Heç vaxt CEO olmayacağını düşünürsən? Yenidən düşünməyə cəhd edin, bu haqda ghSMART-ın lider məsləhətçiləri və The CEO Next Door kitabının müəllifləri Elena Botelho and Kim Powell deyir.


Botelho və Powell 17 000 liderin dəyərləndirilməsindən əldə edilən nəticələri analiz edib və onlardan 2600-ini isə daha çox işləmək üçün seçiblər. İkisi bu liderlərin ortaq xüsusiyyətlərini analiz etmək üçün Çikaqo və Kolumbiya Universitetlərindən professorlar ilə əməkdaşlıq ediblər. Yazıçılar yaxşı bilirdi ki, insanların çoxu ikonik CEO haqqında belə bir düşüncədədirlər ki, onlar güclüdürlər, nüfuzlu bir ailədən gəlirlər, xarizmatikdirlər, qüsursuz bir keçmişə sahibdirlər və özlərinə bir qədər qapalıdırlar. Bu xüsusiyyətləri heç vaxt özümüzdə tapmadığımıza görə, düşünürük ki, bizdən heç vaxt CEO olmayacaq. Ancaq onlar bunun doğru olmadığını gördülər. Davamlı olaraq öz üzərində çalışan insanların CEO olmalarına kömək olacaq 4 davranış forması vardır. Yuxarıda adını çəkdiyimiz yazarlar deyirlər ki, ən təsirli CEO-lar belə bir işə başlayan zaman belə yüksək mövqeyə yüksələcəkləri ilə bağlı bir fikirləri belə olmur.


1. Onlar sürətlə qərar verirlər


Araşdırmaçılara təxirə salma və həddindən artıq sual-cavab olmadan çox sürətlə qərar verən liderlərin 12 dəfə daha çox CEO olma ehtimalının olduğunu deyirlər. Buna bir nümunə kimi Greyhound-un keçmiş CEO-su Steve Gorman misaldır. Gorman CEO vəzifəsinə 2003-cü ildə şirkətin pul itirdiyi və ana şirkətin Greyhound-u bağlamaq haqqında qərarı ərəfəsində gəlmişdi. Gorman ilk dörd ayını biznesi xilas etmək üçün müxtəlif sahələri dinləməyə cəhd etdi. O, şans qazanaraq ABŞ ətrafı və Kanadanın ən populyar bölgələrində avtobus xəttinin dəyişdirilməsini təmin edə bildi. Plan işə yaradı, 2003-cü ildə o vəzifəyə gələn zaman, artıq şirkətin dəyəri 2 dəfə yüksəlmişdi. Yazarlar deyirlər ki, Gorman həmin işin ən doğru qərar olub-olmadığını müzakirə etmədi və planın işə yarayıb, yaramayacağını da düşünmədi. Ancaq onun sürətli qərarı müsbət bir nəticə əldə edilməsinə kömək oldu.


2. Öz fikirlərini sata bilirlər


Uğurlu CEO-ların daxilində kiçik bir marketoloq da var. Liderlər təkcə fikir və ideyalarını başqaları ilə bölüşməkdən savayı onları da bu işə cəlb etməlidirlər. Bu sadəcə sevilən bir insan olduğunuz mənasına gəlmir, həm də qərar qəbul edən və risk alacaq biri kimi görünməyinizə kömək olur. Müəlliflər deyirlər ki, CEO-lar öz fikir və ideyalarını hamının başa düşəcəyi bir formada izah edirlər, ancaq onları reallaşdıra biləcəklər ilə əməkdaşlıq edirlər. Tədqiqatçılar Apple şirkətinin qurucusu Stiv Cobsu bu punkta uyğun görüblər. Cobs bir lider kimi qəbul edilməsə də, amma qeyri-adi görünən fikirləri ilə başqalarını ilhamlandıra bilmişdi.


3. Hərəkət və nəticələrində ardıcıldırlar


Tədqiqatçılara görə, etibarlı biri kimi görünmək işə qəbul olunma şansınızı artırır. Etibarlı bir lider kimi görünmək sizin verilən tapşırıqları və planları ardıcıl olaraq yerinə yetirəcəyinizə dəlalət edir. Müəlliflər etibarlılıqdan danışan zaman nümunə kimi Bredd Godfreyi göstərdilər. O, Richard Branson tərəfindən 2000-ci ildə Virgin Avustralia-ya CEO-luq etmək üçün seçilmişdi.


Branson bu vəzifəni Virgin Group-da çalışanı olan Godfrey-ə vermişdi. Bu isə ona görə idi ki, onun iş əxlaqı və detallara fokuslanmaq kimi xüsusiyyəti var idi. O, çalışan vəzifəsində ikən Branson-a etibarlı olduğunu və liderlik pozisiyası üçün ən doğru seçim olacağını sübut etmişdi.


4. Onlar hər vəziyyətə adaptasiya ola bilirlər


Tədqiqatçıların adaptasiya məsələsinə nümunə kimi Amazon şirkətinin CEO-su Jeff Bezos-u nümunə göstərirlər. O, 1994-cü ildə Amazon-u yalnız bir kitab mağazası kimi fəaliyyət göstərdiyi zaman qurdu. Hazırda isə burada təsəvvür belə edə bilməyəcəyiniz istənilən məhsulu tapmaq olar. Bura geyimlərdən tutmuş, ev üçün elektronik məhsullar da daxildir. Yazarlar, həmçinin, qeyd ediblər ki, Kodak, Blockbuster və Borders kimi şirkətlər yeni vəziyyətə tez adaptasiya olmadıqlarından dolayı uğursuzluq yaşadılar. Uğurlu qalmaq üçün liderlərin dəyişən zamana adaptasiya olmaları çox vacibdir. Ən uğurlu liderlər isə rəhbəri olduğu şirkətdə dəyişən zamana çəkinmədən “ayaq uyduranlardır”.