Facebook kompaniyası özünün əlavəsi olan Messencer-in yeni loqotipini təqdim edib. Yenilənmiş dizayn mavi, bənövşəyi və çəhrayı rənglərdə olmaqla Instagram-ın loqotipinə bənzəyir.


Facemark.az xəbər verir ki, loqotipdə ingilis dilinin əlifbasındakı N hərfinə oxşar ikon isə əvvəlki qaydada qalıb.



Loqotipin rəngində baş verən dəyişiklik, özü ilə platformaya yeni funksiyalar da gətirib.Tətbiqdə yaxın zamanlarda yenilənmiş üsluba uyğun çat temaları görünəcək. Eyni zamanda, standart emojilər ilə yanaşı, mesajlara daha fərdiləşdirilmiş emojilərin köməyi ilə cavab vermək mümkün olacaq. Selfi stikerləri və “mesajın yoxa çıxma” rejimi də yeniliklər arasındadır. İkinci yeni funksiyaya görə, söhbətdən ayrıldıqdan və oxuduqdan sonra bütün mesajları silmək mümkün olacaq. Analoji yenilik, sonuncu dəfə Instagram-a əlavə edilmişdi. Rebrendinq Messencer və Instagram çat inteqrasiyalarının tək bir konsepsiyasını yaratmaq məqsədi daşıyır. İkinci bir tətbiqi yükləmədən onlar bir-biri ilə bağlana biləcək.


Facebook-un rebrendinq ilə bağlı açıqlaması


Dünya miqyasında 1 milyarddan çox istifadəçimiz ilə missiyamız tək bir ünsiyyət, yaxınlaşma platforması olmaqdır. Yeni dizayn mesajlaşmanın gələcəyini əks etdirir. Tətbiqlərdə dostlarınız və ailəniz ilə söhbətin daha dinamik, əyləncəli, inteqrasiya olunmuş bir yolu təklif edilir.