Samsung özəl bir fotonu sevgi hekayəsinə çevirdi – Video

209

Soğan, göz yaşı və sevgi... Samsung Mother London agentliyi ilə birlikdə #WithGalaxy kampaniyasını ərsəyə gətiriblər.

Facemark.az xəbər verir ki, çəkilişlər zamanı istifadəçilər kreativ ssenari üçün əsas rolu oynaya bilərlər.

Beləliklə, markanın #WithGalaxy kampaniyası çərçivəsində SOĞAN adlı ilk reklam çarxı belə yaranıb.

Sevgi hekayəsi reklam çarxı üçün adlandırılmış, uydurma, yanyana dayanan iki -Rick’s Onion Cafe və L’Oignon kafelərində baş verir.

Gənc oğlan rəqib bir müəssisədə çalışan qıza aşiq olur, ancaq hələlik hisslərinin qarşılıqlı olduğundan əmin olmur.

Brend bildirir ki, indi fotoqrafiya adi şəkildən daha çoxudur. Belə ki, onun ilə dostlar və ailə ilə ünsiyyət qurmaq olar.

Samsung yeni reklam kampaniyasının köməyi ilə çatdırmaq istəyir ki, adi bir çəkiliş yaradıcılığa ilham verə bilər. Məsələn, bu musiqinin yaradılması, komediya skeçinin çəkilməsi və ya daha dünyəvi bir şey, məsələn, ev üçün əşyaların kolleksiyası.

Marka üçün fotoqrafiya son hədəf deyil. Ona görə də, marka çatdırmaq istəyir ki, smartfonda kameranın açılması ilə tarix sadəcə olaraq başlayır.

Onu da əlavə edək ki, SOĞAN reklam çarxı belə ərsəyə gəlib. Scottanders44 adlı istifadəçi adi soğan ilə birlikdə şəkil çəkib və ona bu sözləri yazıb. 7 kisə göz yaşı satılır!

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün