şənbə, 24 oktyabr 2020

Azərbaycan bayrağını harada asmaq, harada olmaz? - MÜSAHİBƏ

264

facemark.az Vəkillər Kollegiyasının hüquqşünası Allahverən Oruclu ilə Azərbaycan Respublikasının dövlət rəmzlərindən biri olan bayraqdan düzgün istifadə ətrafında müsahibə edib. Müsahibə çərçivəsində dövlət bayrağını harada asmaq, harada olmaz? sualına cavab tapacaqsınız. Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan Respublikasında Vətən Müharibəsi gedir. Və bu da özü ilə ölkənin dövlət rəmzlərindən biri olan bayrağın istifadə edilməsi məsələsini gündəmə gətirir. Allahverən bəy, Azərbaycan bayrağını harada asmaq, harada olmaz?

“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən:

Maddə 5. Azərbaycan Respublikası Dövlət bayrağının digər yerlərdə istifadəsi

5.1. Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, müəssisələrin və idarələrin binaları, habelə yaşayış evləri üzərində qaldırıla (asıla) bilər.
5.2. Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, müəssisə və idarələr tərəfindən keçirilən tədbirlər zamanı qaldırıla (asıla) və ya yerləşdirilə bilər.
5.3. Dərs ilinin birinci günü təhsil müəssisələrində Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılır (asılır) və ya yerləşdirilir.

- Bu gün anlayırıq ki, Vətən Müharibəsinin getdiyi bir dövrdə hər kəs vətənpərvərliyini arxa və ön cəhbədə bir olmaqla nümayiş etdirir. Bu bir növ 1-ci sualın davamı kimi olacaq, amma daha da konkretləşdirsək? Bu gün dövlət bayrağının avtomobil təmizləmə məntəqələrinin, ət dükanlarının, hətta traktorun, kiçik hotel və hostellərin üzərində asılması doğrudurmu?

Həmin Qanun - 5.1. Azərbaycan Respublikasının Dövlət bayrağı ..... müəssisələrin və idarələrin binaları, habelə yaşayış evləri üzərində qaldırıla (asıla) bilər.

Məhdudiyyətlər aşağıda (maddələr 9 və 10)

- Dövlət rəmzlərindən düzgün istifadə etməməyə görə, Azərbaycan Respublikasının Konstitusiyasında cərimələr nəzərdə tutulub mu?

İnzibati Xətalar Məcəlləsi:

Maddə 584. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydalarının pozulması

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydalarının pozulmasına görə-

vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Əlavə olaraq, Cinayət Məcəlləsi

Maddə 324. Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər

Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər— iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

- Bəzən bayrağımızı dəhlizlərin girişində, evin eyvanında, avtomobillərin üzərində çəkilmiş formada da rastımıza çıxır və ya bayrağı köynək formasında geyinənlər də tapılır. Qanunvericiliyə görə, belə hallara necə baxılır?

Həmin Qanunun 9-cu maddəsinə əsasən:

9.3. Azərbaycan Respublikasının Dövlət bayrağı bütöv olmalı və solğun görünməməlidir.
9.4. Azərbaycan Respublikasının Dövlət bayrağı ya bayraq dirəyi, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır.
9.5. Azərbaycan Respublikasının Dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı üç metr hündürlükdə olsun.

Maddə 10. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair məhdudiyyətlər

Azərbaycan Respublikasının Dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz.

Qadağalar bunlardır.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün